Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə107/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
358
5.  Əgər  4-cü  bəndə  uyğun  olaraq  Məhkəmə  iş  üzrə 
qəbul  edilə  bilmə  haqqında  qərar  çıxarmamışdırsa,  tələb 
olunan dövlət öz mülahizəsinə əsasən tələb edən dövlətdən 
daxil olmuş vermə haqqında xahişə baxmağa başlaya bilər. 
6. Tələb olunan dövlətin artıq şəxsin tələb edən, Statutun 
iştirakçı olmayan dövlətə şəxsin verilməsi üzrə beynəlxalq 
öhdəliklə  bağlı  olduğu  hallar  istisna  olmaqla,  4-cü  bəndin 
tətbiq olunduğu hallarda, tələb olunan dövlət bu şəxsin Məh-
kəməyə təslim edilməsi və ya tələb edən dövlətə verilməsi 
haqqında məsələni həll edir. Öz qərarını qəbul edərkən tələb 
olunan dövlət bütün müvafiq amilləri, lakin bununla məh-
dudlaşmayan aşağıdakıları nəzərdən keçirir:
a)  Xahişlərin müvafiq göndərilmə tarixlərini;
b)  bu münasib olduqda cinayətin bu dövlətin ərazisin-
də törədilib-törədilməməsi, habelə zərərçəkmişlərin və onun 
verilməsini xahiş etdiyi şəxsin özünün vətəndaşlığı halları 
da daxil olmaqla, tələb edən dövlətin maraqlarını; və
c)  Məhkəmə və tələb edən dövlət arasında sonrakı təh-
vil  vermənin  mümkünlüyünü
7.  Məhkəmədən  şəxsin  təhvil  verilməsi  barədə  xahiş 
almış iştirakçı dövlət həm də hər hansı bir dövlətdən Məh-
kəmənin bu şəxsin təhvil verilməsinə çalışdığı cinayətin tər-
kibini yaradan hərəkətlərdən fərqli hərəkətlərə görə verilmə-
si haqqında xahiş aldığı halda:
a)  tələb olunan dövlətin şəxsin tələb edən dövlətə veril-
məsi üzrə beynəlxalq öhdəliyi yoxdursa, Məhkəmənin xahi-
şinə üstünlük verir. 
b)  tələb olunan dövlət artıq şəxsin tələb edən dövlətə 
verilməsi  üzrə  beynəlxalq  öhdəliyə  malikdirsə,  bu  şəxsin 
məhkəməyə təhvil verilməsi, yaxud tələb edən dövlətə ve-
rilməsi məsələsini həll edir. Öz qərarını qəbul edərkən tələb 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
359
olunan dövlət bütün müvafiq amilləri, lakin bunlarla məh-
dudlaşmayan  6-cı  bənddə  əks  olunmuş  amilləri  nəzərdən 
keçirir, lakin xüsusən həmin hərəkətin ağırlığını və nisbi xa-
rakterini  nəzərə  alır. 
8. Əgər bu maddəyə uyğun olaraq bildirişə görə Məh-
kəmə işin qəbul edilə bilməməsi barədə qərar çıxarırsa və 
nəticədə tələb edən dövlət verməyə rədd cavabı alırsa, tələb 
olunan dövlət Məhkəməni bu qərar barədə xəbərdar edir. 
Maddə 91. Həbs və sərəncama təqdim etmə haqqın-
da xahişin məzmunu
1.  Həbs  etmə  və  sərəncama  təqdim  etmə  haqqında 
xahiş yazılı formada göndərilir. Təxirəsalınmaz hallarda xa-
hiş bu xahişin 87-ci maddənin l (a) bəndində nəzərdə tutulan 
kanalla təsdiq edilməsi şərti ilə, yazılı məlumatın çatdırılma-
sını təmin edə bilən istənilən vasitə ilə göndərilir. 
2.  Həbs  etmə  və  sərəncama  təqdim  etmə  haqqında 
xahişin İlkin icraat Palatasının 58-ci maddəyə əsasən həb-
sinə order verdiyi şəxsə münasibətdə olduğu hallarda xahiş 
aşağıdakıları  ehtiva  edir  və  ya  əsaslandırır:
a)  bu şəxsin şəxsiyyətini müəyyən etmək üçün kifayət 
edən, axtarışda olan şəxsin təsviri barədə informasiya və bu 
şəxsin ola biləcəyi yerə aid informasiya;
b)  həbs orderinin surəti; və
c)  tələb olunan dövlətdə sərəncama təqdim etmə pro-
sedurunu  yerinə  yetirmək  üçün  zəruri  ola  bilən  sənədlər, 
ərizələr və informasiyalar, bu tələblərin tələb olunan dövlət-
lə digər dövlət arasındakı razılaşmalara və ya digər müqa-
vilələrə uyğun olaraq vermə haqqında xahişə münasibətdə 
tətbiq  edilənlərdən  ağırlaşdırıcı  olmaması  şərti  ilə  və  əgər 
mümkündürsə, Məhkəmənin xüsusi xarakterini nəzərə ala-
raq az ağır olmalıdır. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
360
3.  Həbs  və  sərəncama  təqdim  etmə  haqqında  xahiş 
artıq təqsirli bilinmiş şəxs haqqındadırsa xahiş aşağıdakıları 
əks  etdirir  və  ya  əsaslandırır;
a)  bu şəxsin həbsi barədə hər hansı orderin surətini;
b)  təqsirli bilinmə haqqında məhkəmə qəranının surətini;
c)  axtarılan şəxsin məhz təqsirli bilinmə haqqında məh-
kəmə qərarında nəzərdə tutulan şəxs olduğunu göstərən in-
formasiyalar; və
d)  əgər  axtarılan  şəxsə  hökm  çıxarılmışdırsa  hökmün 
surəti və azadlıqdan məhrumetmə qaydasında hökm çıxmış-
dırsa, cəzanın nə qədər hissəsinin artıq qurtarmasını və hansı 
hissəsinin hələ çəkilməmiş qalması haqqında müraciət. 
4.  Məhkəmənin xahişi ilə iştirakçı dövlət 2(s) bəndinə 
müvafiq olaraq bütövlükdə və ya hər hansı konkret məsələ 
ilə əlaqədar tətbiq ediləcək milli qanunvericiliyin hər han-
sı  tələblərinə  dair  Məhkəmə  ilə  məsləhətləşmələr  keçirir. 
Bu cür məsləhətləşmələrin gedişində iştirakçı dövlət Məh-
kəməyə onun milli qanunvericiliyinin konkret tələbləri barə-
də məlumat verir. 
Maddə 92. İbtidai həbs
1.  Təxirəsalınmaz  hallarda  Məhkəmə  axtarılan  şəxsin 
sərəncama təqdim etmə haqqında xahişin və bu xahişi əsas-
landıran, 91-ci maddədə nəzərdə tutulan sənədlərin verilmə-
sinə qədər həbsi haqqında xahişlə müraciət edə bilər. 
2.  İbtidai həbs haqqında xahiş yazılı məlumatın çatdı-
rılmasnı təmin etməyə qadir olan hər hansı vasitə ilə göndə-
rilir və aşağıdakıları ehtiva edir:
a) axtarılan şəxsin onun şəxsiyyətini müəyyən etməyə 
kifayət  edən  təsviri  ilə  informasiya  və  bu  şəxsin  güman 
edilən  yerinə  dair  informasiya;
b) imkan daxilində cinayətin baş vermə yeri və vaxtı da 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
361
daxil olmaqla, bu şəxsin həbsinin xahiş edilməsi ilə əlaqədar 
olan cinayətin və bu cinayəti təşkil edən güman edilən fakt-
ların qısa şərhi;
c) həbs etməyə orderin və ya axtarılan şəxsin məhkum 
edilməsi haqqında Məhkəmə qərarının mövcudluğu barədə 
müraciət; və
3. Axtarılan şəxsin sərəncama təqdim edilməsi barədə 
xahişin  sonra  təqdim  ediləcəyi  barədə  müraciət;
4. Tələb olunan dövlət sərəncama təqdim etmə haqqında 
xahişi və bu xahişi əsaslandıran 91-ci maddədə nəzərdə tutu-
lan sənədləri Sübutetmə və prosedur Qaydalarında nəzərdə 
tutulmuş konkret vaxt ərzində almadıqda, ibtidai həbs altın-
da olan şəxs azad edilə bilər. Əgər tələb olunan dövlətin qa-
nunvericiliyi buna yol verirsə, şəxs bu müddətin bitməsinə 
qədər  sərəncama  təqdim  edilməsinə  razılıq  verə  bilər.  Bu 
halda tələb olunan dövlət ən qısa vaxtda bu şəxsi Məhkəmə-
nin sərəncamına təqdim edir. 
5. Axtarılan  şəxsin  3-cü  bəndə  uyğun  olaraq  həbsdən 
azad edilməsi, sonra sərəncama təqdim etmə haqqında xahiş 
və bu xahişi əsaslandıran sənədlər təqdim edilərsə, bu şəx-
sin sonradan həbs, edilməsi və sərəncama təqdim edilməsinə 
təsir etmir. 
Maddə 93Əməkdaşlığın digər formaları
l. İştirakçı dövlətlər bu hissəyə uyğun olaraq və onla-
rın milli qanunvericiliyində nəzərdə tutulmuş prosedurlara 
əsasən, Məhkəmənin kömək göstərilməsi haqqında və istin-
taqın və ya cinayət təqibinin həyata keçirilməsi ilə bağlı xa-
hişlərini aşağıdakı yollarla yerinə yetirirlər:
a)  şəxsin və ya predmetlərin olduğu yerin identifıkasi-
yası  və  müəyyənləşdirilməsi;
b)  Məhkəməyə  zəruri  olan  ekspertlərin  fikrini  və  ya 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə