Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə111/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
374
ziyan gətirmədən, o Məhkəmənin qərarı ilə müsadirə edil-
məli  olan  gəlirlərin,  əmlak  və  ya  aktivlərin  alınması  üçün 
tədbirlər  görür. 
3.  İştirakçı dövlətin Məhkəmənin qərarını icra etməsi 
nəticəsində  daşınmaz  əmlakın  müvafiq  hallarda  digər  əm-
lakların  satılmasından  alınmış  əmlak  və  ya  gəlirlər  Məh-
kəməyə  verilir. 
Maddə 110. Məhkəmə tərəfindən hökm üzrə cəzanın 
müddətinin azaldılması haqqında məsələyə baxılması
1.  Hökmü  icra  edən  dövlət  Məhkəmənin  çıxardığı 
hökm üzrə cəzanın müddəti bitənə qədər şəxsi azadlığa bu-
raxa  bilməz. 
2.  Yalnız Məhkəmə cəza müddətinin hər hansı formada 
azaldılması haqqında qərar qəbul etmək hüququna malikdir 
və şəxsi dinləyərək bu məsələ üzrə qərar çıxarır. 
3.  Əgər şəxs cəza müddətinin üçdə ikisini və ya azad-
lıqdan ömürlük məhrumetmə halında 25 ilini çəkmişdirsə, 
Məhkəmə şəxsə münasibətdə çıxardığı hökm üzrə təyin edil-
miş cəzanın müddətinin azaldılması məsələsini həll etmək 
üçün hökmü nəzərdən keçirir. Hökmün nəzərdən keçirilməsi 
yuxarıda göstərilmiş müddət çatanadək həyata keçirilə bil-
məz. 
4.  3-cü bəndə uyğun olaraq hökm nəzərdən keçirilərkən 
məhkəmə aşağıdakı amillərdən birinin və yaxud bir neçəsi-
nin olduğunu müəyyən edərsə, cəza müddətinin azaldılması 
barədə qərar çıxara bilər;
a)  Məhkəmənin  həyata  keçirdiyi  istintaq  və  cinayət 
təqibində şəxsin məhkəmə ilə əməkdaşlıq etmək barədə ilkin 
mərhələdə  ifadə  olunmuş  hazırlığı;
b)  Digər hallarda məhkəmənin qərar və əmrlərinin ic-
rasının  təmin  edilməsində  şəxs  tərəfındən  könüllü  yardım 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
375
göstərilməsi, xüsusən cərimə, müsadirə və ya zərərin ödənil-
məsi haqqında qərarların qüvvəsinin şamil edildiyi və zərər-
çəkmişin  maraqları  üçün  istifadə  oluna  biləcəyi  aktivlərin 
yerlərinin üzə çıxarılmasında köməklik göstərilməsi; və ya
c)  Sübutetmə və prosedur Qaydalarında nəzərdə tutu-
lan və cəzanın azaldılması üçün əsas olmağa kifayət edən 
açıq və mühüm şərait dəyişikliyinə dəlalət edən digər amil-
lər. 
5. Əgər 3-cü bəndə uyğun olaraq, hökmün ilkin nəzər-
dən keçirilməsi zamanı Məhkəmə cəza müddətinin azaldıl-
masının məqsədəuyğun olmaması barədə nəticəyə gələrsə, 
o zaman Məhkəmə cəza müddətinin azaldılması haqqında 
məsələyə  sonradan  Sübutetmə  və  prosedur  Qaydalarında 
nəzərdə tutulmuş zaman kəsiklərində və kriteriyaları tətbiq 
etməklə  baxır. 
Maddə 111. Nəzarət altından qaçma
Əgər təqsirli bilinmiş  şəxs həbsdən qaçırsa  və hökmü 
icra edən dövləti tərk edirsə, bu dövlət Məhkəmə ilə məs-
ləhətləşmələrdən sonra qüvvədə olan ikitərəfli və ya çoxtərəf-
li razılaşmalara uyğun olaraq bu şəxsin olduğu dövlətə təh-
vilvermə haqqında və ya Məhkəməyə şəxsin təhvil verilmə-
si haqqında vəsatət qaldırmaq xahişi ilə müraciət edə bilər. 
Məhkəmə  şəxsin  cəzasını  çəkdiyi  və  ya  onun  təyin  etdiyi 
digər dövlətə gətirilməsi barədə sərəncam verə bilər. 
11-Cİ HİSSƏ. 
İŞTİRAKÇI DÖVLƏTLƏRİN ASSAMBLEYASI
Maddə 112. İştirakçı dövlətlərin Assambleyası
  Bununla, bu Statutun iştirakçı dövlətlərin Assamble-
yası təsis edilir. Hər bir iştirakçı dövlət Asambleyada müa-
vinləri və məsləhətçilərinin müşayət etdiyi bir nümayəndəyə 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
376
malikdir. Statutu və ya Yekun aktını imzalamış dövlətlər As-
sambleyada müşahidəçi ola bilərlər. 
Assambleya:
a)  Hazırlayıcı komissiyanın tövsiyələrinə baxır və mü-
vafiq hallarda təsdiq edir;
b)  Məhkəmə  işlərinin  idarə  olunması  məsələləri  üzrə 
inzibati icmalı Rəyasət heyətinə, prokurora və katibə təqdim 
edir;
c)  3-cü  bəndə  uyğun  olaraq,  yaradılmış  büronun  mə-
ruzələrinə baxır və müzakirə edir və bununla bağlı müvafiq 
tədbirlər  görür;
d)  Məhkəmənin  büdcəsini  nəzərdən  keçirir  və  qəbul 
edir;
e)  36-cı maddəyə uyğun olaraq hakimlərin sayının də-
yişdirilməsinə  zərurət  olub-olmamasını  həll  edir;
f)  87-ci  maddənin  5  və  7-ci  bəndlərinin  icrası  ilə 
əlaqədar  əməkdaşlığın  olmamasına  aid  olan  istənilən 
məsələlərə  baxır;
g)  Bu Statuta, Sübutetmə və prosedur Qaydalarına uy-
ğun olaraq hər hansı digər funksiyaları yerinə yetirir. 
3. a) Assambleya Assambleyanın üç il müddətinə seçdi-
yi sədr, sədrin iki müavini və 18 üzvünün daxil olduğu Bü-
roya malikdir. 
b) büro ədalətli coğrafı bölgü kriteriyaları və dünyanın 
əsas hüquq sistemlərinin təmsil olunması nəzərə alınmaqla 
nümayəndəlik  xarakterinə  malikdir. 
c) büronun iclasları zəruri olduğu qədər tez-tez, lakin 
ildə bir dəfədən gec olmayaraq keçirilir. O, Assambleyaya 
öz vəzifələrini yerinə yetirməkdə köməklik göstərir. 
4.  Assambleya  yoxlama,  qiymətləndirmə  və  istintaq 
aparılmasında  Məhkəmənin  effektliliyini  və  qənaətliliyini 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
377
artırmaq məqsədilə müstəqil nəzarət mexanizmlərinin yara-
dılması da daxil olmaqla, zəruri olan köməkçi orqanlar yara-
da bilər. 
5.  Məhkəmənin sədri, prokuror, katib və ya onların nü-
mayəndələri zəruri olduqda Assambleyanın və Büronun ic-
laslarında iştirak edirlər. 
6.  Assambleyanın  sessiyaları  Məhkəmənin  yerləşdiyi 
yerdə və ya Birləşmiş Millətlər Təşkilatının mərkəzi qurum-
larında  ildə  bir  dəfə  keçirılir;  şəraitin  tələb  etdiyi  hallarda 
Assambleyanın xüsusi sessiyaları keçirilir. Əgər bu Statutda 
başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi sessiyalar Büro 
tərəfındən öz təşəbbüsü ilə və ya iştirakçı dövlətiərin üçdə 
birinin xahişi ilə çağırılır. 
7.  Hər bir iştirakçı dövlət bir səsə malikdir. Assamble-
yada və Büroda mahiyyəti üzrə məsələlərin konsensus əsa-
sında həll edilməsinə nail olmaq üçün bütün tədbirlər görü-
lür. Əgər Statutda başqa hal nəzərdə tutulmamışdırsa, kon-
sensusa nail olmaq mümkün olmadıqda:
a)  iştirakçı  dövlətlərin  mütləq  çoxluğunun  səsvermə 
üçün  kvorum  təşkil  etməsi  şərti  ilə,  mahiyyət  məsələləri 
üzrə qərarlar səs vermədə iştirak edən dövlətlərin üçdə iki 
səs  çoxluğu  ilə  qəbul  edilir; 
b)  prosedur məsələləri üzrə qərarlar səsvermədə iştirak 
edən  və  səs  verən  iştirakçı  dövlətlərin  adi  səs  çoxluğu  ilə 
qəbul  edilir. 
8.  Əgər dövlətin borcları ötən tam iki il ərzində onun 
ödəmələrinin cəminə çatan məbləğə bərabərdirsə və ya onu 
keçmişdirsə, Məhkəmənin xərcləri ödəməyən və borclu qa-
lan  iştirakçı  dövlət  Assambleyada  və  Büroda  səs  vermək 
hüququna malik deyil. Bununla belə, əgər Assambleya əmin 
olsa ki, ödəmə iştirakçı dövlətdən asılı olmayan səbəblərdən 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə