Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə110/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
370
10-CUHİSSƏ 
İCRA
Maddə103.  Azadlıqdan  məhrumetmə  qaydasında 
cəzanın  icra  edilməsində  dövlətlərin  rolu
1.  a) Azadlıqdan  məhrumetmə  qaydasında  cəza  məh-
kəməyə, haqqında hökm çıxarılmış şəxsi qəbul etməyə hazır 
olması  barədə  məlumat  vermiş  dövlətlər  arasından  Məh-
kəmənin  müəyyən  etdiyi  dövlətdə  çəkilir. 
b)  dövlət hökm çıxarılmış şəxsi qəbul etməyə hazır ol-
ması barədə bəyanat verən zaman Məhkəmə ilə razılaşma 
üzrə və bu hissəyə uyğun olaraq bu cür qəbuletmənin şərtlə-
rini göstərə bilər. 
c)  konkret  işdə  azadlıqdan  məhrumetmə  qaydasında 
cəzanın çəkilməsi üçün təyin olunmuş dövlət, dərhal Məh-
kəmə  tərəfındən  edilmiş  təyinatla  razılaşıb-razılaşmaması 
barədə  Məhkəməyə  məlumat  verir. 
2.  a)  Hökmün  icra  dövləti  azadlıqdan  məhrumetmə-
nin şərtlərinə və davamlılığına fıziki təsir göstərə bilən, 1-ci 
bəndə uyğun olaraq razılaşdırılmış şərtin yerinə yetirilməsi 
də daxil olmaqla, bütün hallar barədə Məhkəməyə məlumat 
verir. Məhkəməyə məlum olan və ya baş verəcəyi ehtimal 
olunan hər hansı belə hal barədə 45 gündən gec olmayaraq 
məluat verilir. Bu müddət ərzində hökmü icra edən dövlət 
110-cu maddəyə uyğun olaraq öz öhdəliklərinin yerinə yeti-
rilməsinə ziyan gətirə bilən hərəkətlər etmir. 
b) Əgər Məhkəmə (a) yarımbəndində göstərilən hallarla 
razılaşa bilmirsə, o hökmü icra edən dövlətə məlumat verir 
və 104-cü maddənin 1-ci bəndinə uyğun olaraq hərəkət edir. 
3.  1-ci  bəndə  uyğun  olaraq,  dövlətin  təyin  olunması 
üzrə öz səlahiyyətlərini həyata keçirərkən Məhkəmə aşağı-
dakıları  nəzərə  alır:


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
371
a)  Sübutetmə və prosedur Qaydalarında nəzərdə tu-
tulduğu  kimi,  ədalətli  bölgü  prinsiplərinə  uyğun  olaraq 
iştirakçı dövlətlərin azadlıqdan məhrumetmə qaydasında 
cəzanın icra edilməsinə görə məsuliyyəti bölüşdürmələri 
prinsipini;
b)  məhbuslarla  münasibətdə  ümumi  tanınmış  beynəl-
xalq  müqavilə  standartlarının  tətbiq  edilməsi;
c)  haqqında hökm çıxarılmış şəxsin rəyi; və
d)  haqqında hökm çıxarılmış şəxsin vətəndaşlığı;
e)  haqqında hökm çıxarılmış şəxsə və ya cinayət halla-
rına və ya cəzanın səmərəli icra edilməsinə aid olan və hök-
mü icra edən dövlətin təyin edilməsi zamanı nəzərə alınmalı 
olan digər amillər. 
4.   Əgər  1-ci  bəndə  uyğun  olaraq  heç  bir  dövlət  təyin 
edilməmişdirsə, azadlıqdan məhruetmə qaydasında cəza 3-cü 
maddənin 2-ci bəndində göstərilən qərargah mənzil haqqında 
razılaşmada nəzərdə tutulmuş şərtlərə uyğun olaraq yerləşmə 
dövlətin təqdim etdiyi həbsxana müəsisəsində çəkilir. 
Maddə 104. Hökmü icra edən dövlətin dəyişdirilməsi
1.  Məhkəmə  istənilən  vaxt  haqqında  hökm  çıxarılmış 
şəxsin digər dövlətin həbsxanasına köçürülməsi barədə qə-
rar qəbul edə bilər. 
2. Haqqında hökm çıxarılmış şəxs, istənilən vaxt Məh-
kəməyə onun hökmü icra edən dövlətdən köçürülməsi barə-
də vəsatətlə müraciət edə bilər. 
Maddə 105. Hökmün icrası
1.  Dövlətin 103-cü maddənin (b) bəndinə əsasən, qeyd-
şərt edə bildiyi şərtlərə əməl olunmaqla, azadlıqdan məhru-
metmə  qaydasında  cəzanın  təyin  edilməsi  haqqında  hökm 
bütün  iştirakçı  dövlətlər  üçün  məcburidir  və  onlar  hökmü 
heç bir halda dəyişdirə bilməzlər. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
372
2.  Yalnız  Məhkəmə  hər  hansı  şikayət  və  ya  yenidən 
baxma haqqında vəsatət üzrə qərar qəbul etmək hüququna 
malikdir. Hökmü icra edən dövlət hökm çıxarılmış şəxsə hər 
hansı bu cür vəsatətlə müraciət etməyə mane olmur. 
Maddə 106. Hökmün icra edilməsinə və azadlıqdan 
məhrumetmənin  şərtlərinə  nəzarət
1.  Azadlıqdan  məhrumetmə  qaydasında  cəzanın  icra 
edilməsi  Məhkəmənin  nəzarəti  altında  həyata  keçirilir  və 
məhbuslarla rəftar geniş tanmmış beynəlxalq müqavilə stan-
dartlarına  uyğun  olmalıdır. 
2.  Azadlıqdan  məhrumetmə  şəraiti  hökmün  icra  edən 
dövlətin qanunvericiliyi ilə tənzimlənir və məhbuslarla rəf-
tar haqqında ümumi tanınmış beynəlxalq müqavilə standart-
larına uyğun olmalıdır; bu şərait heç bir halda hökmü icra 
edən  dövlətdə  analoji  cinayətlər  törətməyə  görə  məhkum 
olunanların həbsdə saxlanılmalarından az və ya çox əlverişli 
olmamalıdır. 
3.  Haqqında hökm çıxarılmış şəxslər və Məhkəmə ara-
sında yazışmalalar maneəsiz və konfidensialdır. 
Maddə 107. Şəxsin cəzasını çəkdikdən sonra təhvil 
verilməsi
1.  Hökmü  icra  edən  dövlətin  vətəndaşı  olmayan  şəxs 
cəzasını çəkdikdən sonra, əgər hökmü icra edən dövlət bu 
şəxsə öz ərazisində qalmağa icazə vermirsə, həmin dövlət, 
qanunvericiliyinə uyğun olaraq, bu şəxsi qəbul etməli olan 
dövlətə və ya bu zaman şəxsin bütün arzularını nəzərə al-
maqla, onu qəbul etməyə razı olan dövlətə verir. 
2.  Əgər  heç bir dövlət şəxsin 1-ci bəndə uyğun olarq 
təhvil verilməsi ilə bağlı xərcləri öz üzərinə götürmürsə bu 
xərciəri  Məhkəmə  çəkir. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
373
3. 108-ci maddənin müddəalarına əməl etməklə hökmü 
icra edən dövlət həmçinin öz qanunvericiliyinə uyğun olaraq 
həmin şəxsi bu şəxsi Məhkəmə təqibi və ya hökmün icrası 
məqsədilə ona təslimetmə və ya sərəncamına təqdim etmə 
haqqında xahişlə müraciət edən dövlətə verə və ya başqa cür 
sərəncamına təqdim edə bilər. 
Maddə 108. Cinayət təqibinə və ya digər hüquq po-
zuntularına görə cəzaya münasibətdə məhdudiyyətlər
1. Əgər bu cür cinayət təqibi, cəza və ya verilmə hök-
mü icra edən dövlətin xahişi ilə Məhkəmə tərəfindən təsdiq 
olunmamışdırsa, haqqında hökm çıxarılmış və hökmü icra 
edən dövlətdə həbsdə saxlanılan şəxs hökmü icra edən döv-
lətə verilənə kimi törətdiyi hər hansı hərəkətə görə cinayət 
təqibinə və ya cəzaya, yaxud üçüncü dövlətə verilməyə mə-
ruz qala bilməz. 
2.  Məhkəmə  müvafiq  məsələ  üzrə  hökm  çıxarılmış 
şəxsi  dinlədikdən  sonra  qərar  çıxarır. 
3.  Əgər  hökm çıxarılmış şəxs məhkəmənin çıxardığı 
hökm üzrə cəza müddətini çəkib qurtardıqdan sonra öz ira-
dəsi ilə 30 gündən artıq müddətdə hökmü icra edən dövlətin 
ərazisində qalırsa və ya bu dövləti tərk etdikdən sonra yeni-
dən onun ərazisinə qayıdırsa, 1-ci bənd tətbiq edilmir. 
Maddə  109.  Cərimələr  və  müsadirə  tədbirləri 
haqqında  qərarların  icra  edilməsi
1.  İştirakçı dövlətlər Məhkəmənin 7-ci hissəyə əsasən, 
çıxardığı  cərimələr  və  müsadirə  tədbirləri  haqqında  qərar-
larını  üçüncü  tərəflərin  bona-fide  hüquqlarına  ziyan  gətir-
mədən və onların milli qanunvericiliyi ilə nəzərdə tutulmuş 
prosedurlara uyğun olaraq icra edirlər. 
2.  Əgər iştirakçı dövlət müsadirə haqqında qərarı ye-
rinə yetirə bilmirsə üçüncü tərəflərin bona-fıde hüquqlarına 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə