Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə18/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
60
dən istifadə etməklə ictimai, ya da qanuni hakimiy-
yət adı altında öz siyasətinin və ya cinayəti törədə 
biləcək digər şəxsdən istifadə etməklə bu siyasətin 
həyata keçirilməsi başa düşülür. Belə siyasət və ya 
hərəkət totalitar hökuməti idarə edən bir neçə fərd, 
kiçik qruplar və ya kollektiv qruplar tərəfindən hə-
yata keçirilə bilər. 
Dövlət  subyektləri  üçün“dövlət  siyasəti  və  fəaliyyəti” 
elementinin xarak te ristikası və qeyri-dövlət subyektinin “si-
yasəti”  aşağıdakılardır
1
:
• dövlət siyasəti və ya dövlət fəaliyyəti cəmiyyət daxi-
lində ayrı-ayrı qrupların təqib olunması və ayrı-seçki-
lik hallarının baş verməsi;
• dövlətin  daxili  hüququna  görə  cinayət  hesab  olunan 
əməllərin sonradan dövlətin öz siyasətinin tərkib his-
səsinə  çevrilməsi;
• spesifik cinayətlərin dövlət orqanında çalışan vəzifəli 
şəxslər və ya fəaliy yətdə olan dövlət agentlərinin rəs-
mi fəaliyyəti çərçivəsində qəsdən törədilməsi;
• qırğının genişmiqyaslı və sistematik formada həyata 
keçirilməsi
Göstərilənlərə əsasən:
•  əməl insanlıq əleyhinə cinayətin tərkibini yaratmaqla 
dövlət  fəaliyyəti  və  ya  siyasətinin  olmasını  tələb  et-
məli;
•  dövlət fəaliy yəti və ya siyasətinin hansı səviyyədə hə-
yata keçirilmə planı müəyyənləşməli;
•  əməlin törədilməsini planlaşdıran iştirakçıların dairəsi 
və dərəcəsi müəyyənləşməli və ən nəhayət, bu siyasə-
1
Bassиounи  M.  Cherиf.  Crиmes  agaиnst  Humanиty  -  Dordrecht/Boston/ 
London:  Martиnus  Nиjhoff  Publиshers,  1992


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
61
tin həyata keçirilməsində müəyyən şəxslərdən və döv-
lət resurslarından istifadə olun malıdır. 
 Dövlət fəaliyyəti və ya siyasəti dövlət başçısının qəra-
rı ilə müəyyənləşir. Təbii ki, bunun icrası ilə məşğul olan 
şəxslər  dövlət  orqanında  çalışan  vəzifəli  şəxs lərdir  ki,  on-
lar da cinayətin törədilməsində dövlət təsisat və resursların-
dan ma neə siz istifadə edə bilərlər. Yəni bir növ bu şəxslər 
qeyri-qanuni vasitələrə əl ataraq öz cinayətkar əməllərinin 
pərdələnməsi üçün lazımi tədbirlər görmək imkanına malik 
olan  şəxslərdir. 
İnsanlıq  əleyhinə  cinayətlər  törədən  və  törədilməsinə 
şə rait  yaradan  belə  şəxslərin  məsuliyyətə  cəlb  olunması 
pri oritet məsələlərdən biridir. Bu cinayətə görə şüb həli bi-
linən şəxs hər hansı ölkənin ərazisində olarsa, şəxs həmin 
ölkə  tərəfindən  qeyd-şərtsiz  mühakimə  olunmalıdır.  Daha 
doğrusu, insanlıq əleyhinə cinayətlərə görə şübhəli bilinən 
şəxs  hər  hansı  dövlətin  ərazisində  aşkar  olunarsa  həmin 
dövlət  istintaq  aparmalı  və  əsaslı  sübutlar  əldə  olunduğu 
təqdirdə  o,  həbs  edilməli,  yaxud  ekstradisiya  olunmalı  və 
ya cəzalandırıl malıdır. Dövlət bu prosesi yerinə yetirmədi-
yi  halda  beynəlxalq  səviyyədə  üzərinə  götürdüyü  öhdəliyi 
pozmuş  olur. 
İnsanlıq əleyhinə cinayətlərə görə şübhəli bilinən şəxs-
lərin mühakimə və ekstra disiyası ilə bağlı dövlətlərin öhdə-
likləri aşağıdakılardır
1
:
• insanlıq  əleyhinə  cinayətlərin  qarşısını  almaq  üçün-
dövlətlər  bir-birilə  qarşılıqlı  və  çoxtərəfli  əsasda 
əməkdaşlıq etməli və bu məqsədlə həm daxildə, həm 
də beynəlxalq səviyyədə lazımi tədbirlər həyata keçir-
məlidirlər;
1
Bassiouni  M.Cherif.  Crimes  against  Humanity:  Historical  Evolution  and
Contemporary  Application,  Oct  30,  2014


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
62
• belə cinayətlərin törədilməsində təqsirli bilinən şəxs-
lərin saxlanmasında, həbs olunmasında və mühakimə 
olunmasında dövlətlər bir-birinə kömək etmə lidirlər;
• insanlıq əleyhinə cinayətlərə görə təqsirli bilinən şəxs-
lə rin təqsiri sübuta yetirilərsə onlar mühakimə oluna-
raq  cəzalandı rılırlar  (cinayət  törətdikləri  ölkədə).  Bu 
məsələdə dövlətlər həmin şəxslərin ekstradisiyası ilə 
bağlı  əməkdaşlıq  etməli  və  həmin  cinayətlərin  araş-
dırılması üçün məlumatların toplanmasın da və müba-
diləsində birgə fəaliyyətə üstünlük verməlidirlər. 
İlk dəfə olaraq İsveç məhkəməsi 1993-cü ildə Bosniya 
və  Hersoqovinada  törədilmiş  insanlıq  əley hinə  cinayətlərə 
görə hökm çıxardı. Həmin hökm müasir İsveç təcrübəsində 
bu qəbildən olan ilk presedentdir. İttiham olunan Ceki Ark-
lov  aralarında  həm  hərbi  əsirlərin,  həm  də  dinc  sakin lərin 
olduğu 11 Bosniya müsəlmanına qarşı xorvat qoşun larında 
muzdlu qismində xidmət edərək zor tətbiq etməyə görə təq-
sirli bi lin mişdir. 1999-cu ildə İsveç polisinin iki zabitini qət-
lə ye tir diyinə görə müttəhim artıq ömürlük cəza çəkdiyindən 
məhkəmə  Arklova  məhbusluq  müddəti  təyin  etməmişdir. 
Muzdlunun  cina yət ləri  sırasında  etnik  təmizləmə,  soyğun-
çuluq, eləcə də beynəl xalq hüquq normalarının qadağan et-
diyi insanları özbaşına tutub saxlama gös tərilir. 1995-ci ildə 
Sarayevo  Ali  məhkəməsi  Arklovu  mü ha ribə  cinayətlərinə 
görə ittiham etsə də 1996-cı ildə o, məh bus ların mübadiləsi 
proqramı çərçivəsində İsveçə göndərilmişdir. 
İnsanlıq  əleyhinə  cinayətlər  beynəlxalq  sülhə  və  təh-
lükəsizliyə ciddi təhlükə yaratdığı üçün bununla bağlı uni-
versal yuris dik siya məsələsi dəfələrlə müzakirə olunmuşdu. 
Keçmiş Yuqoslaviya hadisələri zamanı insan hüquqla-
rının vəziyyətini araş dırmaq üçün təyin olunmuş Ekspertlər 
Komis siyası  1994-cü  ildə  bəyan  etdi  ki,  insanlıq  əleyhinə 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə