Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə31/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
99
34. 15 yaşınadək olan uşaqları milli silahlı qüvvələrin
tərkibinə toplamaq və ya cəlb etmək, yaxud onlardan döyüş
əməliyyatlarında aktiv iştirak etmək üçün istifadə etmək;
c)  qeyri-beynəlxalq  xarakterli  silahlı  münaqişələr 
zamanı  12  avqust  1949-cu  il  tarixli  Cenevrə 
Konvensiyalarının hər biri üçün eyni olan 3-cü 
maddənin kobud şəkildə pozulması, o cümlədən 
silahı yerə qoymuş hərbi qulluqçular və xəstələr, 
yaralanma, həbsdə olma, yaxud hər hansı digər 
səbəbdən sıradan çıxmış şəxslər də daxil olmaq-
la,  hərbi  əməliyyatlarda  aktiv  iştirak  etməyən 
şəxslərə qarşı törədilmiş aşağıdakı hərəkətlərdən 
hər hansı biri:
35. həyatına və şəxsiyyətinə qəsd, o cümlədən hər hansı
formada qətlə yetirmə, şikəst etmə, qəddarcasına dav-
ranma və işgəncə vermə;
36. insan ləyaqətinin alçaldılması, o cümlədən təhqire-
dici və alçaldıcı rəftar;
37. girovgötürmə;
38.  məcburiliyi  tanınmış  olan  bütün  məhkəmə  qaran-
tiyalarına əməl olun ma sını təmin edən, məhkəmə tərə-
findən müəyyən edilmiş qaydada həyata keçirilən, ilkin
məhkəmə baxışı olmadan hökmlər çıxarmaq və onları
icra etmək;
d)  Statutun  8-ci  maddəsinin  2(c)  bəndi  qeyri-bey-
nəlxalq  xarakterli  silahlı  münaqişələrə  tətbiq 
edilir və buna görə də nizamsızlıq, ayrı-ayrı və 
təsadüfi zora kılıq aktları və digər analoji xarak-
terli daxili qaydaların pozulması və gərginliklə-
rin  yaradılması  hallarına  tətbiq  edilmir
e)  Beynəlxalq xarak terli silahlı münaqişələrə tətbiq 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
100
olunan qayda və adətlərin digər kobud pozuntu-
ları, o cümlədən:
39. Mülki əhaliyə zərbə endirmək, habelə hərbi əməliy-
yatlarda bilavasitə iştirak etməyən ayrı-ayrı mülki şəxs-
lərə qəsdən hücum etmək;
40.  Cenevrə  Konvensiyaları  ilə  müəyyən  olunmuş
fərqləndirici  nişanlar dan  istifadə  edən  binalara,  tib-
bi  müəssisələrə  və nəqliyyat vasitələrinə, ha belə tibbi
heyətə  qəsdən  zərbə  endirmək;
41. Silahlı münaqişələrdə beynəlxalq hüquq üzrə mülki
şəxslər və mülki obyektlərin istifadə etdikləri müdafiəyə
malik olduqları müddətdə humanitar yardım göstərən,
yaxud BMT Nizamnaməsinə uyğun olaraq, sülhün qo-
runması missiyası ilə fəaliyyət göstərən heyətə, obyekt-
lərə,  bölmələrə,  yaxud  nəqliyyat  vasitələrinə  qəsdən
zərbə endirmək;
42. Hərbi məqsədlər daşımayan dini, təhsil, incəsənət,
elm və yaxud xeyriyyəçilik məqsədləri üçün təyin olun-
muş binalara, tarixi abidələrə, xəstəxanalara və xəstələ-
rin və yaralıların cəmləşdikləri yerlərə qəsdən zərbələr
endirmək;
43. Hətta onlar hücumla alınmış olsa belə, şəhərləri və
yaşayış məntəqələrini qarət etmək;
44.  O  cümlədən,  hər  dörd  Cenevrə  Konvensiyasının
3-cü maddəsinin kobud surətdə pozulması ilə xarakte-
rizə olunan zorlama, seksual kölə kimi istifadə etmə, fa-
hişəliyə məcbur etmə, 7-ci maddənin 2-ci (1) bəndində
müəyyən edilmiş qaydada məcburi hamiləlik, məcburi
sterilizasiya və bütün digər növ seksual zorakılıqlar;
45.  15  yaşına  çatmamış  uşaqları  silahlı  qüvvələrin,


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
101
yaxud qrupların tərkibinə toplamaq və ya cəlb etmək,
yaxud onları döyüş əməliyyatlarında aktiv iştirak etmək
üçün  istifadə  etmək;
46. Mülki əhalinin təhlükəsizliyi və hərbi zərurətlə bağlı
tələb olmadığı halda, münaqişə ilə bağlı səbəblərə görə
onların köçürülməsi barədə qərar vermək;
47.  Düşmən  hərbi  qulluqçusunu  xəyanətkarcasına  öl-
dürmək,  yaxud  yaralamaq;
48. Aman olmayacağı barədə bəyanat vermək;
49. Münaqişədə olan digər tərəfin, onun hakimiyyəti al-
tında olan şəxslərin fiziki şikəstliyinə səbəb olma, yaxud
onlar  üzərində  tibbi,  diş  müalicəsi,  yaxud  xəstəxana
müalicəsi  zərurəti  ilə  əsaslandırılmayan  və  onun  ma-
raqları ilə uyğun gəlməyən ölümə səbəb olan, yaxud bu
şəxsin və ya şəxslərin sağlamlığına ciddi təhlükə yara-
dan hər hansı növ tibbi və elmi eksperimentlərin keçi-
rilməsi.
50. Bu cür məhvetmə və ya zəbtetmənin hərbi zərurə-
tin qəti diqtəsindən irəli gəldiyi hallar istisna olmaqla,
düşmənin əmlakının məhv edilməsi və ya zəbt edilməsi.
f)  2  (e)  bəndi  qeyri-beynəlxalq  xarakterli  silahlı 
münaqişələrə tətbiq edilir və buna görə də nizamsızlıq, 
ayrı-ayrı  və  təsadüfi  zorakılıq  aktları  və  digər  analoji 
xarakterli  daxili  qaydaların  pozulması  və  gərginliklə-
rin yaradılması hallarına tətbiq edilmir. O, bir iştirakçı 
dövlətin ərazisində baş verən hərbi miinaqişələrə müna-
sibətdə, hakimiyyət orqanları ilə mütəşəkkil silahlı qrup-
lar arasında və ya bu cür qrupların öz aralarında uzun-
müddətli hərbi münaqişə getdiyi hallarda tətbiq edilir. 
3. 2(s) və 2(d) bəndlərində heç bir şey hökumətin döv-
lətdə qanun və qaydanın bərpa edilməsi və qorunmasına 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə