Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə100/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
331
qərəzsiz aparılmasının təmin olunması üçün göstərişlər verə 
bilər. Sədrlik edən hakimin bütün göstərişlərinə əməl etmək-
lə, tərflər bu Statutun müddəalarına uyğun olaraq sübutlar 
təqdim edə bilərlər. 
9.  Məhkəmə Palatası xüsusi olaraq, tərəflərdən birinin 
vəsatəti yaxud öz təşəbbüsü ilə:
a) sübutların aidiyyəti yaxud uyğunluğu haqqında qərar 
çıxarır;
b) dinləmələrin gedişində qaydanın qorunması üçün bü-
tün zəruri tədbirləri görür
10. Məhkəmə Palatası aparılması və saxlanılması Kati-
bə həvalə edilmiş prosesin gedişini tam əks etdirən müvafiq 
Məhkəmə baxışı protokolunun tərtib edilməsini təmin edir. 
Maddə  65.  Təqsirini  etiraf  etmə  halında  qüvvədə 
olan  prosedura
l. Müttəhim 64-cü maddənin 8 (a) bəndinə əsasən, öz 
təqsirini  etiraf  etdikdə  Məhkəmə  Palatası  aşağıdakıları 
müəyyən  edir:
a)  müttəhim  özünü  təqsirli  bilməsinin  xarakterini  və 
nəticələrini  dərk  edirmi;
b)  bu  etiraf  müttəhim  tərəfindən  müdafiəçisi  ilə  uzun-
müddətli məsləhətləşmələrdən sonra könüllü edilmişdirmi; və
c)  təqsirini  boynuna  alma  işin  aşağıdakılarda  ifadə 
olunmuş  halları  ilə  təsdiq  olunurmu:
1)  prokuror tərfindən təqdim edilmiş və müttəhimin eti-
raf etdiyi ittihamları əks etdirən sənədlərdə;
ii)  prokuror tərəfindən təqdim olunmuş ittihamı güclən-
dirın və müttəhimin qəbul etdiyi istənilən materiallarda; və
iii) prokurorun, yaxud müttəhimin təqdim etdikləri istə-
nilən digər sübutlarda, məsələn şahid ifadələrində
2)  əgər Məhkəmə Palatası 1-ci bənddə göstərilən şərtlərə 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
332
əməl olunması qərarına gələrsə, öz təqsirini boynuna almağı 
haqqında etiraf edilmiş cinayətin törədilməsini sübut etmək 
üçün lazım olan mühüm əhəmiyyətli halları müəyyən edən 
təqdim olunmuş bütün əlavə sübutlarla birlikdə baxır və müt-
təhimi bu cinayətin törədilməsinə görə məhkum edə bilər. 
3)  əgər Məhkəmə Palatası 1-ci bənddə göstərilən şərt-
lərə əməl olunması qənaətinə gəlmirsə, o cinayəti etiraf etmir 
və bu halda o bu Statutla nəzərdə tutulmuş işə baxılmasının 
adi prosedurlarına əsasən, Məhkəmə təhqiqatının davam et-
dirilməsi haqqında sərəncam verir və bu işi digər Məhkəmə 
Palatasına verə bilər. 
4.  Əgər  Məhkəmə  Palatası  ədalət  mühakiməsinin  ma-
raqlarının, xüsusən, zərərçəkmişlərin maraqlarının, işin hal-
larının  daha  geniş  şərh  olunmasını  tələb  etməsi  qənaətinə 
gələrsə aşağıdakıları edə bilər:
a) prokurora şahid ifadələri də daxil olmaqla əlavə sü-
butların təqdim olunması xahişi ilə müraciət edə; yaxud
b) Bu Statutla nəzərdə tutulan işə baxılmasının adi pro-
sedurlarına əsasən Məhkəmə təhqiqatının davam etdirilmə-
sinə sərəncam verə bilər və bu zaman o təqsirin etiraf olun-
madığına istinad edərək, işi başqa Məhkəmə Palatasına verə 
bilər. 
5. prokuror və müdafiə arasında ittihamın dəyişdirilmə-
si,  təqsirini  boynuna  alma  yaxud  təyin  edilməli  olan  cəza 
barədə hər hansı müzakirə Məhkəmə üçün məcburi deyildir. 
Maddə 66. Təqsirsizlik prezumpsiyası
1.  Hər  kəs  onun  təqsiri  qanunla  sübut  olunana  qədər 
təqsirsiz  hesab  edilir. 
2.  Müttəhimin təqsirini sübut etmək vəzifəsi prokuro-
run  üzərinə  düşür. 
3.  Müttəhimi məhkum etmək üçün Məhkəmə əmin ol-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
333
malıdır ki, müttəhim təqsirlidir və bu məntiqi əsaslarla şübhə 
doğurmur. 
Maddə 67. Müttəhimm hüquqları
l. Hər hansı ittihamın araşdırılması zamanı müttəhimin 
bu Statutun müddəaları nəzərə alınmaqla, açıq dinləmələr, 
qərəzsiz şəkildə aparılan ədalətli dinləmələr və tam bərabər-
lik əsasında aşağıdakı təminatlara hüququ var:
a)  ona elan edilən ittihamın məzmunu, əsasları və xa-
rakteri barədə müttəhimin tam şəkildə başa düşdüyü və da-
nışdığı dildə təcili qaydada və ətraflı məlumat almaq;
b)  öz müdafiəsini hazırlamaq üçün lazımi vaxta və im-
kana malik olmaq, habelə seçdiyi müdafiəçi ilə konfidensi-
allıq şəraitində, sərbəst ünsiyyətdə olmaq;
c)  əsassız ləngimələr olmadan mühakimə olunmaq;
d)  63-cü maddənin 2-ci bəndinə əsasən, öz iştiraki ilə 
mühakimə olunmaq və özünü şəxsən və ya təyin etdiyi mü-
dafiəçi vasitəsi ilə müdafiə etmək, əgər müdafiəçisi yoxdur-
sa bu hüquq barədə məlumatlandırılmaq, ədalət mühakimə-
sinin maraqlarının tələb etdiyi və onun müdafiəçinin xidmət 
haqqını ödəmək imkanı olmadıqda hər bir haqla Məhkəmə-
nin ona təyin etdiyi müdafiəçiyə malik olmaq;
e)  onun əleyhinə ifadələr vermiş şahidlərə suallar ver-
mək və bu şahidlərin dindirilməsi, habelə onun əleyhinə ifa-
də verən şahidlər üçün mövcud olan şərtlərlə, onun xeyrinə 
ifadə verən şahidlərin çağırılması və dindirilməsi hüququna 
malik olmaq. Müttəhim həmçinin öz müdafiəsi üçün arqu-
mentlər gətirmək və bu Statuta əsasən, digər müvafiq sübut-
lar təqdim etmək hüququna malikdir;
f)  Məhkəmədə  işə  baxılması  üçün  yaxud  Məhkəməyə 
təqdim edilmiş sənədlərin tərtib edilməsi zamanı istifadə edil-
miş dil müttəhimin tam həcmdə başa düşdüyü və onun da-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
334
nışdığı dil deyilsə, Məhkəmə baxışının ədalətlilik tələblərinə 
cavab verməsi üçün zəruri olan tərcümələr almaq və pulsuz 
olaraq  səriştəli  tərcüməçinin  köməyindən  istifadə  etmək;
g)  ifadə verməyə, yaxud özünü təqsirli bilməyə məcbur 
edilməmək və bu cür susmanın təqsirlilik yaxud təqsirsizli-
yin həll edilməsinə təsir etməməsi şərti ilə susmağa davam 
etmək;
h)  and qəbul etmədən öz müdafiəsi üçün yazılı və şifahi 
bəyanatlarla çıxış etmək; və
i) əksini sübut etmək vəzifəsindən, yaxud təkzib etmək 
vəzifəsindən azad olmaq. 
2. Bu Statutda nəzərdə tutulmuş istənilən digər informa-
siyanın açılmasına əlavə olaraq, prokuror mümkün qədər tez 
olmaqla, sərəncamı və nəzarəti altında olan, onun fikrincə 
müttəhimin təqsirsizliyini təsdiq edən, yaxud təsdiq etməli 
olan,  yaxud  təqsirini  yüngülləşdirən,  yaxud  ittiham  sübut-
larının  həqiqiliyinə  təsir  edə  bilən  halların  olması  barədə 
sübutları  müdafiəyə  təqdim  edir.  Bu  bəndin  tətbiqinə  dair 
istənilən şübhələr məhkəmə tərəfindən həll edilir. 
Maddə 68. Zərərçəkmişlərin və şahidlərin mühafizə-
si və onların baxışda iştirakı
1.  Məhkəmə  zərərçəkmişlərin  və  şahidlərin  şəxsi  hə-
yatının və layaqətlərinin toxunulmazlığı, fiziki və psixi ri-
fahının, təhlükəsizliyinin qorunması üçün etibarlı tədbirlər 
görür. Bu zaman Məhkəmə bütün müvafiq amilləri, o cüm-
lədən yaş, 7-ci maddənin 3-cü bəndində müəyyən edildiyi 
kimi  gender  amili,  sağlamlağının  vəziyyətini,  habelə  ci-
nayətin  xarakterini,  lakin  bununla  məhdudlaşmamaqla,  ci-
nayətin seksual zorakılıq, gender zorakılıqlı yaxud uşaqlara 
münasibətdə zorakılıqları əhatə etməsi hallarını nəzərə alır. 
Prokuror xüsusi olaraq bu cinayətlərə görə istintaqın aparıl-


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə