Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
54
Sistemlilik özündə bir
neçə əlamətləri ehtiva edir
1
:
• hər hansı siyasi məqsəd və planı özündə əks etdirmək-
lə müəy yən icmanın, toplumun məhvinə, təqibinə və
yaxud zəiflədilməsinə yönəldilmiş konkret hərəkət və
ya ideologiyanın olması;
• bir qrup mülki şəxslərə qarşı genişmiqyaslı cinayət
əməlinin törədilməsi, təkrar edilməsi və yaxud bir-bi-
rinə bağlı qeyri-insani hərəkətlərin davamlılığı;
• əhəmiyyətli ictimai və yaxud xüsusi resursların hazır-
lanması və yaxud onlardan hərbi və ya başqa məqsəd-
lər üçün istifadə olunması;
• planın hazırlanmasında, təşkilində və həyata keçiril-
məsində yüksək səviyyəli siyasi və yaxud hərbi rəsmi
dairələrin cəlb edilməsi
İnsanlıq əleyhinə cinayətlər genişmiqyaslı və sistemli-
liyi özündə əks etdir məklə, əsasən, üç formanı özündə bir-
ləşdirir
2
:
Birinci formaya görə insanlıq əleyhinə cinayətlər döv-
lət siyasəti nəticəsində müəy yən insan qrupları əleyhinə ge-
nişmiqyaslı təqibolunma baş verdiyi zaman bey nəlxalq ci-
nayətlər kateqoriyasına aid olur.
İkinci forma birinciyə əlavə olaraq, qeyri-dövlət sub-
yektlərinin idarəçilik qa biliyyətini özündə cəmləşdirir və ha-
belə dövlət ərazisi və əhalisi üzərində nə zarəti gerçəkləşdirir,
eyni zamanda “dövlət siyasətinin” analoqu olan bir siyasəti
həyata keçirir.
Üçüncü forma ikincinin daha genişlənmiş forması ola-
raq, istər dövlət sub yektlərinin, istərsə də qeyri-dövlət sub-
1
Bassiouni M. Cherif. Crimes against Humanity:
Historical Evolution and
Contemporary Application.
Cambridge, Cambridge Univ. Press, 2011
2
Bassиounи M. Cherиf. Crиmes agaиnst Humanиty. - Dordrecht/Boston/
London: Martиnus Nиjhoff Publиshers, 1992