Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə99/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
327
man etmək üçün ciddi əsasların müəyyən edilməsi üçün ki-
fayət qədər sübutlarla müdafiə etməlidir. Prokuror sənədlərə 
və ya sənədlərin xülasəsinə əsaslanaraq Məhkəmədə ifadə 
verməsi gözlənilən şahidləri çağırmaya bilər. 
6.  Dinləmənin gedişində şəxs aşağıdakıları edə bilər:
a)  ittihama etirazını bildirmək;
b)  prokurorun təqdim etdiyi sübutlara etiraz etmək; və
c)  sübutlar təqdim etmək. 
7.  İlkin icraat Palatası dinləmələr əsasında həmin şəx-
sin ittiham olunduğu hər bir cinayəti etməsini güman etməyə 
ciddi əsaslar yaradan kifayət qədər sübutların olub-olmama-
sını müəyyən edir. Öz qərarına əsaslanaraq İlkin icraat Pala-
tası:
a)  kifayət  qədər  sübutlar  müəyyən  etdiyi  ittihamla-
rı təsdiq edir və bu şəxsi təsdiq olunmuş ittihamlarla bağlı 
Məhkəmə baxışının həyata keçirilməsi üçün bu və ya digər 
Məhkəmə  palatasına  verir. 
b)  kifayət qədər sübutlar müəyyən etmədiyi ittihamları 
təsdiq  etmir;
c)  dinləmələri  saxlayır  və  prokurordan  aşağıdakıların 
mümkünlüyünə  baxmağı  xahiş  edir;
i)  bu və ya digər konkret ittihama münasibətdə əlavə 
sübutların təqdim edilməsi yaxud istintaqın davam etdiril-
məsi; və ya
ii)  təqdim  edilmiş  sübutların  Məhkəmənin  yurisdiksi-
yasına aid olan digər cinayətlərin törədilməsi faktını müəy-
yən  etməsini  güman  etdikdə,  ittihamın  dəyişdiriiməsi. 
8.  Əgər İlkin icraat Palatası ittihamı təsdiq etmirsə bu 
prokurora sonradan bu ittihamın təsdiq ediməsi barədə əlavə 
sübutlarla yenidən müraciət etməyə mane olmur. 
9.  İttihamın  təsdiq  edilməsindən  sonra  və  Məhkəmə 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
328
baxışının  başlanmasına  qədər  prokuror  İlkin  icraat  Palata-
sının razılığı və müttəhimə xəbər verilməsindən sonra, itti-
hamı dəyişə bilər. Əgər prokuror əlavə ittiham irəli sürmək, 
yaxud  ittihamı  daha  ciddi  ittihamla  əvəz  etmək  istəyirsə, 
onda bu maddəyə əsasən bu ittihamların təsdiq ediməsi üçün 
dinləmələr keçirilməidir. Məhkəmə baxışının başlanmasın-
dan sonra prokuror Məhkəmə Palatasının razılığı ilə ittihamı 
çıxara biər. 
10. Əvvəllər verilmiş istənilən order İlkin icraat Palatası 
tərəfindən təsdiq olunmamış, yaxud prokuror tərəfindən geri 
götürülmüş istənilən ittihama münasibətdə qüvvəsini itirir. 
11. Bu  maddəyə  əsasən,  ittihamların  təsdiq  edilməsin-
dən sonra Rəyasət heyəti 8-ci bənd və 64-cü maddənin 4-cü 
bəndinə əsasən, sonrakı araşdırmalar üçün cavabdehlik da-
şıyır və İlkin icraat Palatasının bu cür araşdırmaya aidiyyatı 
olan və onun gedişində yerinə yetirilən hər hansı funksiyala-
rını həyata keçirən Məhkəmə Palatasını yaradır. 
6-CI HİSSƏ. 
MƏHKƏMƏ BAXIŞI
Maddə 62. Məhkəmə baxışının yeri
Əgər başqa qərar qəbul edilməsə, Məhkəmə baxışının 
yeri  məhkəmənin  olduğu  yerdir. 
Maddə 63. Müttəhimin iştirakı ilə məhkəmə baxışı
1.  Müttəhim məhkəmə baxışında iştirak edir. 
2.  Əgər  Məhkəmə  baxışında  iştirak  edən  müttəhim 
Məhkəmə baxışının gedişini pozmaqda davam edərsə, Məh-
kəmə Palatası müttəhimi kənarlaşdıra və ona zəruri olduğu 
hallarda əlaqə vasitələrindən istifadə etməklə Məhkəmə za-
lından kənarda olmaqla baxışın gedişini izləmək və müda-
fiəsinə göstərişlər vermək imkanı yaradır. Göstərilən tədbir-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
329
lər yalnız müstəsna hallarda digər müəyyən tədbirlər nəticə 
vermədikdə və ciddi zərurət olan müddət ərzində xüsusi hal-
lara münasibətdə tətbiq edilir. 
Maddə 64. Məhkəmə palatasının funksiya və səlahiy-
yətləri
1.  Məhkəmə  Palatasının  bu  maddədə  nəzərdə  tutulan 
funksiyaları  və  səlahiyyətləri  bu  Statuta  və  Sübutetmə  və 
prosedur  Qaydalarına  uyğun  olaraq  həyata  keçirilir. 
2.  Məhkəmə  Palatası  təhqiqatın  ədalətli  və  sürətli  ol-
ması və müttəhimin hüquqlarının tam təmin olunması, zərər-
çəkmiş və şahidlərin hüquqlarının mütləq qorunması zərurə-
tinin nəzərə alınmasını təmin edir. 
3.  İşin bu Statuta uyğun olaraq dinlənilməsi üçün təyin 
olunmasından sonra işə baxmaq üçün təyin olunmuş Məh-
kəmə Palatası:
a)  tərəflərlə məsləhətləşir və təhqiqatın ədalətli və sürət-
li həyata keçirilməsi üçün zəruri olan prosedurlar qəbul edir:
b)  Məhkəmə baxışının gedişində istifadə olunacaq dili 
və ya dilləri müəyyən edir; və
c)  bu  Statutun  hər  hansı  digər  müddəalarına  əməl 
etməklə, Məhkəmə baxışına lazımi qaydada hazırlaşmaq 
üçün buna qədər açılmamış sənədlərin, yaxud informasi-
yaların Məhkəmə baxışının başlamasına qədər açılmasını 
nəzərdə  tutur. 
4.  Əgər  bu  ona  öz  funksiyalarının  effektiv  və  düz-
gün yerinə yetirmək üçün tələb olunursa, Məhkəmə Pa-
latası İlkin icraat Palatasına, yaxud zəruri olduqda, İlkin 
icraat şöbəsinin sərəncamında olan digər hakiminə ilkin 
məsələləri  verə  bilər. 
5. Müvafiq hallarda Məhkəmə Palatası tərəflərə xəbər-
darlıq etməklə birdən çox müttəhimə qarşı ittihamın birləş-
dirilməsi, yaxud ayrılması barədə sərəncam verə bilər, 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
330
6. Məhkəmə Palatası Məhkəmə baxışının başlamasına 
qədər və ya Məhkəmə baxışının gedişində öz funksiyalarının 
həyata keçirərkən zəruri olduqda:
a)  İlkin icraat Palatasının 61-ci maddənin 11-ci bəndin-
də göstərilmiş istənilən funksiyalarını həyata keçirir;
b)  zəruri olduqda bu Statutda göstərildiyi qaydada döv-
lətlərin köməyindən istifadə etməklə şahidlərin gəlməsi və 
onların ifadə verməsini, həmçinin sənədlərin və digər sübut-
ların təqdim edilməsini tələb edir;
c)  gizli məlumatların yayılmamasını təmin edir;
d)  Məhkəmə baxışına qədər toplanılmış, yaxud Məh-
kəmə  baxışının  gedişində  tərəflərin  təqdim  etdikləri  sü-
butlara əlavə sübutların təqdim edilməsi haqqında sərən-
cam verir;
e)  müttəhimin, şahidlərin və zərərçəkmişlərin müdafiə-
sini təmin edir; və
f)  işə  aid  oian  istənilən  digər  məsələ  barəsində  qərar 
çıxarır. 
7.  Məhkəmə  baxışı  açıqdır,  lakin  Məhkəmə  Palatası 
68-ci maddədə nəzərdə tutulan məqsədlər, yaxud sübut kimi 
təqdim edilməli olan həssas, yaxud gizli məlumatın qorun-
ması üçün xüsusi hallarda bəzi iclasların qapalı keçirilməsi-
nin tələb olunduğunu müəyyən edə bilər. 
8.  a) Baxış başlayarkən Məhkəmə palatası müttəhimə 
bundan əvvəl İlkin icraat Palatasında təsdiq edilmiş ittiham-
naməni  oxuyur.  Məhkəmə  Palatası  müttəhimin  ittihamın 
mahiyyətini  başa  düşməsini  əmin  etməlidir.  O,  müttəhimə 
65-ci maddəyə əsasən, öz təqsirini etiraf etmək, yaxud öz 
təqsirsizliyini  bəyan  etmək  imkanı  verir. 
b)  Məhkəmə  baxışının  gedişində  sədrlik  edən  hakim 
təhqiqatın  aparılmasına  dair,  o  cümlədən  onun  düzgün  və 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə