Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə34/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
108
ümumiyyətlə,  hərbi  əməliyyatda  iştirak  etməyən  şəxslərin 
başına  gətiriblər. Azərbaycan  Respublikasına  qarşı  erməni 
təcavüzünün faciəvi nəticələrindən biri də odur ki, Azərbay-
can torpaqlarının 20 faizini işğal etməkdən və vətəndaşlara 
işgəncələr verməkdən əlavə, ermənilər ölkənin zəbt olunmuş 
bölgələrində Azərbay canın milli-mənəvi irsini məhv edirlər. 
Bir  çox  beynəlxalq  təşkilatların  müraciətinə  baxmayaraq, 
Ermənistan işğal olunmuş bölgələrdə Azərbaycanın mədəni 
sərvətlərinin təhlükəsizliyi üçün heç bir konstruktiv addım 
atmamışdır.  İşğal  zonalarında  maddi  mədəniyyət  yadigar-
larlarının dağıdılması prosesi indi də davam edir. İşğalçılar 
genişmiqyaslı,  qeyri-peşəkar  arxeoloji  qazıntı  işləri  aparır, 
kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana da-
şıyırdılar. Ermənistan tərəfindən zəbt olunmuş qədim Azər-
baycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayon-
larda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 
ölkə  əhəmiyyətli  (119  memarlıq  və  173  arxeoloji)  və  330 
yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, 
monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunə-
si) tarix və mədəniyyət abidələri qalmışdır. Bunlarla yanaşı, 
işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 
22 muzey, 4, 6 milyon kitab fondu olan 927 kitabxana, 808 
klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və isti-
rahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103.2 min 
ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 
ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi 
və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 
kiçik həcmli attraksion işğal altında qalmışdı
1

Dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz 
tarix və mədəniyyət abidələrindən başqa Azərbaycana dəy-
1 
http://files. preslib. az/projects/azerbaijan/gl8. pdf


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
109
miş  ümumi  zərərin  məbləği  23  trilyon  680  milyon  manat 
və ya 6 milyard 71 milyon ABŞ dolları təşkil edir. (Dəymiş 
ziyan 1994-cü ilin qiymətləndirilmə sənədləri əsasında təx-
mini hesablanmışdır). Keçmiş SSRİ-də yeganə olan Ağdam 
Çörək  muzeyi  şəhərin  bombardmanı  zamanı  yerlə  yeksan 
edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyi-
nin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 min-
dən çox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır. 
Şuşanın zəbt edilməsi nəticəsində mənəvi dəyərlərə olduqca 
ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 8 muzey, 31 
kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edil-
mişdir.  Şuşa  şəhərinin  tarixi  muzeyinin  5  minədək  əşyası, 
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi 
Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək 
əşyası,  professional Azərbaycan  musiqisinin  banisi,  bəstə-
kar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətin 
əsasını  qoymuş  böyük  müğənni  Bülbülün  (400-dək  əşya), 
görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-
dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünas-
lıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşü-
naslıq  muzeyinin  (3  mindən  çox  əşya),  Zəngilan  tarix-di-
yarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edil-
mişdir. Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun 
Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı 
rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır. 
Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azər-
baycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əş-
yalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azər-
baycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli 
şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar ol-
muşdur. Şuşa, Laçın və Qubadlı rəsm qalereyalarının Azər-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
110
baycanın görkəmli rəssam və heykəltəraşlarının əsərlərindən 
ibarət fondları da dağıdılmışdır. 
1
Azərbaycanın ədəbiyyat və incəsənət nümunələrinin er-
mənilər tərəfındən təhqirə məruz qalması Azərbaycan xalqı-
nı  ciddi  narahat  edir.  Bütün  bunlar  hərbi  zərurət  olmadan 
dağıdılmış və viran edilmişdir. Bu kimi əməllər, insan hüquq 
və azadlıqlarının ümumbəşəri dəyər kimi qorunduğu, bey-
nəlxalq hüququn güc tətbiq etməmək və güclə hədələməmək, 
ərazi  bütövlüyü  prinsiplərinin  beynəlxalq  səviyyədə  təbliğ 
olunduğu,  beynəlxalq  cinayətlərin  bütün  növlərinə  qarşı 
dövlətlərin birgə əməkdaqşlıq etdiyi zaman baş verir. Hansı 
ki,  təcavüzkar  müharibənin  qadağan  olunması,  beynəlxalq 
mübahisələrin  dinc  yolla  həll  olunması  müasir  beynəlxalq 
hüquq üçün prioritet məsələlərdən biri və başlıcasıdır. Mə-
lumdur  ki,  təcavüzkar  müharibənin  beynəlxalq  səviyyədə 
qadağan olunması özlüyündə, hələ ictimai həyatdan silahlı 
münaqişələri doğuran səbəblərin kökünün kəsilməsinə apar-
mır. Beynəlxalq müna si bətlərdə silahlı gücün qadağan olun-
masına baxmayaraq dövlətlər hələ də öz aralarındakı müba-
hisələrin və münaqişəli vəziy yət lərin həlli üçün ona tez-tez 
əl atırlar. Bu siyasi münaqi şələr əsa sında əmələ gələn ictimai 
münasibətlərin mümkün qədər humanist ləşdirilməsi məqsə-
dilə  hüquqi  tənzimləmə  zərurətini  şərtləndirir.  Beynəlxalq 
hüququn müvafiq normaları bəzən şərti olaraq “silahlı mü-
naqişələr  hüququ”  adlandırılır.  O,  beynəlxalq  hüquq  sub-
yektlərinin silahlı mübarizə vasitə və metodlarının tətbiqi ilə 
əlaqədar  qarşılıqlı  hüquq  və  vəzifələrini  müəyyənləş dirən, 
vuruşan  neytral  tərəflər  arasındakı  münasibətləri  tənzim-
ləyən və müvafiq prinsip və normaların pozulmasına görə 
məsuliy yət müəyyənləşdirən bir sıra müqavilə və adi hüquqi 
1
http://files. preslib. az/projects/azerbaijan/gl8. pdf


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə