Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə105/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
351
maması nəticəsinə gəlirsə, hökmü 7-ci hissəyə uyğun olaraq 
dəyişdirə  bilər. 
4. Apellyasiya Palatasının qərarı hakimlərin səs çoxlu-
ğu ilə qəbul edilir və açıq iclasda elan edilir. Qərarda onun 
çıxarılmasının  əsasları  göstərilir.  Yekdillik  olmadığı  halda 
Apellyasiya Palatasının qərarında çoxluğun və azlığın rəyi 
şərh olunur, lakin hər bir hakim hüquqi məsələ üzrə xüsusi 
yaxud narazı rəylə çıxış edə bilər. 
5. Apellyasiya Palatası öz qərarını bəraət verilmiş yaxud 
təqsirli bilinmiş şəxsin iştirakı olmadan elan edə bilər. 
Maddə 84. İttiham hökmünə və ya hökm üzrə cəzaya 
yenidən baxılması
1. Təqsirli  bilinmiş  şəxs  yaxud  onun  ölümündən  son-
ra əri və ya arvadı, valideynləri, yaxud müttəhimin ölümü 
zamanı yaşayan, təqsirli şəxsin tanıdığı hər hansı bir şəxsin 
adından prokuror Apellyasiya Paltasına ittiham hökmünün 
çıxarılması haqqıda yekun qərara, yaxud hökm üzrə cəzaya 
aşağıdakı əsaslarla yenidən baxmaq üçün vəsatət verə bilər:
a)  yeni sübutlar tapılmışdır, hansı ki:
1)  Məhkəmə baxışı zamanı olmamışdır və onların ol-
mamasına görə məsuliyyət tamamilə və ya qismən ərizə ilə 
müraciət etmiş tərəfin üzərinə qoyula bilməz; və
2)  kifayət qədər vacibdir, belə ki, onlar məhkəmə baxı-
şının gedişində gətirilmiş olsaydı başqa qərarın çıxarılması-
na gətirib çıxara bilərdi. 
b)  Məhkəmə baxışının gedişində nəzərə alınmış və it-
tihamedici  hökmün  asılı  olduğu  həlledici  sübutun  yalan, 
qondarma və ya saxtalaşdırılmış olmasına dəlalət edən yeni 
faktlar  tapılmışdır;
c)  ittihamedici hökmün çıxarılmasında və ya ittihamın 
təsdiq edilməsində iştirak etmiş bir hakim, yaxud bir neçə 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
352
hakim həmin işə baxarkən bu hakimi və ya bu hakimləri 46-
cı maddəyə uyğun olaraq vəzifəsindən kənarlaşdırmaq üçün 
əsas verən, kifayət qədər ağır xətaya yaxud öz vəzifələrinin 
ciddi pozulmasına yol vermişlər. 
2. Əgər Apellyasiya Palatası əsassız hesab edirsə vəsatə-
ti rədd edir. Əgər o vəsatətin mahiyyət üzrə əsas olmasını 
müəyyən edərsə, zəruri hallarda aşağıdakıları edə bilər:
a)  yenidən ilk Məhkəmə palatasını toplamaq;
b)  yenidən Məhkəmə palatası formalaşdırmaq; yaxud
c)  tərəfləri Sübutetmə və prosedur Qaydalarında göstə-
rildiyi qaydada dinləyərək qərarın yenidən baxılıb baxılma-
ması barədə qərar qəbul etmək üçün həmin işə münasibətdə 
yurisdiksiyanı özündə saxlamaq. 
Maddə 85. Həbs edilmiş yaxud təqsirli bilinmiş şəxsə 
kompensasiya
1.  Qanunsuz  tutmaya  yaxud  həbsdə  saxlamaya  məruz 
qalmış  hər  kəs  kompensasiya  hüququna  malikdir. 
2.   Əgər  hər hansı şəxs yekun qərarla cinayət etməyə 
görə təqsirli bilinmişdirsə və onun barəsində çıxarılmış hökm 
sonradan Məhkəmə səhvini qeyd-şərtsiz sübut edən hər hansı 
yeni açılmış hala əsasən, ləğv edilmişdirsə, göstərilən namə-
lum halın müstəsna olaraq və ya qismən bu cür təqsirli bi-
linmə nəticəsində cəza çəkən şəxsin təqsiri üzündən, aşkar 
edilmədiyi sübut edilməzsə, qanuni kompensasiya alır. 
3.  Müstəsna hallarda Məhkəmə kobud və aşkar məh-
kəmə  səhvlərini  sübut  edən  qeyd-şərtsiz  faktları  aşkar 
etdikdə bəraət haqqında yekun qərarda yaxud bu səbəb-
dən icraata xitam verildikdən sonra həbsdən azad edilmiş 
şəxsə Sübutetmə və prosedur Qaydaları ilə nəzərdə tutul-
muş  kriteriyalara  uyğun  olaraq  öz  mülahizəsinə  əsasən 
kompensasiya  müəyyən  edə  bilər. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
353
9-CU HİSSƏ. 
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ VƏ MƏHKƏMƏ 
KÖMƏYİ
Maddə 86. Ümumi əməkdaşlıq vəzifəsi
Üzv dövlətlər bu Statutun müddəalarına uyğun olaraq 
məhkəmənin yurisdiksiyasına aid olan cinayətlərin istintaqı-
nın apanlmasında və bu cinayətlərə görə cinayət təqibinin 
həyata  keçirilməsində  Məhkəmə  ilə  hərtərəfli  əməkdaşlıq 
edirlər. 
Maddə  87.  Əməkdaşlıq  haqqında  xahiş:  ümumi 
müddəalar. 
1.  a)  Məhkəmə  üzv  dövlətlərə  əməkdaşlıq  haqqında 
xahişlə müraciət etmək hüququna malikdir. Bu cür xahişlər 
diplomatik kanallarla, yaxud qoşulma, təsdiq, qəbul yaxud 
ratifikasiya zamanı hər bir üzv dövlət tərəfındən müəyyən 
edilən  digər  kanallarla  göndərilir. 
Hər bir üzv dövlət tərəfındən bu cür müəyyənləşdirməyə 
sonrakı dəyişliklər Sübutetmə və prosedur Qaydalarına uy-
ğun aparılır. 
b)  (a)  yarımbəndinin  müddəalarına  ziyan  gətirmədən, 
məqsədəuyğun olduğu hallarda, xahişlər Beynəlxalq cinayət 
polisi təşkilatı vasitəsi ilə, yaxud hər hansı müvafiq regional 
təşkilat vasitəsi ilə göndərilə bilər. 
2. Əməkdaşlıq haqqında xahiş və bu xahişi əsaslandıran 
hər hansı sənədlər ya dövlət tərəfındən ratifikasiya, qəbul, 
təsdiq,  yaxud  qoşulma  zamanı  elan  edilmiş  seçməyə  görə 
sorğu verilən dövlətin rəsmi dillərindən birində və ya məh-
kəmənin işgüzar dillərindən birində təqdim edilir və yaxud 
bu dillərdən birinə tərcümə ilə müşayət edilir. 
Bu cür seçməyə sonrakı dəyişikliklər Sübutetmə və Pro-
sedur Qaydalarına uyğun olaraq həyata keçirilir. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
354
3. Sorğu verilən dövlət xahişin yerinə yetirilməsi üçün 
zəruri  olan  həcm  və  halları  istisna  olmaqla  əməkdaşlıq 
haqqında xahişi və onu əsaslandıran hər hansı sənədi gizli 
saxlamalıdır. 
4.  9-cu  hissəyə  uyğun  olaraq  təqdim  edilmiş  kömək 
haqqında xahişlə əlaqədar olaraq Məhkəmə hər hansı zərər-
çəkmişlərin, potensial şahidlərin və onların ailələrinin fıziki 
və psixi sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi üçün 
lazım  olan  informasiyanın  qorunması  ilə  bağlı  tədbirlər  də 
daxil olmaqla, tədbirlər görə bilər. Məhkəmə 9-cu hissəyə uy-
ğun olaraq təqdim edilmiş istənilən informasiyanın zərərçək-
mişlərin və potensial şahidlərin və onların ailələrinin fıziki ve 
psixi sağlamlığı və təhlükəsizliyinin təmin olunması şərti ilə 
verilməsi və istifadə olunması xahişi ilə müraciət edə bilər. 
5. Məhkəmə bu Statutun iştirakçısı olmayan hər hansı 
dövlətə xüsusi müqavilə, bu dövlətlə razılaşma və ya hər han-
sı digər müvafiq əsaslarla bu hissəyə uyğun olaraq, kömək 
göstərməyi təklif edə bilər. Məhkəmə ilə xüsusi müqavilə və 
ya saziş bağlamış bu Statutun iştirakçısı olmayan dövlətin 
hər hansı bu cür müqavilə və ya sazişə uyğun olaraq xahi-
şin yerinə yetirilməsində əməkdaşlıq etməkdən imtina etdi-
yi hallarda, Məhkəmə iştirakçı dövlətlərin Assambleyasına 
və ya həmin məsələ Təhlükəsizlik Şurası tərəfındən Məh-
kəməyə verildiyi hallarda Təhlükəsizlik Şurasına bu barədə 
məlumat verə bilər. 
6. Məhkəmə hər hansı hökümətlərarası təşkilatdan in-
formasiya  və  ya  sənədlərin  təqdim  edilməsini  xahiş  edə 
bilər. Məhkəmə həmçinin əməkdaşlıq və bu təşkilatla razı-
laşdırılan və onun müvafiq səlahiyyətləri və ya mandatına 
cavab  verən  digər  formalarda  kömək  göstərilməsi  barədə 
xahiş  edə  bilər. 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə