Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə29/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
93
edən zaman BHH normaları ilə qadağan edilmiş surətdə isti-
fadə edir və belə bir addımı atacağı təqdirdə cəzalanacağını 
bilir. Bu əməl ölümlə və ya ciddi bədən xəsarəti ilə nəticələ-
nir və cinayətkar belə nəticəni əvvəlcədən görür. 
16.  işğal  etmiş  dövlət  tərəfindən  düzgün  və  ya  dolayı
surətdə öz mülki əhalisinin bir hissəsinin işğal edilmiş əra-
ziyə köçürülməsi, yaxud işğal olunmuş ərazinin əhalisinin bir
hissəsinin bu ərazinin sərhədləri daxilində və ya onun sər-
hədlərindən kənara deportasiya edilməsi və ya köçürülməsi.
Cinayətkar işğal etdiyi ərazilərə mənsub olduğu ölkənin 
əhalisinin bir qismini bilavasitə və ya dolayısı ilə köçürür, 
yaxud  işğal  olunmuş  ərazinin  əhalisinin  bir  qismini  və  ya 
bütün əhalisini bu ərazi daxilində və ya bu ərazidən kənarda 
hər hansı əraziyə köçürür və ya deportasiya edir. O, əməlin 
silahlı münaqişə şəraitində baş verməsini və bunun cinayət 
olmasını aydın dərk edir. 
17. Hərbi məqsədlər daşımayan dini, təhsil, incəsənət,
elm və yaxud xey riyyəçilik məqsədləri üçün təyin olunmuş
binalara, tarixi abidələrə, xəstəxa nalara və ya xəstələrin və
yaralıların cəmləşdikləri yerlərə qəsdən zərbələr endirmək
Cinayətkar  hücuma  rəhbərlik  edir,  hücumun  hədəfi 
kimi  hərbi  məqsədlər  üçün  istifadə  edilməyən,  dini,  elmi, 
incəsənət, maarifləndirmə və ya xeyriyyə məqsədləri üçün 
istifadə olunan binalar, tarixi abidələr, xəstəxanalar və xəstə 
və yaralıların gətirildiyi digər yerlər seçilir. Cinayətkar hü-
cumun  hədəfi  olaraq  hərbi  məqsədlər  üçün  istifadə  edil-
məyən, dini, elmi, incəsənət, maarifləndirmə və ya xeyriy-
yə məqsədləri üçün istifadə olunan binalar, tarixi abidələr, 
xəstəxanalar və xəstə və yaralıların gətirildiyi digər yerləri 
seçir. Cinayətkar törətdiyi əməlin BHH normalarına zidd ol-
duğunu və cinayət olduğunu bilir. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
94
18.  düşmən  tərəfin  hakimiyyəti  altına  düşən  şəxslərin
fiziki şikəstliyinə səbəb olan, yaxud xəstəxana müalicəsi zə-
rurəti ilə əsaslandırılmamış və maraqlarına uyğun gəlməyən
ölümə səbəb olan, yaxud bu şəxsin və ya şəxslərin sağlamlı-
ğına ciddi təhlükə yaradan, hər hansı tibbi və elmi eksperi-
mentlər aparmaq
Cinayətkar 1949-cu il Cenevrə Konvensiyalarının mü-
dafiəsi altında olan bir və ya daha çox şəxs üzərində elmi və 
ya tibbi təcrübə aparır. Belə təcrübə belə şəxs və ya şəxslərin 
fiziki və ya psixi sağlamlıq durumunun və ya cismani bütöv-
lüyünün ciddi təhlükə altına düşməsinə səbəb olmuşdur. Bu 
əməl, qurbanların nə tibbi, stomatoloji və ya xəstəxana şəra-
itində müalicəsini əks etdirmir, nə də belə şəxs və ya şəxslə-
rin maraqları dairəsində həyata keçirilmir. 
19. düşmən tərəfə və ya orduya mənsub olan şəxsləri xə-
yanətkarlıqla öldürmə və ya yaralama
Cinayətkar bir və ya daha çox şəxsi onlara silahlı mü-
naqişədə  tətbiq  edilən  BHH  normalarına  əsasən,  müdafiə 
təklif  etmək  səlahiyyətinin  və  ya  öhdəliyinin  verildiyinə 
inandırır və ya bu yolla onların etibarını qazanır. Eyni za-
manda cinayətkar həmin etibara və ya inama xəyanət etmək 
niyyətində olur və nəticə etibarilə belə şəxs və ya şəxsləri öl-
dürür və ya onlara xəsarət yetirir. Məlum olur ki, cinayətkar 
həmin etibardan və ya inamdan belə şəxs və ya şəxsləri öl-
dürmək və ya onlara xəsarət yetirmək üçün istifadə etmişdir. 
Cinayətkar baş verə biləcək nəticəni əvvəldən görür və bunu 
hətta həyata keçirməyi arzu edir. 
20. Aman verilməyəcəyi barədə bəyanatlar vermək
Cinayətkar heç bir insanın sağ qalmayacağını bəyan edir 
ya buna qərar verir. Cinayətkara silahlı birləşmələrə effektiv 
komandanlıq  etmək  vəzifəsi  həvalə  edilir  və  bütün  proses 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
95
silahlı  münaqişə  kontekstində  baş  verir.  Cinayətkar  silahlı 
münaqişənin  mövcudluğunu  təmin  edən  faktiki  şəraitdən 
xəbərdar olur. 
21. Hərbi zərurətlə əlaqədar hallar istisna olmaqla düş-
mənin əmlakını dağıtma və ya ələ keçirmə
Cinayətkar düşmən tərəfə məxsus konkret əmlakı dağı-
dır və ya ələ keçirir. Hərbi zərurətlə bağlı olmayan əmlak 
1949-cu il Cenevrə Konvesiyaları ilə mühafizə olunur və ci-
nayətkar bu əmlakın statusunu təmin edən faktiki şəraitdən 
xəbərdar olur. Dağıdılma və ya ələ keçirilmə hərbi zərurət-
dən irəli gəlmir. Bu əməl silahlı münaqişə kontekstində baş 
verir və birbaşa münaqişə ilə əlaqədardır. 
22.  düşmən  tərəfin  vətəndaşlarının  məhkəmədə  hüquq
və iddialarının ləğv edilmiş, dayandırılmış, yaxud yolveril-
məz elan etmək;
Cinayətkar ədalət məhkəməsi vasitəsilə müəyyən hüquq 
və  azadlıqların  həyata  keçirilməsinin  ləğv  edilməsinə,  da-
yandırılmasına və ya buna xitam verilməsinə gətirib çıxa-
rır. Ləğv olunma, dayandırılma və ya xitam olunma düşmən 
tərəfin əhalisinə qarşı yönəlməlidir. Cinayətkarın belə ləğv 
olunma,  dayandırılma  və  ya  xitam  olunma  kimi  əməlləri 
düşmən tərəfin əhalisinə qarşı yönəldilməsi niyyəti daşıma-
lıdır. Əməl silahlı münaqişə kontekstində baş verir və birba-
şa münaqişə ilə əlaqədar olur. 
23. müharibə başlanana qədər döyüşən tərəflərdə hərbi
xidmətdə olduğu halda belə, düşmən tərəfin vətəndaşlarını
öz ölkələrinə qarşı hərbi əməliyyatlarda iştirak etməyə məc-
bur etmək
Cinayətkar bir və ya daha çox şəxsi həmin şəxs və ya 
şəxsləri mənsub olduqları ölkəyə qarşı aparılan hərbi əmə-
liyyatlarda, yaxud çıxış edən qüvvələrdə iştirak etməyə zor 
yolu  ilə  və  ya  hədələməklə  məcbur  edir.  Belə  şəxs  və  ya 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə