Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
57
ralılar qətlə yetirilmiş, yerlərdə təcili yardım göstərən tibb
işçiləri gülləbaran edilmişlər
1
.
İlkin məlumata görə bu günə qədər dinc əhalinin 168
nəfəri ölmüş, 715 nəfəri yaralanmış və bədən xəsarəti almış-
dır, 400 nəfərdən çox adamın taleyi barədə məlumat yox-
dur. Onların arasında qadınlar, qocalar və uşaqlar, azərbay-
canlılar, ruslar, tatarlar və yəhudilər vardır. Çoxlarını ölüm
mənzillərdə, küçə qapılarında, avtobuslarda və iş yerlərində
haqlamışdır. Hərbi qulluqçulardan 28 nəfəri ölmüş, 80 nəfə-
ri yaralanmışdır ki, onların çoxu komandanlığın razılaşdırıl-
mamış hərəkətləri nəticəsində öz yoldaşları tərəfindən hücu-
ma məruz qalmışdır.
1990-cı il yanvarın 20-də və sonrakı günlərdə Sovet Or-
dusu tərəfindən dinc mülki əhaliyə qarşı törədilmiş əməllərin
insanlıq əleyhinə cinayətlər kimi tövsif edilməsi və bütün təq-
sirkar şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsi-
nin müvafiq müddəaları əsasında məsuliyyətə cəlb olunması
üçün kifayət qədər əsaslar var. İlk növbədə qeyd olunmalı-
dır ki, Bakıda dinc əhaliyə qarşı yönəlmiş cinayət hadisəsi
dövlət planı və ya siyasətinin tərkib hissəsi idi, bu təsadüf
ola bilməzdi, ikincisi, bu siyasət dinc mülki əhaliyə qarşı
yönəlmişdir (dinc mülki əhali tabe olduğu hökumətin, siyasi
rəhbərliyin ona qarşı silah işlədəcəyini, qırğına məruz qoya-
cağını heç ağlına gətirmirdi), üçüncüsü, bu cinayət hadisəsi
genişmiqyaslı hücumun tərkib hissəsi olaraq baş vermişdir.
Yuxarıda göstərilənlərə əsaslanaraq qeyd olunmalıdır ki,
Sovet Ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı törədil-
1
//files. preslib. az/projects/aggression/m3_az. pdf;
az. wikisource. org/wiki/1990-c%C4%B1_il_yanvar%C4%B1n_20-
d%C9%99_Bak%C4%B1da_t%C3%B6r%C9%99dilmi%C5%9F_
faci%C9%99li_hadis%C9%99l%C9%99r_haqq%C4%B1nda_
Az%C9%99rbaycan_Respublikas%C4%B1_
Milli_M%C9%99clisinin_q%C9%99rar%C4%B1_(1994)