Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə32/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
102
və ya dövlətin vahidliyi və ərazi bütövlüyünün bütün qa-
nuni vasitələrlə müdafiəsinə görə məsuliyyətinə toxunmur. 
Müharibə cinayətlərinin tərkibini yaradan bu əməllərin 
bəşəriyyət  üçün  nə  qədər  təhlükəli  olduğunu  aydın  müşa-
hidə etmək mümkündür. Yuxarıda müharibə cinayətlərinin 
ictimai təhlükəliliyi, hərbi münaqişələrdə və hərbi əməliy-
yatlarda iştirak etməsi müqabilində maddi mükafat əldə et-
məyi özünə peşə seçən şəxslər barəsində qeyd olunmuşdu və 
bunun beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə 
mənbəyinin  olduğu  vurğulanmışdı.  YBCT-nin  M.Vasilye-
viçlə bağlı çıxardığı hökm demək olar ki, bu kateqoriyaya 
mənsubdur
1
. M.Vasilyeviç, 1992-ci il “Ag Qar tal lar” adla-
nan qurumun üzvü olmaqla bərabər Bosniya və Herseqovi-
nanın şər qin də yerləşən Vişeqrad şəhərindəki polis və başqa 
hərbi bölmələrdən birinə rəh bər lik edirdi. O, öz vəzifəsindən 
sui-istifadə  edərək  müharibə  cinayətinin  tərkibini  ya ra dan 
əməllər törətdiyi üçün ona qarşı cinayət işi başlanılmış, 25 
yanvar 2000-ci ildə mühakimə olunmaq üçün YBCT-yə ve-
rilmişdi. Bu işlə əlaqədar məhkəmə əsas Vişeqrad şəhərində 
baş verən iki mühüm hadisəyə diqqət yetirmişdi. 
Birincisi, 7 iyun 1992-ci ildə Vasilyeviç və onun hava-
darları 7 nəfər bos ni yalı müsəlmanı çay qırağına apararaq 
arxadan onları güllələmiş, sağ qalanları isə suda vəhşicəsinə 
öldürmüşlər. 
İkincisi, onlar 14 iyun 1992-ci ildə Vişeqrad şəhərinin 
Pionerski küçəsində 70 bosniyalı müsəlman qadınını, uşaq 
və qocaları bir məhəllədəki evə doldu ra raq qapıları bağlamış 
və evə od vurmuşdular. Təxminən 46 nəfər məhv olmuşdu. 
29  noyabr  2002-ci  ildə  Tribunal  öz  Nizamnaməsinin  7-ci 
1
Crimes against humanity, 2013
Birth of a concept
 Kindle Edition by Geras Norman (Author)


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
103
maddəsinin  1-ci  bən dinə,  eləcə  də  5-ci  maddəsinə  əsasən, 
həm müharibə cinayətlərinin, həm də insan lıq əleyhinə ci-
nayətlərin  törədilməsinə  görə  M.Vasilyeviçi  təqsirli  hesab 
etmişdi. Tri bu nal onun törətdiyi əməlləri sübuta yetirərək 15 
il müddətinə azadlıqdan məhrum etmişdir. Doğrudur, törət-
diyi cinayətlərin müqabilində ona verilən cəza olduqca az-
dır və əməllə uyğunluq təşkil etməməsinə baxmayaraq, (bu 
da haqlı olaraq zərərçəkmişlərin narazılığına səbəb olurdu), 
onun cəzasız qalmaması və məsuliyyətə cəlb olunması da bir 
uğur kimi dəyərləndirilməlidir. 
Müharibə  cinayətinin  tərkibini  yradan  əməllər  Ermə-
nistanın Azərbaycana qarşı təcavüzü zamanı da baş vermiş-
dir. Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq 
müharibəsinin tarixi kökləri mövcuddur və bu təcavüzkar-
lıq siyasəti erməni tarixinin mahiyyətindən qaynaqlanır, bu 
millətə məxsus xüsusiyyətləri əks etdirir. Bunun nəticəsidir 
ki, əlverişli şərait yaranan kimi ermənilər xəyanətkar niyyət-
lərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər 
və buna indi də davam edirlər. Ermənilərin Azərbaycan tor-
paqlarına, o cümlədən, Dağlıq Qarabağa qarşı iddiaları heç 
bir halda təsadüfi deyil və məlumdur ki, bu, onların “Böyük 
Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının tərkib 
hissəsdir və təbii ki, hər zaman buna dövlət dəstəyi forma-
sında şərait yaradılır. Ona görə də ermənilər, “ənənələrinə” 
sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu pla-
nın reallaşdırılması uğrunda ciddi səylə çalışırlar. Məsələn, 
1918-ci il mart qırğınını ermənilər üçün yaranmış əlverişli 
şərait hesab etmək olardı. Martın 31-də Bakı şəhərində azər-
baycanlıları kütləvi qırğına məruz qoydular. Stepan Şaum-
yanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı 
Sovetinin altı min silahlı əsgəri, eyni zamanda “Daşnaksut-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
104
yun” partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir. 
Üç  gün  davam  edən  qırğın  zamanı  erməni  silahlıları  bol-
şeviklərin  köməyi  ilə  azərbaycanlıların  yaşadıqları  məhəl-
lələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək 
qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kul-
ner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barə-
də bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) 
məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, 
süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün son-
ra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqla-
rı, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları 
doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlıla-
ra da rəhm etməmişdilər”
1
. Hadisələrin bu formada cərəyan 
etməsinə baxma yaraq, təəssüf ki, tarixin heç bir dövründə 
buna nə hüquqi, nə də siyasi qiymət verilməmişdir. Doğru-
dur, tarixçilər tərəfindən bu faktlar həmişə araşdırılır və buna 
tarixi qiymət verməyə cəhd göstərilir. Bu kimi məsələlərə 
zamanında həm hüquqi, həm də siyasi qiymət verilməli idi. 
Ermənistanın  təcavüzkarlıq  planlarının  həyata  keçirilməsi 
üçün yaranmış növbəti bir tarixi şərait  1988-ci ilə təsadüf 
etdi.
Ermənistanın  Azərbaycana  qarşı  təcavüzünə,  xüsusilə 
Dağlıq  Qarabağ  münaqişəsinə  beynəlxalq  hüquqi  kontek-
sdən  baxmaq  günümüz  üçün  çox  aktualdır.  Bu  fakt  həm 
beynəlxalq hüququn norma və prinsiplərinin, həm də BHH 
normalarının, beynəlxalq cinayət hüququ normalarının po-
zulmasını təsdiq edən bir faktdır. 
Dünya  ictimaiyyətinə  məlumdur  ki,  1988-ci  il  fevral 
hadisələ rindən sonra Ermənistan dövlətinin və silahlı qüv-
vələrinin dəstəyi ilə Dağlıq Qarabağın işğalı uğrunda hərbi 
1 
http://files. preslib. az/projects/azerbaijan/gl8. pdf


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə