Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə112/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
378
baş vermişdir, iştirakçı dövlətə Assambleya və Büroda səs 
verməyə icazə verə bilər. 
9.  Assambleya öz prosedur qaydalarını tətbiq edir. 
10.  Assambleyanın  rəsmi  və  işgüzar  dilləri  Birləşmiş 
Millətlər  Təşkilatının  dilləridir. 
12-Cİ HİSSƏ. 
MALİYYƏLƏŞDlRMƏ 
Maddə 113. Maliyyə
Əgər başqa hal nəzərdə tutulmayıbsa, Məhkəməyə və iş-
tirakçı dövlətlər Assambleyasının sessiyalarına, o cümlədən 
Assambleyanın Bürosu və köməkçi orqanlarının iclaslarına 
aid olan bütün maliyyə məsələləri bu Statut, Maliyyə əsas-
namələri və iştirakçı dövlətlər Assambleyasının qəbul etdiyi 
qaydalarla tənzimlənir. 
Maddə 114. Məsrəflərin ödənilməsi
Məhkəmənin və iştirakçı dövlətlər Assambleyasının, o 
cümlədən, onun Bürosu və köməkçi orqanlarının iclaslarının 
məsrəfləri Məhkəmənin vəsaiti hesabına ödənilir. 
Maddə  115.  Məhkəmənin  və  iştirakçı  dövlətlər As-
sambleyasının  vəsaiti
Məhkəmənin  və  iştirakçkı  dövlətlər  Assableyasının,  o 
cümlədən onun Bürosu və iştirakçı dövlətlər Assambleyası 
tərəfindən qəbul edilən büdcədə nəzərdə tutulmuş köməkçi 
orqanlarının məsrəfləri aşağıdakı mənbələr hesabına ödənilir:
a)  iştirakçı  dövlətlər  tərfindən  həyata  keçirilən  əlavə 
ödəmələr;
b)  Birləşmiş  Millətlər Təşkilatının,  xüsusən, Təhlükə-
sizlik Şurası tərəfindən vəziyyətin verilməsi ilə bağlı çəkil-
miş məsrəflərlə əlaqədar təqdim etdiyi və Baş Məclis tərə-
findən təsdiq edilməli olan vəsait. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
379
Maddə 116. Könüllü ödəmələr
115-ci maddənin müddəalarına xələl gətirmədən Məh-
kəmə əlavə vəsait qismində, iştirakçı dövlətlər Assamable-
yası tərəfindən qəbul edilmiş müvafiq kriteriyalar əsasında 
hökumətlərin,  beynəlxalq  təşkilatların,  ayrı-ayrı  şəxslərin, 
korporasiyaların və və digər qurumların könüllü ödəmələrini 
qəbul və istifadə edə bilər. 
Maddə 117. Ödəmələrin müəyyən edilməsi
İştirakçı dövlətlərin ödəmələri Birləşmiş Millətlər Təş-
kilatı tərəfindən onun müntəzəm büdcəsi üçün qəbul edil-
miş qaydalara əsasən və bu qaydaların əsaslandığı prinsip-
lərə uyğun olarq müəyyən olunmuş və razılaşdırılmış əlavə 
ödəmələr şkalasına müvafiq olaraq müəyyən edilir. 
Maddə 118. İIlik təftiş
Məhkəmənin sənədləri, kitabları və hesabları, o cümlə-
dən onun illik maliyyə məlumatları müstəqil müfəttiş tərə-
findən hər il təftiş olunur. 
13-CÜ HİSSƏ. 
YEKUN  MÜDDƏALAR
Maddə 119. Mübahisələrin tənzimlənməsi
1. Məhkəmənin məhkəmə funksiyalarına aid olan istə-
nilən mübahisəsi məhkəmənin qərarı ilə tənzimlənməlidir. 
2. Bu Statutun təfsiri və ya tətbiqinə münasibətdə iki və 
ya daha artıq iştirakçı dövlət arasında meydana çıxan və bu 
andan üç ay ərzində danışıq yolu ilə tənzimlənən istənilən 
digər  mübahisə,  iştirakçı  dövlətlər  Assambleyasına  veri-
lir. Assambleya mübahisənin həlli üçün özü səy göstərir və 
ya  mübahisənin,  onun  Statutana  uyğun  olaraq  Beynəlxalq 
Məhkəməyə  verilməsi  də  daxil  olmaqla,  bu  mübahisənin 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
380
həlli vasitələrinin sonrakı tətbiqinə münasibətdə tövsiyələr 
verə bilər. 
Maddə 120. Qeyd-şərtlər
Bu Statuta heç bir qeyd-şərt edilə bilməz. 
Maddə 121. Düzəlişlər
1.  Bu  Statut  qüvvəyə  mindiyi  andan  yeddi  il  sonra 
hər bir iştirakçı dövlət ona düzəlişlər təklif edə bilər. Təklif 
edilən düzəlişin mətni Birləşmiş Millətlər Təşkilatının Baş 
Katibinə təqdim olunur, o isə dərhal bu mətni bütün iştirakçı 
dövlətlər  arasında  yayır. 
2.  Təqdim olunma tarixindən üç aydan tez olmayaraq 
iştirakçı dövlətlərin növbəti Assambleyası olanların və səs-
vermədə iştirak edənlərin səs çoxluğu ilə bu təklifin müza-
kirə edilib-edilməməsi məsələsini həll edir. Assambleya tək-
lifə bilavasitə baxa və ya baxılan məsələ bunu tələb edərsə, 
İcmal Konfransı çağıra bilər. 
3.  Barəsində konsensus əldə edilə bilməyən düzəlişin 
iştirakçı dövlətələr Assambleyasının müşavirəsi və ya İcmal 
Konfransı tərəfindən qəbul edilməsi üçün iştirakçı dövlətlə-
rin üçdə iki səs çoxluğu tələb olunur. 
4.  5-ci bənddə nəzərdə tutulan hal istisna olmaqla, işti-
rakçı dövlətlərin səkkizdə yeddisi tərəfindən ratifikasiya fər-
manlarının və ya qəbul etmə haqqında sənədlərin Birləşmiş 
Millətlər Təşkilatının Baş Katibinə saxlanma üçün verilmə-
sindən bir il sonra düzəliş bütün iştirakçı dövlətlərə münasi-
bətdə qüvvəyə minir. 
5.  Bu Statutun 5-ci maddəsinə edilmiş hər bir düzəliş 
onu qəbul etmiş iştirakçı dövlətlər üçün, onların ratifikasiya 
fərmanlarını  və  ya  qəbul  etmə  haqqında  sənədlərinin  sax-
lanma üçün verilməsindən bir il sonra qüvvəyə minir. Məh-
kəmə düzəlişi qəbul etməmiş iştirakçı dövlətə münasibətdə 
bu düzəlişin əhatə etdiyi cinayətlərlə bağlı, əgər belə cinayət 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
381
bu iştirakçı dövlətlərin vətəndaşları tərəfindən və ya onun 
ərazisində törədilirsə, öz yurisdiksiyasını həyata keçirmir. 
6.  Əgər  4-cü  bəndə  müvafiq  olaraq  düzəliş  iştirakçı 
dövlətlərin səkkizdə yeddisi tərəfindən qəbul edilmişdirsə, 
onu qəbul etməmiş istənilən iştirakçi dövlətlər 127-ci mad-
dənin  1-ci  bəndinin  müddəalarından  asılı  olmayaraq  127-
ci maddənin 2-ci bəndinin müddəalarına əməl etməklə, bu 
düzəlişin qüvvəyə minməsindən sonra bir ildən gec olmaya-
raq bildiriş göndərərək dərhal Statutdan çıxa bilər. 
7. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi iştirakçı 
dövələtlər Assambleyasının  müşavirəsi  və  ya  İcmal  Konf-
ransı tərəfindən qəbul edilmiş hər bir düzəlişi bütün iştirakçı 
dövlətlər arasında yayır. 
Maddə 122. İnstitusional xaraktetrli müddəalara 
düzəlişlər
1.  Statutun müstəsna olaraq institutusional xarakter da-
şıyan  müddəalarına,  yəni  35-ci  maddəyə,  36-cı  maddənin 
8-ci və 9-cu bəndlərinə, 37-ci maddəyə, 38-ci maddəyə 39-
cu maddənin 1-ci (ilk iki cümlə), 2-ci və 4-cü bəndlərinə, 
42-ci maddənin 4-9-cu bəndlərinə, 43-cu maddənin 2-ci və 
3-cü bəndlərinə və 44, 46 və 49-cu maddələrə hər bir işti-
rakçı dövlət tərəfindən 121-ci maddənin 1-ci bəndinin müd-
dəalarından asılı olmayaraq istənilən zaman düzəlişlər təklif 
edilə bilər. Təklif edilən hər bir düzəlişin mətni Birləşmiş 
Millətlər Təşkilatının Baş Katibinə və ya iştirakçı dövlətin 
Assambleyası tərəfindən təyin edilmiş bu mətni dərhal bütün 
iştirakçı dövlətlər arasında yayan digər şəxsə təqdim olunur. 
2.  Bu  maddəyə  edilən  və  barəsində  konsensus  əldə 
edilə  bilməyən  düzəlişlər  iştirakçı  dövlətlər Assambleyası 
və ya icmal Konfransı tərəfindən iştirakçı dövlətlərin üçdə 
iki səs çoxluğu ilə qəbul olunur. Belə düzəlişlər, onların As-
sambleya və ya müəyyən hallarda Konfrans tərəfindən qəbul 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə