Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə101/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
335
ması və cinayət təqibinin həyata keçirilməsi zamanı bu cür 
tədbirlər görür. Bu tədbirlər müttəhimin hüquqlarına ziyan 
vurmamalı, yaxud onunla ziddiyyət təşkil etməməli, habelə 
Məhkəmə baxışınm ədalətli və qərəzsiz aparılmasına ziyan 
vurmamalıdır. 
2.  67-ci  maddədə  nəzərdə  tutulmuş  dinləmələrin  açıq 
aparılması  prinsipindən  istisna  kimi,  Məhkəmə  Palatası 
zərərçəkmişlərin və şahidlərin yaxud müttəhimlərin müda-
fiəsi üçün baxışın istənilən hissəsini in camera (qapalı) apara 
bilər, yaxud sübutların elektron və ya digər xüsusi vasitələrlə 
təqdim edilməsinə icazə verə bilər. Xüsusi olaraq, seksual 
zorakılığın qurbanları yaxud zərərçəkmiş və ya şahid uşaqla-
rından söhbət getdikdə, əgər Məhkəmə bütün hallar, o cüm-
lədən bu cür şahid yaxud zərərçəkmişlərin fikri nəzərə alın-
maqla başqa göstəriş verməmişdirsə bu cür tədbirlər görülür. 
3.  Məhkəmə məhkəmə baxışının əlverişli hesab etdiyi 
mərhələlərində müttəhimin hüquqlarına və məhkəmə baxı-
şının ədalətli və qərəzsiz aparılmasına ziyan vurmaması və 
ziddiyyət  təşkil  etməməsi  şərti  ilə  zərərçəkmişlərin  şəxsi 
mənafelərinə toxunulmuş olduğu hallarda onların fikirlərini 
və ehtiyatlılığını təqdim etməyə icazə verə və onlara baxa 
bilər. Məhkəmə bunu haqlı hesab etdiyi hallarda bu cür fi-
kir və ehtiyatlılıq Sübutetmə və prosedur Qaydalarına uyğun 
olaraq,  zərərçəkmişlərin  qanuni  nümayəndələri  tərəfindən 
bəyan edilə bilər. 
4.  Zərərçəkmişlərə  və  şahidlərə  kömək  göstərilməsi 
üzrə qrup prokurora və məhkəməyə 43-cü madddənin 6-cı 
bəndində  qeyd  olunmuş  müvafiq  müdafiə  tədbirləri,  təh-
lükəsizliyin təmin olunması proseduraları, məsləhətlərin ve-
rilməsi və digər köməklikləri tövsiyə edə bilər. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
336
5.   Bu Statuta əsasən, sübutların və məlumlatların açıl-
ması hər hansı şahid yaxud onun ailə üzvlərinin təhlükəsizliyi 
üçün ciddi təhlükə yarada bildiyi hallarda prokuror iş üzrə 
dinləmələrin  başlamasına  qədər  olan  istənilən  prosessual 
hərəkətlərin həyata keçirilməsi məqsədilə bu sübut və məlu-
matları açmaya və bunun əvəzində onların xülasəsini təqdim 
edə bilər. Göstərilən tədbirlər elə həyata keçirilməlidir ki, bu 
müttəhimin  hüquqlarına  və  Məhkəmə  baxışının  ədalətli  və 
qərəzsiz aparılmasına zidd olmasın və ziyan vurmasın. 
6.  Dövlət onun qulluqçuları, yaxud nümayəndələrinin 
mühafizəsini təmin edən zəruri tədbirlərin, habelə konfiden-
sial və həssas məlumatların qorunması üzrə tədbirlərin gö-
rülməsi haqqında xahişlə müraciət edə bilər. 
Maddə 69. Sübutlar
1.  İfadə  verməyə  başlamazdan  əvvəl  hər  bir  şahid 
Sübutetmə və prosedur Qaydalarına uyğun olarq öz üzərinə 
düzgün  ifadə  vermək  vəzifəsi  götürür. 
2.  68-ci maddədə, yaxud Sübutetmə və prosedur Qay-
dalarında göstərilən tədbirlərlə başqa hal nəzərdə tutulma-
yıbsa  şahidlər  Məhkəmə  iclasında  şəxsən  ifadə  verirlər. 
Məhkəmə  həmçinin  bu  Statutun  müddəalarına  əməl  olun-
ması şərti ilə və Sübutetmə və prosedur Qaydalarına uyğun 
olaraq, şahid ifadələrinin viva voce (şifahi) yaxud video və 
ya audio texnikanın köməkliyi ilə yazılmış halda verilmə-
sinə, habelə sənədlərin yaxud məktubların təqdim edilmə-
sinə icazə verə bilər. Bu tədbirlər müttəhimin hüquqlarına 
zidd olmamalı və ona ziyan vurmamalıdır. 
3.  Tərəflər 64-cü maddəyə uyğun olaraq, işə aidiyyatı 
olan sübutlar təqdim edə bilərlər. Məhkəmə həqiqətin müəy-
yən edilməsi üçün zəruri hesab etdiyi bütün sübutların təq-
dim edilməsini tələb etmək hüququna malikdir. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
337
4. Məhkəmə Sübuetmə və prosedur Qaydalarına müva-
fiq olaraq, digər hallarla yanaşı, onların qüvvəsini, həmçi-
nin bu sübutların Məhkəmə baxışının ədalətli aparılmasına, 
yaxud  şahidlərin  ifadələrinin  ədalətli  qiymətləndirilməsinə 
vura biləcəyi zərəri nəzərə almaqla hər hansı sübutların ai-
diyyəti barədə qərar çıxara bilər. 
5.  Məhkəmə  Sübutetmə  və  prosedur  Qaydalarında 
nəzərdə tutulmuş konfidensiallıq imtiyazına hörmət edir və 
əməl  edir. 
6.  Məhkəmə hamıya məlum olan faktların sübut edil-
məsini tələb etmir, lakin onları Məhkəmə qaydasında nəzərə 
ala bilər. 
7.  Bu Statutun müddəalarının və ya beynəlxalq səviy-
yədə  tanınmış  insan  hüquqlarının  pozulması  nəticəsində 
alınmış  sübutlar  yolverilməz  hesab  edilir;  Əgər:
a)  pozuntu sübutun həqiqiliyinə ciddi şübhələr yardır-
sa;  yaxud
b)  sübutun qəbul edilməsi ədalətli aparılması ilə bir ara-
ya sığmırsa və ona ciddi ziyan vurursa. 
8.  Dövlətlər tərəfindən toplanılmış sübutların uyğunlu-
ğu, yaxud aidiyyəti ilə bağlı məsələni həll edərkən Məhkəmə 
bu  dövlətin  milli  qanunvericiliyinin  tətbiqinə  münasibətdə 
qərar çıxarmamalıdır. 
Maddə 70. Ədalət mühakiməsinin həyata keçirilmə-
sinə qarşı cinayət
l. Məhkəmə ədalət mühakiməsinin həyata keçirilməsinə 
qarşı  qəsdən  törədilmiş  aşağıdakı  cinayətlərə  münasibətdə 
yurisdiksiyaya  malikdir:
a)  69-cu maddənin 1-ci bəndinə uyğun olaraq, düzgün 
ifadə vermək öhdəliyi götürdükdən sonra yalan ifadələr ve-
rilməsi;


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
338
b)  bilə-bilə  yalan  yaxud  saxtalaşdırılmış  sübutlar  təq-
dim  edilməsi;
c)  şahidə hüquqazidd təsir göstərmə, şahidin iştirakına 
və ya ifadə verməsinə mane olma, ifadə verməsinə görə şa-
hiddən əvəz çıxmaq üçün ona təzyiq göstərmək, yaxud sü-
butları məhv etmə, saxtalaşdırma və ya bu sübutların topla-
nılmasına mane olma;
d)  vəzifəli  şəxsi  öz  vəzifəsini  yerinə  yetirməməyə, 
yaxud lazımsız qaydada yerinə yetirməyə inandırmaq, yaxud 
məcbur etmək məqsədi ilə Məhkəmənin vəzifəli şəxsinə ma-
neə yaratmaq, onu qorxutmaq, yaxud ona qeyri-qanuni təsir 
göstərmək;
e)  bu və ya digər vəzifəli şəxsin öz vəzifələrini yerinə 
yetirməsinə  görə  əvəz  çıxmaq  kimi  Məhkəmənin  vəzifəli 
şəxsinə  təsir  göstərmək;
f)  Məhkəmənin vəzifəli şəxsi kimi öz rəsmi vəzifəsi ilə 
əlaqədar olaraq hədə-qorxu ilə tələb etmə, yaxud rüşvət alma;
2.   Məhkəmənin bu maddəyə əsasən, cinayətlərə müna-
sibətdə  yurisdiksiyasının  həyata  keçirilməsini  tənzimləyən 
prinsip və prosedurları Sübutetmə və prosedur Qaydalarında 
ifadə olunanlarla eyni olmalıdır. Məhkəməyə bu maddə üzrə 
onun təhqiqatına beynəlxalq yardım göstərilməsi şərtləri tələb 
olunan dövlətin daxili qanunvericiliyi ilə nizama salınır. 
3.  Hər  hansı  şəxsin  təqsirli  bilinməsi  haqqında  qərar 
çıxararkən  Məhkəmə  Sübutetmə  və  prosedur  Qaydalarına 
uyğun olaraq cərimə, yaxud beş ildən artıq olmayaraq azad-
lıqdan məhrumetmə qaydasında cəza, yaxud bu və ya digəri-
ni eyni zamanda təyin edə bilər. 
4.  a) hər bir iştirakçı dövlət onun vətəndaşı tərəfindən, 
yaxud  ərazisində  törədilmiş  istintaqın  aparılması  və  məh-
kəmə icraatının həyata keçirilməsinə qarşı yönəlmiş bu mad-


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə