Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə21/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
69
nəlxalq  birliyin  maraq  və  mənafelərinə  qəsd  edir  və 
beynəlxalq  məsuliyyət  yaradır. 
Tadiç işi ilə əlaqədar Tribunalın apardığı araşdırmalar-
dan bir daha məlum oldu ki, insanlıq əleyhinə cinayətlərin 
tərkibini  yaradan  əməllər  dövlətlərin  milli  qanunvericili-
yinə görə cinayət sayılıb-sayılmamasından asılı olmayaraq 
Tribuna lın  yurisdik siyasına  aiddir  və  silahlı  münaqişələrlə 
hər hansı bağlılığı tələb edir. Tadiçin məsuliyyətə cəlb olun-
ması beynəlxaq cinayət hü qu qu üçün töhfə idi, eyni zaman-
da  beynəlxalq  cinayət  tribunallarının  müəyyən  nöqsan  və 
çatışmazlıqlarını  aşkara  çıxardı. 
RBCT Nizamnaməsinin 3-cü maddəsində isə göstərilir 
ki, tribunal milli, siyasi, etnik, irqi və ya dini səbəblərə görə 
mülki  əhaliyə  qarşı  yönəlmiş  genişmiqyaslı  və  sistematik 
hücumun  tərkib  hissəsi  kimi  törədilən  adam öl dürmə,  əha-
lini məhvetmə, kölə vəziyyətinə salma, deportasiya, özba-
şına həbs etmə, işgəncə, zorlama cinayətlərinə görə məsu-
liyyət mə sələlərini həll edir
1
. Göründüyü kimi, RBCT Ni-
zam naməsi YBCT Ni zam na məsindən fərqli olaraq insanlıq 
əleyhinə cinayətlərlə silah lı münaqişələr ara sında hər hansı 
bağlılığı tələb etmir. YBCT Nizamnaməsində in san lıq əley-
hinə cinayətlərin tərkib elementi kimi onun sis temliliyi və 
geniş miq yaslılığı  göstərilmir.  RBCT  Ni zam naməsində  isə 
əksinə  göstərilir. 
Bütün  bunlara  baxmayaraq,  insanlıq  əleyhinə  cinayət-
lərin silahlı münaqişələrlə bağlı olması iddiasını doğru he-
sab etmək olmaz. İnsanlıq əleyhinə cinayətlərin baş verməsi 
üçün silahlı münaqişə şəraitinin olması vacib deyil. 
1
The practиce of the 
İnternatиonal Crиmиnal Trиbunals for the fomer Yugo s lavиa 
and Rwanda /Cohn R. W. D. Cones, Transnatиonal Publиshers, Ыnc. Ardsley, 
New-York, 2000


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
70
İnsanliq əleyhinə cinayətlərin digər oxşar 
beynəlxalq cinayətlərdən fərqli xüsusiyyətləri
İnsanlıq əleyhinə cinayətlər, genosid və müharibə cina-
yətlərini  oxşar  əlamətlərəinə  görə  bəzən  bir-birindən  fərq-
ləndirmək  çətin  olur.  Bu  cinayətlər  arasında  müəyyən  qə-
dər oxşarlıq olsa da, onlar tərkib elementlərinə görə fərqli 
xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər BCM Statutunun 
ayrı-ayrı  maddələrində  də  göstərilmişdir.  Genosid  cinayəti 
(maddə 6), insanlıq əleyhinə cinayətlər (maddə 7), müharibə 
cinayətləri (mad də 8). 
Əvvəlki fəsildə qeyd olunmuşdu ki, insanlıq əleyhinə ci-
nayətlər həm sülh, həm də müharibə şəraitində törədilə bilər. 
İlk növbədə belə bir sual meydana çıxır ki, insanlıq əleyhinə 
cinayətlər müharibə şəraitində baş verirsə o zaman müharibə 
cinayətlərindən o, hansı cəhətlərinə görə fərqlənir? Məsələn, 
işgəncə, deportasiya, köləlik, zorlama həm insanlıq əleyhinə 
cinayətdir, həm də müharibə cinayəti. Əgər söhbət düşmən 
tərəfin mülki əhaliyə hücumundan gedirsə, bu, BHH norma-
larının pozulması kimi qiymətləndirilir və müharibə cinayət-
lərinin tərkibini yaratmış olur. Bundan başqa, əməlin insan-
lıq əleyhinə cinayətlər kimi tövsif olunması üçün kütləvilik 
əlaməti göstərilərsə, təbii ki, yenə də bu, insanlıq əleyhinə 
cinayətlər kimi qəbul edilməyəcək, ona görə ki, müharibə 
cinayətlərində də kütləvilik əlaməti mövcuddur. Belə olan 
təqdirdə, bəs müharibə dövründə baş vermiş əməllər hansı 
halda insanlıq əleyhinə cinayətlər kimi tövsif olunur? 
Ümumiyyətlə, insanlıq əleyhinə cinayətlərin obyektiv 
cəhəti olduqca genişdir və buraya müxtəlif xarakterli əməl-
lər daxildir. Sülh və Bəşəriyyətin təh lükəsizliyi əleyhinə ci-
nayətlər məcəlləsi layihəsinin 20-ci maddəsinə görə, törə-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
71
dilən cinayət əməlinin insanlıq əleyhinə cinayət kimi nəzər-
dən keçirilməsi üçün onun sistematik və ya genişmiqyaslı 
formada törədilməsi zəruridir. Yuxarıda da göstərilmişdi ki, 
hər hansı bir əməlin insanlıq əleyhinə cinayət kimi tövsif 
olunması üçün əməl:
• sistematik və ya geniş miqyasda törədilməli;
hökumət və ya istənilən, yaxud qrup tərəfindən həvəs-
ləndirilməli və istiqamətləndirilməlidir.
İnsanlıq  əleyhinə  cinayətlərdən  fərqli  olan  müharibə 
cinayətləri, əsasən, BHH normalarının, eyni zamanda Mü-
haribə  qurbanlarının  müdafiəsinə  dair  1949-cu  il  Cenevrə 
Konvensiyaları və həmin Konvensiyalara 1977-ci il tarixli 
Əlavə Protokolların ciddi pozuntularıdır. Müharibə cinayət-
ləri  beynəlxalq  cinayətlərin  müstəqil  növü  olub  müharibə 
adət və qanunlarının bütün ciddi pozuntularını, ən başlıcası 
isə hərbi əməliyyatlarda iştirak etməyən şəxslərin öldü rül-
məsini və ya onlara xəsarət yetirilməsini, mülki əhalinin qul 
kimi işlədilməsi, deportasiya olunması, şəhərlərin, kəndlərin 
və qəsəbələrin, hərbi zərurət olmadan mənasız dağıdılması 
və ya viran qoyulmasını əhatə edir. Bu hərəkətlər həm də 
genosid  aktlarını  əhatə  edə  bilər,  amma,  yalnız  müharibə 
kontekstində
1
. Müharibə cinayətləri ilə insanlıq əley hinə ci-
nayətlər arasında başlıca fərq ondan ibarətdir ki, müharibə 
cinayətləri hərbi əməliyyatlar zamanı başqa dövlətin vətən-
daş larına qarşı (yəni düşmən dövlətə qarşı) baş verdiyi hal-
da, in san lıq əleyhinə cinayətlər çox zaman düşmənlərə qarşı 
deyil, döv lətin öz vətəndaşlarına və həmin dövlətdə yaşayan 
xarici və tən daş lara, başqa millətlərə qarşı törədilir
2
. Deməli, 
1
Lemkиn R. Axиs Rule иn Occupиed Europe, Carnegиe Endowment for 
İnter-
natиonal Peace. -Washиngton, 1944
2
The practиce of the 
İnternatиonal Crиmиnal Trиbunals for the fomer Yugo s-


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə