Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
166
ti və ya planı nəticəsində həyata keçirilməsi ilə xarakterizə
olunur. Bir növ dövlət vətəndaşlarının məcburi yoxa çıxa-
rılmasına şərait yaradır, ya da öz planı əsasında reallaşdı-
rır. Məcburi yoxa çıxarılmanın son illər bir çox ölkələrdə,
xüsusən, Şimali Qafqazda daha çox yayıldığı iddia olunur.
Bu, əslində, orada cinayətkar biznes formasına çevrilmiş-
dir. Dövlət orqanları, xüsusi firmalar, yaxud yoxa çıxarılmış
şəxslərin qohumları öz əməkdaşlarını, dost və yaxınlarını gi-
rovluqdan azad etmək üçün böyük məbləğdə pullar ödəməli
olurlar. Bu cinayətdə, bir qayda olaraq, bir neçə, yaxud çoxlu
sayda şəxslər zərər çəkir və eyni zamanda dövlət orqanları-
nın normal fəaliyyətini pozmağa qarşı yönəlir.
Göstərilənlərə müvafiq olaraq demək olar ki, adamların
məcburi yoxa çıxarılması dövlətlərin cinayət qanunvericili-
yində qadağan olunmuş və onun törədilməsinə görə konkret
cəza müəyyən olunmuşdur. O da qeyd olunmalıdır ki, bu
əməl, bir çox dövlətin cinayət qanunvericiliyi üçün yenidir.
Deportasiya. “Deportasiya” latın sözü olub (deportatio)
“qovulmaq”, “sürgün olunmaq” mənasını verir. Deportasi-
ya ilk dəfə Fransada sürgünün xüsusi növləri kimi nəzərdə
tutulmuş və şübhəli şəxslər haqqında 1791-ci il qanunu ilə
tətbiq edilməyə başlanılmışdır. Həmin qanuna əsasən siyasi
cəhətdən formalaş mamış şəxslər Qviana yaylasına sürgün
olunurdular. İlk dəfə depor tasiya haqqında maddə 1810-cu
ildə Fransanın Cinayət Məcəlləsinə daxil edilmişdi.
Qitə hüdudlarından kənarda sürgündə olmağı və ömür-
lük orada qalmağı nəzərdə tutan 23 mart 1872-ci il tarixli
Fransa Qanununa görə isə yaşayış üçün yararlı olmayan
ucqar müstəm ləkə ərazilərində deportasiya olunanlar üçün
möhkəm lən dirilmiş düşərgələrin yaradılması zəruri sayıl-
mışdı. Deportasiyadan təkcə cina yətkarları cəzalandırmaq
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
168
qanuni yaşadığı yerlərdən çıxarmaqdır. “Qovma” ifadə sin də
isə digər cinayət əməlləri də öz əksini tapır (genosid, məh-
vetmə, işgəncə və s.).
Digər məcburi hərəkətlərlə didərgin salma dedikdə əha-
lini qorxutma, şayiələr yay ma, yaşayış şəraitini hədsiz pis-
ləşdirmə və s. kimi üsullar başa düşülür.
Əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qov-
manın və ya digər məcburi hərəkətlərlə didərgin salmanın
beynəlxalq hüquq normaları ilə müəyyən edilmiş əsaslarına
aşağıdakılar aiddir:
• dövlətin təhlükəsizliyinin qorunması;
• ictimai qaydanın
mühafizə edilməsi;
• əhalinin sağlamlığının, mənəviyyatının və digər
hüquq və azadlıqlarının qorunması.
Deportasiya ilk dəfə olaraq insanlıq əleyhinə cinayət
kimi Nürnbeq Tribunalı Nizam naməsinin 6-cı maddəsində
öz əksini tapmış və sonradan BNŞ-nın 10 nömrəli Qanunu-
nun 11-ci maddə sində, YBCT və RBCT nizamnamələrinin
5-ci və 3-cü maddələrində, Sülh və Bəşəriy yətin təhlükəsizli-
yi əleyhinə cina yət lər məcəlləsi layihəsinin 2-ci maddə sində
və BCM-nin 7-ci maddəsində daha da genişlən diril mişdir.
RBCT Nizamnaməsinin 3-cü maddəsində göstə rilir ki,
Tribunal mülki əhaliyə qarşı dini, irqi, siyasi, etnik və ya
milli əsaslara görə genişmiqyaslı və sistematik hücumun
bir hissəsi kimi çıxış edən deportasiyanı insanlıq əleyhinə
cinayət hesab edir. Bu keyfiyyətləri özündə ehtiva edən de-
portasiya in sanlıq əleyhinə cinayət kimi aşağıdakı tərkib ele-
mentlərinə malikdir
1
:
• deportasiya istər dinc şəraitdə, istərsə də münaqişə
1
Schabas W. Crimes against Humanity: the State Plan or Policy Element.
In: The
Theory and Practice of
İnternational Criminal Law, 2008