Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə35/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
111
prinsip və normalardan ibarətdir. Bu prinsip və normalara 
Ermənistan tərəfi heç zaman riayət etməmişdir. Azərbaycan 
isə beynəlxalq səviyyədə yürütdüyü ardıcıl siyasət nəticəsin-
də artıq Ermənistanın təcavüzkar olduğu bütün dünyaya mə-
lum olmuşdur. Müxtəlif səviyyəli görüşlərdə, zirvə toplantı-
larında, konfranslarda bu məsələ diqqət mərkəzində saxla-
nılmış və Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı 
dəfələrlə beynəlxalq sənədlərdə öz  təsdiqini tapmışdır.  Bu 
sənədlərin, demək olar ki, hamısında Azərbaycan torpaqları-
nın işğal edildiyi göstərilir, bir milyondan çox insanın qaçqın 
və məcburi köçkün kimi yaşadığı bildirilir. Onların bəzisin-
də təcavüzkar tərəf, adı ilə göstərilsə də, təəssüf ki, bu müna-
sibət hələ beynəlxalq birliyin rəsmi ortaq mövqeyi deyildir. 
Hər halda uğurlar var və bu uğurlar münaqişənin həllində 
beynəlxalq hüquq normalarına əməl olunmasının vacibliyini 
ön plana çəkmək üçün yaxşı zəmin yaratmışdır. 
Azərbaycan  Respublikası  üzv  olduğu  beynəlxalq  qu-
rumlarda Dağlıq Qarabağ probleminin həllinə dair dəfələr-
lə məsələ qaldırmasına, müxtəlif dəlillər təqdim etməsinə, 
Ermənis tanın  təcavüzkar  olduğunu  sübuta  yetirən  faktlar 
göstərməsinə baxmayaraq, hələ də beynəlxalq birlik işğalçı-
nı cəzalandırmaq üçün konkret addımlar atmır. Bu amil ikili 
standartların  mövcud  olduğuna  ən  tutarlı  sübutdur.  Bütün 
bunlar  bir  daha  göstərir  ki,  ayrı-ayrı  dövrlərdə  Ermənista-
nın Azərbaycana qarşı təcavüzkar siyasətinə dair beynəlxalq 
təşkilatlar  müxtəlif  sənədlər,  qətna mələr,  bəyanatlar  qəbul 
etsələr də, hələ də dövlət işğalçı mövqeyindən geri çəkilmir. 
Bu,  beynəlxalq  birliyin  təcavüzkarı  layiq  olduğu  formada 
cəzalandırmaq istəməməsinin nəticəsi kimi qiymətləndirilə 
bilər. Təcavüzkar isə cəzasız qaldığından daha böyük iddia-
larla çıxış etməkdə davam edir. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
112
Yuxarıda  ermənilərin  törətdikləri  cinayət  əməlləri  sa-
dalandı və qeyd olundu ki, beynəlxalq hüquq normalarına 
görə bu əməllər təcavüzlə başlayıb müharibə cinayətləri ilə 
tamamlanır. Bu əməllər dövlətləri narahat etməyə bilməz və 
onlar bu kimi müharibə cinayətlərinə və təcavüz cinayətinə 
qarşı  mübarizədə  qarşılıqlı  əməkdaşlığa  üstünlük  verirlər. 
Dövlətlərin birgə əməkdaşlığının nəticəsi idi ki, beynəlxalq 
təşkilatlar  və  beynəlxalq  cinayət  tribunalları  bir  çox  bey-
nəlxalq cinayətlər kimi müharibə cinayətlərinə qarşı müba-
rizədə kəskin mövqe nümayiş etdirdilər. 
Məlumdur ki, hərbi əməliyyatlar münaqişə tərəflərinin 
silahlı qüvvələri arasında aparıl dı ğın dan beynəlxalq hüquq 
normalarına müvafiq olaraq mülki şəxslər heç bir zorakılı-
ğa məruz qalmamalıdır. Mülki əhaliyə qarşı edilən zorakılıq 
əməlləri qələbə çalmaq üçün məqbul metod sayıla bilməz. 
Mülki  əhali  döyüşlərdə  iştirak  etməyə  cəlb  edilməməli, 
bütün  hallarda  ona  hörmət  göstəril mə lidir.  Mülki  əhalinin 
təhlükəsizliyi və ya əsaslı hərbi mülahizələr tələb etdikdə, 
işğalçı dövlət müəyyən ərazidən tamamilə və ya qismən təx-
liyəni həyata keçirə bilər. Belə təxliyələr za manı himayədə 
olan şəxslər yalnız işğal edilmiş ərazinin içərilərinə köçürülə 
bilər, lakin bu, əməli cəhətdən mümkün olmadığı halda is-
tisna təşkil edir. Bu qaydada təxliyə edilmiş şəxslər həmin 
ərazidə  döyüş  əməliyyatları  başa  çatan  kimi  öz  yerlərinə 
qaytarılmalıdır.  Göstərilən  bu  əməllər  tarixin  bir  neçə  bö-
yük hadisələrində öz praktiki ifadəsini tapmış və beynəlxalq 
birlik tərəfindən mənfi qarşılanmışdır. Belə olan halda sual 
olunur. Əgər BHH normaları ilə qadağan olunan bu cinayət-
lər  törədilirsə və cinayətkarlar cəzasız qalırsa qadağaların 
faydası və beynəl xalq hüququn bu normalarının təbliği, təd-
risi kim üçündür? Praktiki baxımdan özünü doğrultmayan 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
113
hadisələrə ictimaiyyəti inandırmaq nəyə gərəkdir? Müxtəlif 
dövrlərdə baş verən müharibələrə nəzər yetirilsə heç birində 
müharibə  qayda-qanunlarına  əməl  olunmadığı  aşkarlanar. 
Bəs bu qayda-qanunlar kimlər üçündür? Ermənistan ordu-
sunun Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi genosid, 
deportasiya və müharibə cinayətləri kimi törətdikləri digər 
əməllər bu gün də araşdırılmamış və cinayətkarlar cəzasız 
qalmışdır. Yaxud Yuqoslaviya hadisələri zamanı serblər tərə-
findən  Bosniya  müsəl manlarına  qarşı  baş  vermiş  cinayət 
hadisələrinin çoxu araşdırılmamış və cinayətkarlar məsuliy-
yətə cəlb olunmamışdır. Bu ədalətsizliyi müşahidə edən bos-
niyalılar öz inamsızlıqlarını dinc formada “Sarayevo lətifə-
si” adı altında beynəlxalq ictimaiyyətə çatdırmağa çalışdılar. 
1994-cü ildə yaranmış Sarayevo lətifəsi aşağıdakı fikirlərə 
görə  məşhurdur:
“Kimsə  bir  insanı  öldürəndə,  onu  həbsxanaya  salırlar. 
İyirmi  nəfəri  öldürən  adama  əqli  cəhətdən  xəstə  damğası 
qoyurlar. 200 min nəfəri öldürən adamı isə Cenevrəyə sülh 
danışıqları  aparmağa  dəvət  edirlər”. 
Bosniyalıların  narazılığı  və  inamsızlığının  səbəbi  mə-
lumdur, o da məlumdur ki, heç olmasa Yuqoslaviyada baş 
verən hadisələri araşdırmaq üçün beynəlxalq birlik birgə səy 
göstərərək YBCT-ni yaratdılar. Tam olmasa da münaqişə za-
manı baş vermiş müharibə cinayətləri, genosid və insanlıq 
əleyhinə cinayətlər araşdırıldı müəyyən qədər cinayətkarlar 
məsuliyyətə cəlb olundu. Təəssüf ki, 25 ildən artıqdı davam 
edən  Ermənistan Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi 
zamanı baş vermiş cinayət əməlləri araşdırılmamış, Ermə-
nistan siyasi və hərbi rəhbərliyindən bir nəfər belə məsuliy-
yətə cəlb olunmamışdı. Halbuki, onlar törətdikləri əməllə-
ri açıq-aydın etiraf edirlər, bunu sübut edən foto və video 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə