Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə102/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
339
dədə nəzərdə tutulan ədalət mühakiməsinə qarşı cinayətlərə 
görə özünün cəza tədbirlərini müəyyən edən cinayət qanun-
vericiliyini tətbiq edir. 
b) Məhkəmənin xahişi ilə iştirakçı dövlət bunu əhəmiyət-
li hesab etdiyi halda, işi Məhkəmə təqibi üçün öz səlahiyyətli 
orqanına verir. Həmin orqanlar bu işləri diqqətlə təhlil edir, 
onlara baxılmasının səmərəliliyi üçün lazımi ehtiyat ayırırlar. 
Maddə 71. Məhkəmədə qeyri-qanuni davranışa görə 
sanksiya
l. Məhkəmə, məhkəmədə iştirak edən şəxsləri qeyri-qa-
nuni davranışlarına görə, o cümlədən baxışı pozmağa, yaxud 
onun  sərəncamlarını  yerinə  yetirməkdən  qəsdən  imtina  et-
məyə görə azadlıqdan məhrumetmədən başqa Məhkəmə za-
lından müvəqqəti, yaxud daimi kənarlaşdırma, cərimə, yaxud 
Sübutetmə və prosedur Qaydalarında nəzərdə tutulan digər 
müvafiq tədbirlər kimi inzibati tədbirlərlə cəzalandıra bilər. 
2. 1-ci bənddə göstərilən tədbirlərin tətbiqini nizama sa-
lan prosedurlar Sübutetmə və prosedur Qaydalarında müəy-
yən olunur. 
Maddə 72. Milli təhlükəsizliyə toxunan məlumatla-
rın  mühafizəsi
Bu maddə dövlətin rəyinə əsasən, onun məlumat, yaxud 
sənədlərinin açılmasının milli təhlükəsizlik maraqlarına zi-
yan gətirə biləcəyi hər bir halda tətbiq olunur. Bu cür hallar 
özündə 56-cı maddənin 2 və 3-cü bəndlərinin, 61-ci mad-
dənin 3-cü bəndinin, 64-cü maddənin 3-cü bəndinin, 67-ci 
maddənin 2-ci bəndinin, 68-ci maddənin 6-cı bəndənin, 87-
ci maddənin 6-cı bəndinin və 93-cü maddənin müddəaları-
nın şamil olunduğu halları, habelə Məhkəmə baxışının bu 
cür açma haqqında məsələ qaldırıla biləcəyi istənilən mər-
hələsində meydana çıxan halları əks etdirir. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
340
Bu maddə, həmçinin informasiya və ya sübutları təqdim 
etmək  üçün  müraciət  edilmiş  şəxs  açmanın  dövlətin  mil-
li təhlükəsizlik maraqlarına ziyan vruması əsası ilə bundan 
imtina etdiyi və ya həmin məsələni dövlətə təqdim etdiyi və 
maraqlı dövlətin onun fikrincə, açmanın onun milli təhlükə-
sizlik maraqlarına ziyan gətirə biləcəyini təsdiq etdiyi halda 
da tətbiq edilir. 
Bu maddədə heç bir hal 54-cü madənin 3 (e) və (f) bən-
dinə əsasən, tətbiq edilən konfidensiallıq tələblərinə, yaxud 
73-cü maddənin tətbiqinə ziyan gətirmir. 
Əgər  hər  hansı  dövlətə  dövlətin  informasiya  və  ya 
sənədlərinin açılması, yaxud yəqin ki, Məhkəmə baxışının 
hər hansı mərhələsində açılacağı məlum olursa və onun fik-
rincə, onların açılması onun milli təhlüksizlik maraqlarına 
ziyan vura bilərsə, dövlət məsələnin həmin maddəyə uyğun 
olaraq həllinə nail olmaq üçün müdaxilə etməyə haqlıdır. 
Əgər  hər  hansı  dövlətin  mülahizəsinə  görə  informasi-
yanın  açılması  onun  milli  təhlükəsizlik  maraqlarına  ziyan 
vurmuşsa, bu dövlət şəraitdən asılı olaraq, prokuror, müda-
fiə yaxud İlkin icraat Palatası və ya Məhkəmə Palatası ilə 
qarşılıqlı şəkildə həmin məsələnin əməkdaşlıq əsasında həll 
olunması üçün bütün məntiqi tədbirləri görür. Bü cür tədbir-
lər özündə aşağıdakıları əks etdirir:
a)  sorğunun dəqiqləşdirilməsi yaxud modifikasiyası;
b)  Məhkəmənin tələb olunan informasiyanın yaxud sü-
butun aidiyyəti üzrə, yaxud hətta aidiyyatı olsa belə, sübutun 
sorğu edilən dövlətdən başqa digər mənbədən alına bilməsi 
üzrə qərar çıxarması;
c)  informasiya  yaxud  sübutların  digər  mənbələrdən, 
yaxud  digər  formada  alınması;  yaxud. 
d)  ümumiləşdirilmiş  yaxud  işlənilmiş  informasiyanın 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
341
təqdim  edilməsi,  açmaya  məhdudiyyətlərin  qoyulması,  in 
camera yaxud ex parte baxışdan istifadə olunması, yaxud bu 
Statut və Qaydalara uyğun olaraq digər mühafizə tədbirləri 
də daxil olmaqla, kömək göstərilməsinin şərtləri barədə ra-
zılaşma. 
6.  Əgər  həmin məsələnin əməkdaşlıq əsasında niza-
ma salınması üçün məntiqi tədbirlər görülmüşdürsə və döv-
lət informasiya və ya sənədin onun milli təhlükəsizlik ma-
raqlarına ziyan vurmadan açılması və ya təqdim olunmasına 
imkan verən üsul və şərtlərin olmaması güman edilirsə, əgər 
bu motivlərin şərh olunması öz-özlüyündə bu cür ziyana sə-
bəb olmursa öz qərarının konkret motivləriıni göstərməklə, 
bu barədə prokurora yaxud Məhkəməyə məlumat verir. 
7.  Əgər Məhkəmə sonradan müvafiq sübutların işə aid 
olmasını  və  müttəhimin  təqsirinin  yaxud  təqsirsizliyinin 
müəyyən edilməsi üçün zəruriliyini müəyyən edərsə aşağı-
dakı tədbirləri görə bilər;
a) əgər informasiyanın və ya sənədin açılması 9-cu his-
səyə əsasən əməkdaşlıq haqqında xahişə uyğun olaraq yaxud 
2-ci  bənddə  göstərilən  halla  əlaqədar  olaraq  istənilərsə  və 
dövlət  93-cü  maddənin  4-cü  bəndinə  uyğun  olaraq  etiraz 
üçün  səbəblər  gətirmişdirsə:
i)  Məhkəmə 7-ci bəndin (a) (ii) yarımbəndində göstə-
rilən hər hansı qərarı çıxarmazdan əvvəl müvafiq hallarda 
in camera və ex parte dinləmələri də daxil olmaqla dövlətin 
arqumentlərinin dinlənilməsi məqsədi ilə növbəti məsləhət-
ləşmələrin aparılması haqqında sorğu göndərə bilər;
ii)  əgər  Məhkəmə  sorğu  edilən  dövlətin  müvafiq  işin 
hallarında 93-cü maddənin 4-cü bəndi üzrə etiraz üçün əsas-
lara  istinad  etməklə  Statut  üzrə  öhdəliklərə  zidd  hərəkət 
etməsi qənaətinə gələrsə Məhkəmə öz qərarı üçün əsasları 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
342
göstərməklə müvafiq məsələni 87-ci maddənin 7-ci bəndinə 
əsasən verə bilər; və
iii) Məhkəmə müttəhimin işi üzrə Məhkəmə baxışının 
gedişində bu və ya digər faktın olması və ya olmaması üzrə 
müvafiq hallarla əsaslandırıla bilən nəticələr çıxara; yaxud
b) bütün digər hallarda:
i)  açma haqqında sərancam vermək; yaxud
ii)  açma  haqqında  qərar  Məhkəmə  tərəfindən  qəbul 
olunmadıqda müttəhimin iş üzrə Məhkəmə baxışının gedi-
şində müvafiq hallarda bəraət qazandıra bilən bu və ya digər 
faktın  olub-olmaması  üzrə  nəticələr  çıxarmaq. 
Maddə 73. Üçüncü tərəflərin informasiya və sənəd-
ləri
Əgər Məhkəmə hər hansı dövlət, hökumətlərarası təş-
kilat, yaxud beynəlxalq təşkilat tərəfindən iştirakçı dövlətə 
konfidensiallıq şərti ilə açılmış və onun sərəncamında, ixtiya-
rında, yaxud nəzarəti altında olan informasiya və ya sənədin 
təqdim olunması xahişi ilə müraciət edirsə, onda üzv dövlət 
bu cür informasiya və ya sənədin açılması üçün, infomasi-
ya və ya sənədi açılan tərəfin razılığını alır. Əgər belə tərəf 
iştirakçı dövlətdirsə, o ya bu cür sənədin, yaxud informasi-
yanın açılmasına razılıq verir, ya da sənədin və ya informa-
siyanın 72-ci maddənin müddəalarına əməl etməklə açılması 
məsələsini nizama salmaq vəzifəsini üzərinə götürür. Əgər 
bu cür tərəf qismində bu Statutun iştirakçısı olmayan dövlət 
çıxış edirsə və məlumatın və ya sənədin açılmasına razılıq 
verməkdən imtina edirsə, sorğu verilən dövlət Məhkəməni 
bu tərəf qarşısında konfidensiallığa əməl etməyə münasibət-
də əvvələr üzərinə götürdüyü öhdəlik nəticəsində bu sənədi 
və ya informasiyanı təqdim edə bilməyəcək vəziyyətdə ol-
ması barədə xəbərdar edir. 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə