Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə39/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
123
Bu əməl özündə aşağıdakıları ehtiva edir
1
:
• cinayətkar bir və ya bir neçə şəxsi öldürməlidir;
• öldürülən  şəxslər  konkret  milli,  etnik,  irqi  və  dini 
qruplara  mənsub  olmalıdır;
İkinci əməl, bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti 
və ya əqli pozuntu yetirmə hesab olunur. Əqli pozuntu yetir-
mə dedikdə, qrup üzvlərinin ağır psixi xəstəliklərə tutulma-
sına, onların şüurlu düşünmə qabiliyyətlərinin yox olmasına 
və s. yönələn hərəkətlərin edilməsi başa düşülür. Bu əməl 
özündə aşağıdakıları ehtiva edir:
• cinayəti törədən şəxs bir və ya bir neçə şəxsə ciddi 
bədən xəsarəti yetirməli, əqli cəhətdən təsir etmə-
li, bu cür hərəkət isə özündə işgəncə, zor tətbiqi və 
yaxud seksual hərəkətlər etməklə qeyri-insani və ya 
insan ləyaqətini alçaldan rəftarı ehtiva etməlidir, la-
kin bununla kifayətlənməməlidir;
• bu cür şəxs və şəxslərin konkret milli, etnik, irqi və 
dini qruplara mənsubiyyəti olmalıdır;
• cinayətkarın tam və yaxud qismən milli, etnik, irqi 
və dini qrupu məhv etmək fikri olmalıdır. 
Üçüncü əməl, hər hansı bir qrupu, yaxud qrupları tama-
milə və ya qismən fiziki məhv etməyə yönəldilmiş tədbir-
lər hesab olunur. Bu əməl isə aşağıda göstərilən əlamətləri 
özündə  cəmləşdirir: 
• cinayətkar bir və ya bir neçə şəxs üçün onların fiziki 
məhvinə yönəlmiş yaşayış şəraiti yaradır;
• bu şəxs və ya şəxslər konkret olaraq müəyyən milli, 
etnik, dini və irqi qrupa mənsub olmalıdır;
• cinayəti törədən şəxsin belə bir yaşayış şəraitini ya-
1
Genocide (Concordia Series Book 2)
 Kindle Edition by Lydia Chelsea


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
124
ratmaqla həmin qrupa mənsub olan şəxsləri məhv 
etmək niyyəti olmalıdır;
• “Həyat  şəraiti”  termini  özündə  aşağıdakıları  ehtiva 
edir:
• normal yaşayış üçün tələb olunan resurslardan məh-
rum edilmə (bu resurslar ərzaq və ya tibbi təminat 
ola bilər);
• yaşayış yerlərindən sistematik olaraq qovulma (bu 
əməl hər hansı milli, etnik, dini və irqi qrupa qarşı 
yönələn və öz-özlüyündə məhv etməyə gətirib çıxa-
ran bir cinayətdir). 
Dördüncü əməl uşaqların zorla bir qrupdan digərinə 
verilməsi hesab olunur. Bu əməl də özündə aşağıdakıları 
ehtiva edir:
• burada “zorla” termini ancaq fiziki zoru deyil, həm 
də özündə güc və məcburiyyət təhlükəsini cəmləş-
dirir  (məsələn,  zor  tətbiqi  ilə  qorxutma,  kobudluq 
edərək,  məcburetmə,  həbsetmə,  psixoloji  təzyiq, 
bir və ya bir neçə şəxsi, səlahiyyətindən sui-istifa-
də edərək qorxutma, məcburetmə kimi xarakterizə 
olunan  hərəkətlər);
• əməl özündə şəxsin bir insan qrupundan zorla alına-
raq başqa bir insan qrupuna verilməsini əks etdirir. 
Verilən şəxs 18 yaşa qədər olmalıdır;
• əməli törədən şəxs bilməlidir ki, zorla verilən uşa-
ğın yaşı 18-dən aşağıdır. 
Beşinci əməl belə bir qrupun içərisində doğumun qarşı-
sının alınmasına yönəlmiş tədbirlər hesab olunur. Bu əmələ 
xas olan xüsusiyyətlər aşağıdakılardır:
• icraçı, milli, etnik, dini və irqi qrupa mənsub olan bir 
və ya bir neçə şəxsə qarşı müəyyən tədbirlər görür;


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
125
cinayəti icra edənin, bu qrupa mənsub olan şəxsləri 
məhv etmək niyyəti olmalıdır;
• qrup  üzvləri  arasında  nigah,  cinsi  əlaqə  qadağan 
edilməli, məcburi sterilizsaiya olunmalı, hamiləlik 
zorla  süni  surətdə  pozulmalıdır;
• görülən bütün tədbirlər bu qrup çərçivəsində uşaq 
doğumunun qarşısının alınmasına hesablanmalıdır. 
Eynilə bu əməl də hər hansı milli, etnik, dini və irqi 
qrupa qarşı yönələn və həmin qrupun, özü-özlüyün-
də məhv edilmsinə gətirib çıxaran bir cinayətdir. 
Genosid maddi-formal tərkibli cinayətdir. Hər hansı mil-
li, etnik, irqi və ya dini qrupu, bütövlükdə və ya qismən məhv 
etmək məqsədilə qrup üzvlərini öldürmə, onların sağlamlığı-
na və əqli qabiliyyətinə ciddi zərər vurma kimi cinayətkar 
əməllər, özündə ölümü, sağlamlığa və əqli qabiliyyətə ciddi 
zərər vur manı ehtiva edir. Qrupun tamamilə və ya qismən 
məhvinə yönəl miş həyat şəraiti yaratma, qrup daxilində do-
ğumun qarşısını alma, bir qrupa mənsub olan uşaqları, zorla 
başqa qrupa keçirmə cinayətləri belə hərəkətlər törədildiyi 
andan başa çatmış sayılır. 
İnsanlıq əleyhinə cinayətlər kimi genosid cinayətində də 
kütləvilik elementi var. Lakin bunları eyniləşdirmək olmaz. 
Bunu onunla izah etmək olar ki, 1948-ci ildə BMT Komis-
siyasının Müharibə cinayət lərinə dair Hüquq Komitəsi he-
sab edirdi ki, kütləvi xarakter daşımayan əməllər bəşəriyyət 
əleyhinə cinayət kimi qəbul oluna bilməz
1

Genosid  cinayətinin  qarşısının  alınması  və  cəzalan-
dırılması haqqında 1948-ci il Konvensiyasının 3-cü maddə-
sinə görə, genosid beynəlxalq cinayətdir və onun tərkibinə 
aşağıdakı  əməllər  daxildir:
1
Костенко Н. И. Международный уголовный суд. М, ПРИОР, 2002


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
126
• genosid  törədilməsi  məqsədi  ilə  əvvəlcədən  əlbir 
olma;
• genosid törədilməsinə bilavasitə və açıq təhrik etmə;
• genosid törətməyə cəhd etmə;
• genosid törədilməsində iştirak etmə. 
Genosid  cinayətini  təşkil  edən  əməllərdən  hər  biri 
öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə ilə diktə 
olunan  əməllərdir. Təbii  ki,  fərd  bu  əməllərin  müəyyən 
nəticələr törədəcəyini bilməsə onu törətməz. Bu əməllər 
heç bir halda təsadüfi və ya ehtiyatsızlıq nəticəsində törə-
dilə  bilməz.  Bununla  belə,  göstərilən  əməlləri  törətmək 
niyyəti  və  onların  mümkün  nəticələrinin  ümumən  dərk 
edilməsi genosidin tövsifi üçün kifayət deyil. Burada ci-
nayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqa-
tiv nəticələri ilə bağlı konkret niyyətini ortaya çıxarmaq 
tələb  olunur
1

Genosidin anlayışı iki mühüm ünsürdən ibarətdir:
1) zəruri niyyət;
2) qadağan olunmuş əməl
Genosid üçün ən əhəmiyyətli ünsür yuxarıda qeyd olun-
duğu kimi, spesifik niyyətin olmasıdır. Bu, genosidi digər 
oxşar beynəlxalq cinayətlərdən, o cümlədən insanlıq əley-
hinə cinayətlərdən fərqləndirir. Bu niyyət aşağıdakı aspekt-
ləri özündə əks etdirir
2

• niyyət təsadüfən və ya digər konkret qrupa məxsus 
olan bir, yaxud bir neçə şəxsin deyil, qrupun məhv 
edilməsindən ibarət olmalıdır;
• niyyət qrupun bir qrup kimi öz-özlüyündə, başqala-
1
Genocide (Concordia Series Book 2)
 Kindle Edition by Lydia Chelsea 
2
Hцseynov L. H. Soyqыrыm cиnayяtиnиn tяrkиb цnsцrlяrи, Hцquqи dюvlяt vя 
qanun jurnal
ı, 1999, №8


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə