Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə98/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
323
a)  şəxsin adı və şəxsiyyətini müəyyən edən istənilən di-
gər məlumat;
b)  şəxsin gəlməsinin dəqiq tarixi;
c)  həmin şəxsin törətməsi güman edilən Məhkəmənin 
yurisdiksiyasına  aid  olan  cinayətə  konkret  istinad;  və
d)  bu  cinayəti  təşkil  etməsi  güman  edilən  faktların 
dəqiq  xülasəsi
Gəlmə haqqında əmr bilavasitə müvafiq şəxsə təqdim 
edilir. 
Maddə  59.  Həbsdə  saxlama  dövlətində  həbs  etmə 
proseduru
1.  Hər hansı şəxsin ibtidai həbsi və yaxud həbs edilib 
təhvil  verilməsi  barədə  xahiş  almış  dövlət  dərhal  müvafiq 
şəxsin öz qanunvericiliyinə və 9-cu hissənin müddəalarına 
uyğun olaraq həbs edilməsi üçün addımlar atır. 
2.  Həbsə məruz qalmış şəxs dərhal bu dövlətin qanun-
vericiilyinə  uyğun  olaraq  aşağıdakıların  müəyyən  edilmə-
si üçün həbsdə saxlanıldığı dövlətin səlahiyyətli məhkəmə 
orqanına  təhvil  verilir:
a)  order bu şəxsə münasibətdə verilmişdirmi;
b)  bu şəxs müvafiq prosedurlara əməl olunmaqla həbs 
edilmişdirmi;  və
c)  bu şəxsin hüquqları qanunla mühafizə olunmuşdur-
mu. 
3.  Həbs olunan həbsdə saxlanıldığı dövlətin səlahiyyət-
li orqanlarına Məhkəməyə verilənə qədər müvəqqəti azadlı-
ğa buraxılması üçün vəsatət verə bilər. 
4.  Hər hansı bu cür vəsatətə baxarkən həbsdə saxlanıl-
ma yerinin dövlətinin səlahiyyətli orqanı güman edilən ci-
nayətin  ağırlığı  nəzərə  alınmaqla,  müvəqqəti  azad  etməyə 
haqq qazandıran fövqalədə və müstəsna halların mövcud ol-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
324
ması, həbsdə saxlanma yeri dövlətinin bu şəxsin Məhkəməyə 
verilməsi öhdəliyinin yerinə yetirə bilməsini təmin edən eti-
barlı təminatların olmasını nəzərdən keçirir. Həbsdə saxla-
ma yeri dövlətinin səlahiyyətli orqanı həbs orderinin 58-ci 
maddənin 1-ci bəndinin (a) və (b) yarımbəndlərinə müvafiq 
şəkildə verilib-verilməməsi məsələsinə baxa bilməz. 
5.  İlkin  icraat  Palatası  müvəqqəti  azadlığa  buraxılma 
haqqında  istənilən  vəsatət  bardə  xəbərdar  edilir  və  həbs-
də saxlama yeri dövlətinin səlahiyyətli orqanına tövsiyələr 
verir.  Həbsdə  saxlama  yeri  dövlətinin  səlahiyyətli  orqanı 
qərarını çıxaranadək bu tövsiyələri, o cümlədən bu şəxsin 
qaçmasının qarşısının alınması üzrə tədbirlərə dair istənilən 
tövsiyəni  tam  həcmdə  nəzərə  alır. 
6.  Əgər şəxs müvəqqəti azad olunursa İlkin icraat Pa-
latası bu cür müvəqqəti azadetmənin statusuna dair vaxtaşırı 
məruzələr tələb edə bilər. 
7.  Həbsdə saxlama yeri dövlətinin, şəxsi Məhkəməyə 
vermək  haqqında  qərarının  çıxarılmasından  sonra  həmin 
şəxs  mümkün  qədər  tez  Məhkəməyə  təqdim  edilir. 
Maddə 60. Məhkəmədə ilkin icraat
1.  Şəxsin Məhkəməyə verilməsi, yaxud könüllü və ya 
gəlmə haqqında əmrə əsasən, Məhkəməyə gəlməsindən son-
ra İlkin icraat Palatası şəxsə onun törətməsi güman edilən 
cinayətlər  barəsində  və  Məhkəmə  baxışının  başlanmasına 
qədər həbsdən müvəqqəti azad edilmə haqqında, vəsatət ver-
mək hüququ da daxil olmaqla, bu Statutla nəzərdə tutulmuş 
hüquqları barədə məlumat verilməsinə əmin olur. 
2.  Haqqında həbs orderi verilmiş şəxs Məhkəmə baxı-
şının  başlanmasına  qədər  müvəqqəti  olaraq  həbsdən  azad 
edilmə haqqında vəsatət verə bilər. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
325
Əgər İlkin icraat Palatası 58-ci maddənin 1-ci bəndi ilə 
müəyyən edilmiş şərtlərin yerinə yetirilməsinə əmin olarsa, 
şəxs həbsdə qalmaqda davam edir. Əgər İlkin icraat Palatası 
onların yerinə yetirilməsinə əmin deyilsə, o bu şəxsi müəy-
yən şərtlərlə və ya heç bir şərt olmadan azad edir. 
3.  İlkin icraat Palatası vaxtaşırı bu şəxsin azad edilməsi 
və ya onun həbsdə saxlanılması haqqında qərarlarına baxır 
və bunu prokurorun və ya bu şəxsin xahişi ilə istənilən vaxt 
edə bilər, əgər, o, bu cür nəzərdən keçirmədən sonra dəyiş-
miş  şəraitin  tələb  etməsinə  əmin  olarsa,  həbsdə  saxlama, 
həbsdən azad etmə, yaxud həbsdən azad etmə şərtlərinə dair 
qərarlarını dəyişə bilər. 
4.  İlkin  icraat  Palatası  prokuror  tərəfindən  istintaqın 
əsassız  yubadılmasına  görə  Məhkəmə  baxışına  qədər  heç 
kəsin uzun müddət əsassız olaraq həbsdə saxlanılmamasını 
təmin edir. Bu cür yubanmalar yarandıqda Məhkəmə şəxsin 
müəyyən şərtlərlə, yaxud heç bir şərt olmadan həbsdən azad 
edilməsi barədə məsələyə baxa bilər. 
5.  Zərurət  yarandıqda,  İlkin  icraat  Palatası  həbsdən 
azad edilmiş şəxsin iştirakını təmin etmək üçün həbsə order 
verə  bilər. 
Maddə 61. Məhkəmə baxışının başlanmasına qədər 
ittihamın təsdiq edilməsi
1.  2-ci  bəndin  müddəalarına  əsasən,  şəxsin  Məh-
kəməyə təhvil verilməsi yaxud onun özünün könüllü şə-
kildə  Məhkəməyə  gəlməsindən  sonra  qanunla  müəyyən 
olunmuş müddət ərzində İlkin icraat Palatası prokurorun 
əsasında  məhkəmə  baxışının  keçirilməsinə  nail  olmağa 
çalışdığı  ittihamın  təsdiqi  ilə  bağlı  dinləmələr  keçirir. 
Dinləmələr prokurorun və müttəhimin, habelə onun mü-
dafiəçisinin  iştirakı  ilə  aparılır.


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
326
2.  İlkin icraat Palatası prokurorun xahişi, yaxud özünün 
təşəbbüsü ilə prokurorun əsasında Məhkəmə baxışını keçir-
məyə  çalışdığı  ittihamın  təsdiq  edilməsi  üçün  dinləmələri 
aşağıdakı hallarda müttəhim olmadan həyata keçirə bilər:
a)  şəxs özünün Məhkəmədə iştirak etmək hüququndan 
istifadə  etməkdən  imtina  etmişdir,  yaxud:
b)  həmin şəxsə qarşı irəli sürülən ittihamlar və bu itti-
hamların təsdiqi üçün dinləmələrin keçirilməsinə öz müna-
sibəti barədə məlumat verilməsindən ötrü Məhkəməyə gəl-
məsinin təmin edilməsi üçün bütün məntiqi addımlar atıldığı 
halda şəxsin gizləndiyi və ya onun olduğu yeri müəyyən et-
mək mümkün olmadıqda;
Əgər İlkin icraat Palatası bunun ədalət mühakiməsinin 
maraqlarına cavab verməsini müəyyən edərsə, göstərilən hal-
larda bu cür şəxslər müdafiəçi vasitəsilə təmsil oluna bilərlər. 
3.  Bu şəxs dindirməyə qədər məntiqi müddət ərzində:
a)  prokurorun əsasında şəxsi Məhkəməyə cəlb etməyə 
çalışdığı  ittihamnaməni  əks  etdirən  sənədlərin  surətlərini 
alır;  və
b)  prokurorun dinləmələr zamanı hansı sübutlardan is-
tifadə etmək istəməsi barədə xəbərdar edilir. 
İlkin icraat Palatası məlumatın dinləmələr üçün açılması 
barədə sərəncam verə bilər. 
4.  Dinləməyə  qədər  prokuror  istintaqı  davam  etdirə 
bilər və istənilən ittihamı dəyişdirə və ya çıxara bilər. Din-
ləməyə  qədər  müttəhimə  ittihamda  istənilən  dəyişiklik  və 
çıxarma barəsində məntiqi məlumat verilir. İttihamın çıxarıl-
ması zamanı prokuror İlkin icraat Palatasına bunun səbəbləri 
barədə məlumat verir. 
5.  Dinləmələr zamanı prokuror ittihamın hər bir bən-
dini həmin şəxsin ittiham olunduğu cinayəti törətməsini gü-


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə