Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
72
dövlət ha kimiy yətinin müharibə şəraitindən istifadə edərək,
öz əhalisinə və ya ərazisində olan başqa millətlərə qarşı
adamöl dür mə, məhv etmə, işgəncə, deportasiya, zorlama və
digər tö rət diyi qeyri-insani hərəkətlər insanlıq əleyhinə ci-
nayətlər kimi tövsif olunur.
Dördüncü Cenevrə Konvensiyasının 147-ci maddəsin-
də göstərilir ki, hazırkı müqaviləyə əsasən, müharibə şərai-
tində qəsdən adamöldürmə, əzabverici və qəddar rəftar, bi-
oloji eksperimentlər insanlara qarşı yönəlmiş qeyri-hüquqi
əməl hesab olunur.
Keçmiş Yuqoslaviyada baş verən hadisələr içərisin-
də həm insanlıq əleyhinə cinayətlərin, həm də müharibə
cinayətlərinin tərkibini yaradan əməllər kifayət qədər idi.
YBCT-nin İviça Rayiçlə bağlı çıxardığı hökmü belə əməl-
lərdən biri hesab etmək olar
1
. İviça Rayiç Xorvatiya Müda-
fiə Şurasının komandiri idi. O, Xorvatiya Müdafiə Şurası-
nın bir neçə bölmələrinə cavabdeh idi. 23 oktyabr 1993-cü
ildə İviça Rayiç Mərkəzi Bosniyanın Vares şəhərində bir
neçə rəsmi bosniyalı xorvatın həbs edilməsi tapşırığını alır.
Həmin gün Xorvatiya Müdafiə Şurasının qoşunları Rayiçin
komandanlığı ilə şəhərdə axtarış apararaq 250 müsəlman ki-
şisini həbs etmişdi. Həbs zamanı Müdafiə Şurasının əsgər-
ləri evlərə daxil olaraq insanları fiziki və mənəvi əzablara
məruz qoyur, onları təhqir edir və işgəncələr verirdilər. Eyni
zamanda, tutulmuş adamları Vares şəhərinin ən pis şəraitdə
olan məktəb binalarına yığaraq işgəncələr vermişdilər. Bun-
dan sonra 23 oktyabr 1993-cü ildə Rayiçin komandanlığı al-
tında olan bölmələr Stupni-Do kəndinə hücum edərək kəndi
nəzarət altına almış və əsgərlər buranı da Vares şəhəri kimi
lavиa and Rwanda /Cohn R. W. D. Cones, Transnatиonal Publиshers, Ыnc.
Ardsley, New-York, 2000
1
www. un. org/иcty/
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
74
YBCT və milli məhkəmələr BHH-nun ciddi pozuntu-
larını törədən şəxslərin mühakimə olun ma sının paralel yu-
risdiksiyasını nəzərdə tutur (YBCT Nizamnaməsinin 9-cu
maddəsi). Bu o deməkdir ki, təkcə cinayətin törədildiyi əra-
zinin milli məhkəmə ləri deyil, hər hansı dövlətin milli məh-
kəməsi də BHH normalarını pozmuş şəxsi mühakimə etmək
səlahiyyətinə malikdir. Təbii ki, bunun da keçmiş Yuqosla-
viya hadisələri za manı cinayət törətmiş şəxslərin axtarılıb
tutulmasında mühüm rolu olmuşdur. Belə ki, Yuqoslaviya
ərazisində müharibə cina yəti törətmiş şəxslərin bir çoxu Av-
ropa məhkəmələri tərəfindən mühakimə olunmuşdur.
1994-cü ilin noyabr ayında Kopenhagendə məhkəmə
R.Sariçi xüsusi yaradılmış düşərgələrdə əsirlərə ölümlə
nəticələnən işgəncələr verməkdə təqsirli hesab edərək 8 il
müddətinə azadlıqdan məhrumetmə cəzası vermişdir. 1997-
ci ildə Münhen məhkəməsi N.Cayiçi Bosniyada müharibə
zamanı müsəlmanları kütləvi surətdə öldürməkdə iştirakçı-
lıqda təqsirli hesab edərək 5 il müddətinə azadlıqdan məhru-
metmə cəzasına məhkum etmişdir. Eyni qaydada Zalsburqda
(Avstriya) bosniyalı serb D.Şvetkoviçin mühakimə edilməsi
üçün məhkəmə prosesi keçirilmişdir
1
. Bu faktlardan da gö-
rünür ki, insanlıq əleyhinə cinayətlərlə müharibə cinayət ləri
arasındakı oxşarlıq onların hər ikisinin genişmiqyaslı forma-
da dinc mülki əhaliyə qarşı törədilməsidir, fərqli cəhətləri isə
onların tərkib element ləridir.
“Müharibə cinayətləri” termini ümumi anlayış olub si-
lahlı münaqişə zamanı tətbiq olunan BHH normalarının
pozulmasını bildirir
2
. Bəzən müharibə cinayətlə rinin yal-
1
www. albd. org/convention/paper_kmsobhan. htm
2
Wade Mansell and Karen Openshaw: İnternational Law (a critical intro-
duction). Oxford and Portland Oregon 2013