Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
140
məhvetmə han sı hallarda insanlıq əleyhinə cinayətin tərkibi-
ni yaradır?
Əhalini məhvetmə genosid əlamətləri olmadan əhalini
bütövlükdə və ya qismən məhvetmə kimi başa düşülməlidir.
Bütün bunlara baxmayaraq “genosid” və “əhalini məhvet-
mə” ayrı-ayrı cinayətlər hesab olunsa da onlar arasında
müəyyən bağlılığın olması iddia olunur
1
. Belə ki, hər iki
cinayət böyük sayda məhvetməni əhatə edir. Genosidi əha-
lini məhvetmədən fərqləndirən başlıca xüsusiyyət onun
hər hansı milli, etnik, dini və irqi qruplara qarşı yönəlmə-
sidir. Lakin məhvetmədə hər hansı belə qrupun mövcud-
luğundan söhbət getmir. Genosid cinayətinin baş verməsi
zamanı qrupun bir neçə üzvünün öldürülməsi, amma qa-
lan üzvlərinin sağ qalması mümkündür, lakin məhvetmə-
də belə hal nəzərdə tutulmaya bilər. Məhvetmə cinayətinin
ictimai təhlükəliliyi əhalinin genişmiqyaslı məhvi ilə, habelə
müəyyən ərazidə yaşayan insanların, ailələrin və nəsillərin
yer üzündən silinməsi ilə xarakterizə olunur
2
.
Əhalini məhvetmə insanlıq əleyhinə cinayət kimi Nürn-
berq Tribunalı Nizam naməsinin 6-cı
maddəsində, BNŞ-nın
10 nömrəli Qanu nunun 11-ci maddəsində, YBCT və RBCT-
nizamnamələrinin 5-ci və 3-cü maddələrində, Sülh və Bəşə-
riyyətin təhlükəsizliyi əleyhinə cinayətlər məcəlləsi layihə-
sinin 2-ci maddəsində və BCM Statutunun 7-ci maddəsində
öz əksini tapmışdır.
RBCT “məhvetmə”nin insanlıq əleyhinə cinayət kimi
ətraflı şərhini vermişdir. Tribunalın praktikasında “məhvet-
mə” cinayətinin aşağıdakı elementləri göstərilmişdir
3
:
1
Bassиounи M. Cherиf. Crиmes agaиnst Humanиty, Dordrecht/Boston/ London,
Martиnus Nиjhoff Publиshers, 1992
2
https://www. hrw. org/reports/2004/ij/ictr/4. htm
3
The practиce of the
İnternatиonal Crиmиnal Trиbunals for the fomer Yugo slavиa and
Rwanda /Cohn R. W. D. Cones, Transnatиonal Publиshers, Ыnc. Ardsley, New-York,
2000
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
141
• müttəhim bir qrup insanın
qətlində iştirak edir;
• hərəkət qeyri-qanuni və məqsədyönlü şəkildə baş
verir;
• qeyri-qanuni hərəkət genişmiqyaslı və sistematik
hücumun bir hissəsi kimi baş verir;
• hücum mülki əhaliyə qarşı yönəlməlidir;
• əməl özündə ərzaq və tibbi ləvazimatlardan məh-
rum etməni ehtiva etməlidir;
•
hücum milli, etnik, siyasi, irqi və dini səbəblərə görə
ayri-seçkilik forma sında baş verməlidir;
• mülki əhaliyə qarşı yönəlmiş bu hücum dövlət si-
yasəti və ya hərəkəti sayə sində olmalıdır
BCM-nin Statutuna görə “əhalini məhvetmə” qəs dən
əhalinin müəyyən hissəsini məhv etməyə yönəlmiş həyat
şəraitinin yaradılması, xüsusən ərzaq məhsulları və dərman
əldə etməkdən məhrum etməni əhatə edir. İstər sülh, istərsə
də müharibə zamanı, hər hansı mülki əhaliyə qarşı genişmiq-
yaslı və sistematik hücumların tərkib hissəsi olaraq, qəsdən
törədilmiş əməllər insanlıq əleyhinə cinayətlər hesab olunur
(7-ci maddənin 2-ci hissəsinin b) bəndi). Bu tərif əhalinin
müəyyən hissəsinin məhv olunmasını əhatə etdiyi halda,
adamöldürmə dövlət siyasətinə uyğun olaraq hər hansı mülki
şəxslərə qarşı tətbiq olunan davamlı və çoxsaylı əməl hesab
olunur. Həm də Statutun verdiyi tərifə görə, əhalini məhvet-
mə dedikdə, əhalinin bütünlükdə məhv edilməsindən deyil,
onun müəyyən hissəsinin məhv edilməsindən söhbət gedir.
Digər tərəfdən, Statutun bu cinayətə yanaşmasına görə, məh-
vetmə təkcə əhalinin bilavasitə məhv edilməsindən ibarət ol-
mayıb, eyni zamanda “əhalinin bir qisminin məhvinə yönəl-
miş yaşayış şəraitini qəsdən yaratma”nı əhatə edir.
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
142
Əhalini məhvetmə insanlıq əleyhinə cinayət olaraq
xüsusi bir kütləyə qarşı yönəlməli və burada kütlənin əhə-
miyyətli hissəsinin məhv edilməsi planlaşdırıl ma lıdır. Bu iki
formada izah olunur
1
:
1) bir və ya bir neçə cinayət hərəkəti nəticəsində konkret
olaraq böyük bir insan qrupunun öldürülməsi;
2) cinayəti törədən şəxs tərəfindən ölümə səbəb ola bilən
formada insana ağır bədən xəsarətinin yetirilməsi;
Ümumiyyətlə, məhvetmə özündə bir neçə əlaməti ehti-
va edir
2
:
1. ilkin olaraq burada çoxlu sayda adamların öldürül-
məsi məqsədi güdülür;
2. hədəfdə olan insanlar sistemli planın qurbanı olur.
Araşdırmalar nəticəsində məhvetmənin ilkin üsulları
müəy yən ləş mişdi.
3
. Belə ki, mülki şəxslərin, siyasilərin, so-
sial və mədəni fəa liy yətdə olan aktiv şəxslərin siyahısı tərtib
olunur və həmin şəxslər nəzarətə götü rülür. Bu nəzarət for-
masında aşağıdakılar nəzərdə tutulur:
• ilk növbədə belə şəxslər nəzarətə götürülərək hə-
dəfə çevrilirlər;
• belə şəxslərin cəmiyyət üçün təhlükəli olması fikri
formalaşdırılır;
• öz cinayətkar əməllərini həyata keçirmək üçün
qəsəbələrdə və şəhərətrafı yerlərdə təhlükəsizlik
tədbirləri görülür;
• kommunikasiya əlaqələri qurulur, cinayətin icra ta-
rixi müəyyənləşdirilir.
Qeyd olunduğu kimi “məhvetmə” anlayışı əhalinin əhə-
1
Bassiouni M. Cherif. Crimes against Humanity:
Historical Evolution and
Contemporary Application. Cambridge, Cambridge Univ. Press, 2011
2
www. hrw. org/reports/2004/ij/ictr/4. htm
3
www. hrw. org/reports/2004/ij/ictr/4. htm