Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə41/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
130
cinayət hesab olunması yanlışdır. Genosid və insanlıq əley-
hinə  cinayətlər  müstəqil  tərkibli  beynəlxalq  cinayətlərdir. 
Genosiddən fərqli olaraq insanlıq əleyhinə cinayətlərdə hər 
hansı spesifik niyyət yoxdur və hər hansı etnik qrupa qar-
şı yönəlməyib. Lakin insanlıq əleyhinə cinayətlər genosid-
dən fərqli olaraq geniş miqyasda həyata keçirilir. Genosid 
cinayəti  müharibə  vəziyyəti  ilə  məhdudlaşmayaraq  bütöv-
lükdə hər hansı milli, etnik və ya dini qrupun tamamilə və 
ya qismən məhvinə yönəlmiş fəaliyyəti əks etdirdiyi halda, 
insanlıq əleyhinə cinayətlər dövlət siyasəti və fəaliyyəti nə-
ticəsində dinc mülki əhaliyə qarşı yönəlmiş siste matik hücu-
mun tərkib hissəsi hesab olunur
1
. İnsanlıq əley hinə cinayət-
lərə aid olan əməllər geniş miqyaslı və ya sistematik şəkildə 
hər hansı milli, etnik və ya dini qrupa qarşı deyil, ümumiy-
yətlə, mülki şəxsə və ya şəxslərə qar şı törədilmiş olduqda 
BCM-nin yurisdik siyasına aid edil miş olur. 
İnsanlıq  əleyhinə  cinayətlərlə  digər  oxşar  beynəlxalq 
cinayətləri fərqlən dirən əsas cəhətlərdən biri də məsuliyyət 
məsələləridir. 
İnsanlıq  əleyhinə  cinayətlərə  görə  məsuliyyət  məsələ-
si xüsusi əhəmiyyət kəsb edir. Genosiddən fərqli olaraq bu 
cinayəti  törədən  şəxsin  spesifik  niyyəti  olmur,  eyni  za-
manda,  yuxarı  səviyyədə  qəbul  olunmuş  qərarların  qə-
bulu prosesində iştirak etmir, sadəcə onun icraçısı və ya 
iştirakçısı  olur.  Lakin  bununla  yanaşı,  insanlıq  əleyhinə 
cinayətlərdə  kollektiv  şəkildə  qəbul  olunmuş  qərara  və 
həm də onun icrasına rəhbərlik etdiyinə görə şəxslər fərd 
olaraq  məsuliyyət  daşıyırlar. 
Uzun müddət beynəlxalq aləmdə belə bir fikir forma-
laşmışdı ki, dövlət orqanında çalışan və xidməti funksiya-
1
 Bassиounи M. Cherif. Crиmes agaиnst humanиty иn 
İnternatиonal Crиmиnal 
Law


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
131
nı yerinə yetirən vəzifəli şəxs və ya hərbi qulluqçu xidməti 
və ya vəzifə fəaliyyətinə görə məsuliyyət daşımırlar. BCM 
Statutunun  25-ci  maddəsində  isə  göstərilir  ki,  Məhkəmə-
nin yuris dik siyasına aid olan genosid, müharibə cinayətləri 
və insanlıq əleyhinə cinayətlər tö rət miş şəxs fərdi qaydada 
məsuliyyət  daşıyır  və  Statuta  müvafiq  olaraq  cəzalan dırıl-
malıdır. Xüsusilə qeyd etmək lazımdır ki, vəzifəli şəxsin ci-
nayət məsuliyyətinə cəlb olun ması həmin şəxsin beynəlxalq 
və  ya  milli  məhkəmə  tərəfindən  mühakimə  edil məsindən 
asılı  olmayaraq  dövləti  də  beynəlxalq  məsuliyyətdən  azad 
etmir. Yuxarıda  beynəlxalq  cinayət  tribunal la rının  insanlıq 
əleyhinə  cinayətlərlə,  müharibə  cinayətləri  və  genosid  ci-
nayəti ilə bağlı hökmlərindən misallar göstərilmişdi, orada 
mühakimə  olunan  şəxslərin  əksəriyyəti  vəzifəli  şəxslər  və 
hərbi  qulluqçular  idi.  Bu  da  onu  göstərir  ki,  belə  cinayət-
ləri  törətmiş  şəxslər  bütün  hallarda  məsuliyyətdən  yayına 
bilməzlər.  YBCT  Nizamnaməsində  konkret  şəxsin  vəzifə-
sindən asılı olaraq cinayət məsuliyyəti məsələlərində heç bir 
istisnaya  yol  verilmir. Təqsirləndirilən  şəxsin  dövlət  haki-
miyyəti orqanında çalışması heç bir halda onu beynəlxalq 
cinayət məsuliyyətindən azad etmir və cəzanın yüngülləşdi-
rilməsi üçün əsas ola bilməz. 
İnsanlıq  əleyhinə  cinayətlərin  törədilməsi  üçün  hazır-
lanmış  planın  həyata  keçirilməsi  zamanı  qərar  qəbul  edən 
qrupla icra edən şəxs və ya şəxslər arasında fikir müxtəlifliyi 
ola bilər. Təbii ki, bu, məsuliyyətdən azad edən hal kimi başa 
düşülməməlidir. Ona görə ki, o, insanlıq əleyhinə cinayət-
lərin  törədilməsinə  əvvəlcədən  razılıq  vermiş  və  müəyyən 
planların həyata keçirilməsində iştirak etmişdir. Əgər şəxs 
cinayətkar qrupun üzvü olub sadəcə planlaşdırılmış qərarın 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
132
qəbulunda iştirak etmiş və sonradan heç bir prosesdə iştirak 
etməyibsə, o, belə bir cinayəti planlaşdırdığı və onun həyata 
keçiriləcəyini bildiyi halda qarşısını almaq istiqamətində heç 
bir iş görmədiyi üçün məsuliyyət daşıyır. 
Sülh  və  Bəşəriyyətin  təhlükəsizliyi  əleyhinə  cinayət-
lər məcəlləsi layihəsinin 12-ci maddəsinə görə, tabeçilikdə 
olan  şəxslər  öz  rəhbərlərinin  qeyri-qanuni  göstərişi  ilə  ci-
nayət törətdikləri üçün məsuliyyətə cəlb olunmalıdır. Bun-
dan başqa, əmri verən vəzifəli şəxslərin özləri də məsuliy-
yət daşıyırlar. Çünki verilmiş əmrin özü cinayət xarakterli-
dir. Həmin əmrin icraçıları öz rəislərinin də cinayət əməli 
törə tdiyini  bilirlər,  baxmayaraq  ki,  həmin  rəislər  cinayətin 
icrasında  iştirak  etməyiblər,  sadəcə  həmin  vəzifəli  şəxs-
lər cinayət ha disəsi haqqında məlumat vermədikləri və baş 
verəcək cinayəti bilib onun qarşısı nın alınması istiqamətində 
fəaliyyətsiz qaldıqları üçün məsuliyyətə cəlb olun ma lı dır lar. 
BCM-nin  Statutuna  müvafiq  olaraq,  genosid  cina yə-
tinin və insanlıq əleyhinə cinayətlərin törədilməsi haqqında 
əmrlər açıq-aşkar qeyri-qanunidir. Orada göstərilir ki, əmr 
şifahi, yazılı və ya hər hansı formada olmaqla kon kret şəxsə 
və  yaxud  bir  qrup  şəxsə  ünvanlanmalı,  müəyyən  davranış 
nəzərdə tut malıdır. Əmri verən rəis həm mülki şəxs, həm də 
hərbiçi ola bilər. Təbii ki, əmrlə, törə dilmiş əməlin xarakteri 
uyğun  olmalıdır
1

BMT-nin Baş Assambleyası tərəfindən YBCT ilə bağlı 
ha zır lanmış məruzədə göstərilmişdir ki, Tribunal, baş ver-
miş  insanlıq  əleyhinə  cina yət lərin  qarşısını  almadığı  üçün 
hökumət başçısı, dövlət başçısı və ya digər səlahiyyətli şəxs-
lərin məsuliyyət məsələsini həll etməlidir
2
. Belə ki, dövlət-

www. un. org/icc/
2
Nиna H. B. Corgensen. The responsиbиlиty of states for иnternatиonal crиmes. 
Oxford monographs иn иnternatиonal Law, 2000


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə