Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə103/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
343
Maddə 74. Qərar qəbul edilməsinə tələblər
1.  Məhkəmə  Palatasının  bütün  hakimləri  məhkəmə 
baxışının  hər  bir  mərhələsində  və  bütün  iclaslarda  iştirak 
edirlər. Rəyasət heyəti ayrı-ayrı hallarda mövcud imkanları 
nəzərdə almaqla Palatanın bu üzvü artıq iştirak edə bilmə-
dikdə Məhkəmə Palatası üzvünü əvəz edən bir və ya daha 
çox  ehtiyat  hakimlər  təyin  edir. 
2.  Məhkəmənin  qərarı  onun  sübutları  və  işin  bütün 
gedişini qiymətləndirməsi əsasında qəbul edilir. Qərar itti-
hamı nəzərdə tutan sənədlərdə, yaxud ittihamı nəzərdə tu-
tan sənədlərə hər hansı düzəlişlərdə ifadəsini tapmış fakt və 
hallardan kənara çıxmamalıdır. Məhkəmə öz qərarını yalnız 
ona təqdim edilmiş və Məhkəmə baxışının gedişində nəzər-
dən  keçirilmiş  sübutlarla  əsaslandırılmalıdır. 
3. Məhkəmə öz qərarını yekdilliklə qəbul etməyə çalı-
şır, bu, mümkün olmadıqda isə qərar hakimlərin əksəriyyəti 
tərəfindən qəbul edilir. 
4. Məhkəmə Palatasının iclası gizli saxlanılır. 
5. Qərar yazılı formada çıxarılır və Məhkəmə Palatası-
nın nəticələrinin sübutlar və rəylər əsasında tam və əsaslan-
dırılmış şərhini ehtiva edir. Çıxarılan qərar vahid olur. Yek-
dilliyin olmadığı halda Məhkəmə Palatasının qərarı çoxlu-
ğun və azlığın rəyini əks etdirir. Qərar və ya onun xülasəsi 
açıq iclasda elan olunur. 
Maddə 75. Zərərçəkmişə dəymiş ziyanın ödənilməsi
1.  Məhkəmə zərərçəkmişə dəymiş ziyanın ödənilməsi 
və  ya  reabilitasiya,  kompensasiya,  restitusiya  da  daxil  ol-
maqla zərərçəkmişə aid olan prinsipləri müəyyən edir. Bu 
əsasla Məhkəmə daxil olmuş xahişlərə cavab olaraq, yaxud 
müstəsna  hallarda  öz  təşəbbüsü  ilə  öz  qərarında  zərərçək-
mişiərə yaxud onlara münasibətdə vurulmuş ziyan, zərər və 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
344
xərclərin miqyas və ölçüsünü müəyyən edə bilər və hansı 
prinsiplər  əsasında  fəaliyyət  göstərməsini  bəyan  edir. 
2.  Məhkəmə bilavasitə məhkum edilmiş şəxsin zərər-
çəkmişə  yaxud  zərərçəkmişlərə  münasibətdə  reabilitasiya, 
kompensasiya və restitusiya da daxil olmaqla dəymiş ziya-
nın lazımi formada ödəməsi haqqında qərar çıxara bilər. Mü-
vafiq hallarda Məhkəmə 79-cu maddədə nəzərdə tutulmuş 
məqsədli fonda ziyanın ödənilməsi qaydasında məbləğlərin 
verilməsi haqqında qərar çıxara bilər. 
3.  Bu  maddəyə  uyğun  olaraq  qərar  çıxarmazdan  əv-
vəl Məhkəmə müttəhimdən, zərərçəkmişdən, digər maraqlı 
şəxslərdən, yaxud maraqlı dövlətlərdən, yaxud onların adın-
dan təqdimat tələb edə və onları nəzərə ala bilər. 
4.  Bu maddəyə əsasən, öz səlahiyyətlərini həyata ke-
çirərkən Məhkəmə şəxsin məhkəmənin yurisdiksiyası altına 
düşən cinayətdə təqsirli bilinməsi haqqında qərar çıxardıq-
dan sonra, onun bu maddəyə əsasən, çıxara biləcəyi istənilən 
qərarın  icrası  üçün  93-cü  maddənin  1-ci  bəndinə  müvafiq 
olaraq tədbirlərin görülməsindən ötrü zərurət olub-olmama-
sını müəyyən edə bilər. 
5.  Əgər  109-cu  maddənin  müddəaları  bu  maddəyə 
tətbiq oluna bilərsə, iştirakçı dövlət bu maddəyə əsasən çıxa-
rılmış  qərarı  icra  edir. 
6.  Bu maddədə heç nə beynəlxalq, yaxud milli hüquqa 
müvafiq olaraq zərərçəkmişlərin hüquqlarını məhdudlaşdı-
ran hal kimi təfsir oluna bilməz. 
Maddə 76. Cəzanın təyin olunması
l. Müttəhimin təqsiri müəyyən olunduğu hallarda, Məh-
kəmə Palatası cəzanın təyin edilməsinə aidiyyəti olan məh-
kəmə  baxışı  zamanı  təqdim  edilmiş  sübutlar  və  verilmiş 
təqdimatları  nəzərə  almaqla  müvafiq  cəza  təyin  edilməsi 
haqqında  məsələyə  baxır. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
345
2.  65-ci  maddənin  müddəalarının  tətbiq  edildiyi  hal-
lar istisna olmaqla, cəzanın təyin edilməsinə aidiyyəti olan 
məhkəmə baxışı zamanı təqdim edilmiş sübutlar və verilmiş 
təqdimatları  nəzərə  almaqla,  Məhkəmə  Palatası  Məhkəmə 
baxışının  sonuna  qədər  öz  təşəbbüsü  ilə  və  Sübutetmə  və 
prosedur Qaydalarına uyğun olaraq, prokurorun, yaxud müt-
təhimin xahişi ilə hökmən cəza təyin olunması üçün aidiy-
yəti olan istənilən əlavə sübutları və təqdimatları dinləmək 
üçün əlavə məhkəmə dinləmələri keçirə bilər. 
3. 2-ci bəndin tətbiq olunduğu hallarda 75-ci maddəyə 
əsasən, verilmiş istənilən ərizə və təqdimatlar 2-ci maddədə 
qeyd olunan əlavə dinləmələrin gedişində yaxud zəruri hal-
larda hər hansı yeni dinləmələrin gedişində baxılır. 
4. Hökm açıq və lazım olduqda müttəhimin iştirakı ilə 
elan edilir. 
7-Cİ HİSSƏ. 
CƏZA TƏDBİRLƏRİ
Maddə 77. Tətbiq olunan cəza tədbirləri
1.  Məhkəmə 110-cu maddəni nəzərə almaqla bu Statu-
tun 5-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə 
təqsirli bilinən şəxsə aşağıdakı cəza tədbirlərindən birini tə-
yin edə bilər:
a)  illərin sayı ilə hesablanan, ən çoxu 30 ili aşmamaqla 
müəyyən  müddətdə  azadlıqdan  məhrumetmə,  yaxud
b)  cinayətin müstəsna ağır xarakteri və onu törətməkdə 
təqsirli bilinmiş şəxsin fərdi keyfiyyətlərinə görə buna bə-
raət qazandırıldığı hallarda ömürlük həbs cəzası. 
2.  Azadlıqdan məhrumetmə ilə yanaşı Məhkəmə aşağı-
dakıları təyin edə bilər:


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
346
a)  Sübutetmə və prosedur Qaydaları ilə nəzərdə tutul-
muş  kretiriyalara  əsasən  cərimə;
b)  üçüncü şəxslərin bona fide hüquqlarına ziyan gətir-
mədən cinayət nəticəsində düzünə və ya yanakı yolla əldə 
edilmiş  gəlirlər,  əmlak  və  aktivlərin  müsadirə  edilməsi. 
Maddə 78. Cəza tədbirlərinin müəyyən edilməsi
1. Cəza tədbirlərinin müəyyən olunması zamanı Məh-
kəmə  Sübutetmə  və  prosedur  Qaydalarına  uyğun  olaraq 
cinayətin  ağırlığı  və  məhkumun  şəxsiyyəti  kimi  amilləri 
nəzərə  ahr. 
2.  Azadlıqdan  məhrumetmə  formasında  cəza  təyin 
edərkən Məhkəmə bu cür müddət varsa məhkəmənin qəra-
rı üzrə ibtidai həbsdə saxlama müddətini hesaba alır. Məh-
kəmə cinayətin əsasında duran əməllə əlaqədar olaraq başqa 
cür həbsdə olmanın hər hansı müddətini hesaba ala bilər. 
3. Əgər şəxs birdən çox cinayətə görə məhkum edilirsə, 
Məhkəmə hər bir cinayətə görə ayrıca cəzanı və azadlıqdan 
məhrumetmənin müddəti cəmini göstərməklə ümumi cəzanı 
təyin edir. Bu müddət ayrılıqda təyin olunmuş ən sərt cəza-
da nəzərdə tutulmuş müddətdən az olmamalı və 30 il azad-
lıqdan məhrumetmə cəzasından, yaxud 77-ci maddənin 1-ci 
bəndinin (b) yarımbəndinə uyğun olaraq ömürlük azadlıq-
dan məhrumetmə növündə cəzadan ağır olmamalıdır. 
Maddə 79. Məqsədli fond
1. İştirakçı dövlətlər  Assambleyasının  qərarı  ilə  Məh-
kəmənin  yurisdiksiyasına  aid  olan  cinayətlərdən  zərərçək-
mişlərin və bu cür zərərçəkmişlərin ailələrinin maraqları na-
minə məqsədli fond yaradılır. 
2. Məhkəmə cərimələr yaxud müsadirələr yolu ilə götü-
rülmüş pul vəsaitləri və digər əmlakın məqsədli fonda veril-
məsi haqqında sərəncam verə bilər. 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə