Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə109/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
366
Maddə 94. Xahişin icrasının istintaq və ya Məhkəmə 
təqibinin aparılması ilə əlaqədar təxirə salınması
1. Əgər xahişin dərhal icra edilməsi xahişin aid oldu-
ğu işdən fərqli iş üzrə aparılan istintaq və ya Məhkəmə 
təqibinə mane olursa, tələb olunan dövlət bu xahişin ic-
rasını  Məhkəmə  ilə  razılaşdırılmış  müddətə  təxirə  sala 
bilər.  Lakin  təxirəsalma  tələb  olunan  dövlətdə  müvafiq 
istintaq və ya Məhkəmə təqibinin başa çatması üçün zəru-
ri olan müddəti aşmamalıdır. Təxirəsalma haqqında qərar 
çıxarmazdan  əvvəl  tələb  olunan  dövlət  köməyin  müəy-
yən  şərtlərlə  dərhal  yerinə  yetirilməsinin  mümkünlüyü 
məsələsinə  baxmalıdır. 
2.  1-ci  bəndə  uyğun  olarq  təxirəsalma  haqqında  qəra-
rın qəbul edildiyi hallarda, prokuror buna baxmayaraq 93-cü 
maddəsinin 1 (y) bəndinə uyğun olaraq sübutların qorunma-
sı üçün tədbirlər görülməsini tələb edə bilər. 
Maddə 95. İşin qəbul edilməsindən protest vermə ilə 
bağlı xahişin icrasının təxirə salınması
53-cü  maddənin  2-ci  bəndinə  xələl  gətirmədən  Məh-
kəmənin  18  və  19-cu  maddələrə  uyğun  olaraq  işin  qəbul 
edilə bilməsinə münasibətdə protestə baxırsa, tələb olunan 
dövlət, əgər Məhkəmə prokurorun 18 və 19-cu maddələrə 
uyğun  olaraq  sübutların  toplanılmasına  başlaya  bilməsi 
haqqında xüsusi qərar qəbul etməmişdirsə, bu hissəyə uyğun 
olaraq Məhkəmənin qərar çıxarılmasına qədər xahişin icra 
edilməsini  təxirə  sala  bilər. 
Maddə 96. 93-cü maddəyə əsasən digər kömək for-
maları  haqqında  xahişin  məzmunu
1.  93-cü  maddədə  göstərilən  digər  kömək  formaları 
haqqında  xahiş  yazılı  formada  göndərilir.  Təxirəsalınmaz 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
367
hallarda,  xahiş  87-ci  maddənin  l  (a)  bəndində  göstərilmiş 
kanalla təsdiq olunması şərti ilə yazılı məlumatın çatdırılma-
sını təmin edə bilən istənilən vasitə ilə göndərilə bilər. 
2.  Bu xahiş müvafiq hallarda aşağıdakıları əks etdidrir; 
a)  xahişin və istənilən köməyin məqsədlərinin, o cüm-
lədən bu xahişin hüquqi əsaslarının qısa şərhi;
b)  hər hansı şəxsin olduğu yer və şəxsiyyəti və ya istə-
nilən  köməyin  göstərilməsi  üçün  müəyyən  edilməsi  və  ya 
identifıkasiya  edilməsi  zəruri  olan  yer  haqqında  mümkün 
qədər  dəqiq  informasiya;
c)  xahişin əsaslandığı halların qısa şərhi;
d)  icra edilməli olan hər hansı prosedur və ya tələblərin 
motivləri və ətraflı şərhi;
e)  xahişin icra edliməsi üçün tələb olunan dövlətin qa-
nunvericiliyinə uyğun olaraq tələb olunan informasiyalar; və
f)  istənilən köməyin göstərilməsi üçün zəruri olan, işə 
dair  hər  hansı  digər  informasiyalar 
3. Məhkəmənin xahişi ilə iştirakçı dövlət 2 (e) bəndinə 
əsasən, tətbiq edilə bilən qanunvericilikdə nəzərdə tutulmuş 
hər hansı tələblərə dair bütövlükdə və ya konkret məsələlərlə 
bağlı Məhkəmə ilə məsləhətləşmələr aparılır. 
2.  Təcili  xahiş  təqdim  edildiyi  halda,  xahişə  cavab 
olaraq hazırlanmış sənədlər və ya sübutlar təcili qaydada 
göndərilir. 
3.  Tələb  olunan dövlətin cavabları orijinal dildə və və 
ya  onların  əsli  qaydasında  göndərilir. 
4.  Bu hissənin digər maddələrinə ziyan vurmadan, hər 
hansı  məcburetmə  tədbirləri  olmadan  yerinə  yetirilə  bilən 
xahişin  müvəffəqiyyətli  icrası  üçün  zəruridirsə,  prokuror 
könüllülük əsasında, o cümlədən tələb olunan dövlətin ha-
kimiyyətinin iştirakı olmadan şəxsin konkret dindirilməsi və 
ya ondan sübutların alınması da daxil olmaqla və əgər bu 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
368
xahişin  icrası  üçün  son  dərəcə  əhəmiyyətlidirsə,  hər  hansı 
ictimai obyektin və ya digər ictimai yerin hər hansı dəyişik-
liklər olmadan müayinəsini aşağıdakı formalarda bilavasitə 
dövlətin ərazisində icra edə bilər;
a)  əgər tələb olunan dövlət, güman olunduğu kimi ərazi-
sində cinayətin baş verdiyi dövlətdirsə və işin 18 və ya 19-cu 
maddələrə uyğun olaraq qəbulu üçün müəyyən edilmişdirsə, 
prokuror  tələb  olunan  dövlətlə  mümkün  məsləhətləşmələr 
apardıqdan sonra bu cür xahişi bilavasitə icra edə bilər;
b)  başqa hallarda prokuror bu cür xahişi tələb olunan 
dövlətlə  məsləhətləşmələrdən  sonra  və  həmin  dövlət  tərə-
fındən bildirilən hər hansı məntiqi şərtləri və ya qaydaları 
nəzərə almaqla icra edə bilər. Əgər tələb olunan dövlət bu 
yarımbəndə əsasən, xahişin icrası ilə bağlı problemlərə is-
tinad edirsə, o dərhal bu məsələnin həlli üçün Məhkəmə ilə 
məsləhətləşmələr  keçirir. 
5.  72-ci  maddəyə  uyğun  olaraq,  Məhkəmə  tərəfındən 
dinlənilən və ya dindirilən şəxsə milli müdafiə və ya təh-
lükəsizliyə aid olan gizli informasiyanın yayılmasına yol ve-
rilməməsi üçün məhdudiyyətlərə istinad etməyə icazə veren 
müddəa bu maddəyə əsasən, təqdim edilmiş kömək haqında 
xahişin icrası zamanı tətbiq edilə bilər. 
Maddə 100. Xərclər
1. Aşağıda göstərilən, Məhkəmənin ödədiyi xərclər is-
tisna olmaqla, tələb olunan dövlətin ərazisində xahişin icrası 
ilə bağlı olan adi xərclər bu dövlət tərəfindən ödənilir. 
a)  şahidlərin və ekspertlərin getmələri və onların təh-
lükəsizliyinin təmin edilməsi, yaxud 93-cü maddəyə əsasən, 
həbsdə olan şəxslərin təhvil verilməsi ilə bağlı xərclər;
b)  yazılı və şifahi tərcümə və stenoqramın tərtib olun-
ması  xərcləri;


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
369
c)  hakimlərin, prokurorun, prokuror müavinlərinin, ka-
tib, katib müavininin və Məhkəmənin hər hansı orqanının 
əməkdaşlarının yol xərcləri və gündəlik xərcləri;
d)  Məhkəmənin  istədiyi  hər  hansı  ekspert  rəyi  və  ya 
ekspertizanın  hazırlanması  xərcləri;
e) Məhkəmnin sərəncamına əsasən, şəxsin həbsdə sax-
lanma yeri dövlətinə daşınması ilə bağlı xərclər;
1. Məsləhətləşmələrdən sonra - xahişin icrası ilə bağlı 
hər hansı müstəsna xərclər, 
2.  1-ci  bəndin  müddəaları  müvafiq  hallarda  iştirakçı 
dövlətlər  tərəfındən  Məhkəməyə  edilən  xahişlərə  münasi-
bətdə də tətbiq edilir. Bu halda Məhkəmə icra ilə bağlı adi 
xərcləri  ödəyir. 
Maddə 101. Şərtlərin dəyişilməzliyi haqqında norma
1.  Bu  Statuta  müvafiq  olaraq,  Məhkəməyə  verilmiş 
şəxs  təhvil  verildiyi  cinayətin  əsasını  təşkil  edən  hərəkət 
və hərəkətlər silsiləsindən başqa, təhvil verməyə qədər yol 
verdiyi hər hansı əmələ görə prosessual tədbirə, cəza və ya 
həbs də  saxlanmaya  məruz  qala  bilməz. 
2.  Məhkəmə, şəxsi Məhkəməyə təhvil verən dövlətdən 
1-ci bənddə müəyyən edilmiş tələblərdən imtina etməyi xa-
hiş edə bilər və zəruri olduqda Məhkəmə 91-ci maddəyə uy-
ğun olaraq əlavə informasiya təqdim edir. İştirakçı dövlətlər 
Məhkəmənin tələblərdən imtina barədə xahişini təmin etmək 
səlahiyyətlərinə malikdirlər və bunu etməyə çalışmalıdırlar. 
Maddə 102. Terminlərin işlədilməsi
1. Bu Stututun məqsədlərinə görə:
a)  “təhvil vermə – bu Statuta uyğun olaraq, dövlətin 
şəxsi  məhkəməyə  gətirməsini  ifadə  edir;
b)  “Təslim etmə – şəxsin beynəlxalq müqavilənin, Kon-
vensiyanın və ya milli qanunvericiliyin müddəalarına uyğun 
olaraq bir dövlətdən digər dövlətə gətirilməsini ifadə edir;


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə