Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə51/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
163
ları  haqqında Avropa  Konvensiya sında  qeyri-qanuni  əməl 
kimi qadağan olunmuşdur. Həmin sənədlərin müvafiq ola-
raq  8-ci  və  4-cü  maddələrində  deyilir:  “heç  kəs  köləlikdə 
saxlanılmamılıdr; köləliyin və kölə ticarətinin bütün növləri 
qadağandır”. 
Adamların  məcburi  yoxa  çıxarılması.  Əsas  insan 
hüquqlarından  biri  olan,  həm  beynəlxalq  hüquq  normala-
rında,  həm  də  dövlətdaxili  qanunvericilikdə  (ilk  növbədə, 
Konstitusiya səviyyəsində) öz əksini tapmış azadlıq və şəxsi 
toxunulmazlıq hüququnun ağır pozuntularından biri insan-
ların məcburi yoxa çıxarılmasıdır. Bu bir çox ölkələrdə bu 
gün də birbaşa dövlət orqanları tərəfindən həyata keçirilən 
və ya həvəsləndirilən qanunsuz və zorakı bir praktikadır. 
Məcburi  yoxa  çıxarılma  siyasi  məqsədlərlə,  məsələn, 
hökumətə  təzyiq  gös tər mək  üçün  şəxslərin  oğurlanması, 
yoxa çıxarılması kimi başa düşülür. Məcburi yoxa çıxarıl-
ma  insan  hüquqları  sahəsində  qəbul  olunmuş  beynəlxalq 
müqavilələrə  və  beynəlxalq  cinayət  tribunallarının  nizam-
namələrinə əsasən, insanlıq əleyhinə cinayət kimi müəyyən 
olunmuşdur. “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il 
Paktının 9-cu maddəsinin 1-ci bəndində göstərilir: “Hər bir 
insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var . Heç kəs 
zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla 
müəyyən  olun muş  əsaslar  olmadan  və  müvafiq  qaydalara 
əməl olunmadan azadlıqdan məhrum edil məməlidir”. Bey-
nəlxalq hüquqi sənədlərdə adamların qanunsuz həbs olun-
ması, məcburi yoxa çıxarılması qadağan olunsa da reallıqda 
onun qarşısını almaq mümkün olmamışdır. 
Adamların məcburi yoxa çıxarılmasının bir çox ölkələr-
də yayılması BMT Baş Məclisinin ciddi narahatlığına səbəb 
olmuş və nəticədə, məcburi yoxa çıxarılmış insanların mü-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
164
dafiəsi ilə bağlı ayrıca bəyannamə qəbul edilmişdir. Bəyan-
namədə məcburi yoxa çıxarılan şəxslərin zorla tutulub sax-
lanması və ya oğurlanması, hökumət səviyyəsində vəzifəli 
şəxslər və ya təşkil olunmuş müəyyən qruplar, xüsusi şəxslər 
vasitəsilə öz azadlıqlarından məhrum olunması göstərilir. Bu 
cinayəti icra edənlər təbii ki, birbaşa və ya dolayı yolla döv-
lət tərəfindən müdafiə olunmaqla, məcburi yoxa çıxarılmış 
adamların sonrakı taleyi və saxlandığı yer haqqında məlu-
matın gizli saxlanılmasına nail olurlar, bu da həmin insanla-
rın hüquqlarının müdafiə olunmasına əngəl törədir. 
Əvvəllər beynəlxalq-hüquqi aktlarda adamların məcburi 
yoxa çıxarılması insanlıq əleyhinə cinayət kimi nəzərdə tu-
tulmurdu, lakin sonradan beynəlxalq cinayət tribunallarının 
nizamnamələrində məcburi yoxa çıxarılma insanlıq əleyhinə 
cinayət kimi öz əksini tapdı. 
YBCT Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq, 
aşağıdakı  elementlər  məsburi  yoxa  çıxarılmanı  insanlıq 
əleyhinə  cinayət  kimi  səciyyələndirməyə  əsas  verir
1
:
• cinayətin subyekti bir və ya bir neçə şəxsi saxlayır 
və ya oğurlayır, eyni zamanda onların oğurlanması 
faktını inkar edir;
• azadlıqdan məhrumetmənin heç bir qanuni əsası ol-
mur və şəxs bilərəkdən uzun müddət qanuni müda-
fiədən kənarda saxlanılır;
• bu əməlin iştirakçıları hər hansı bir şəxsi bilərəkdən 
azadlıqdan məhrum edir və cinayət məsuliyyəti da-
şıyır, cinayət məsuliyyəti daşıdığını dərk edir. 
Göründüyü  kimi,  məcburi  yoxa  çıxarılma  beynəlxalq 
hüquq normalarına müvafiq olaraq özbaşına həbs kimi dəyər-
ləndirilir, yəni, mülki əhaliyə qarşı geniş miq yaslı və sistemli 
1
Bassiouni M. Cherif. Crimes against Humanity: Historical  Evolution and 
Contemporary Application. Cambridge, Cambridge Univ. Press, 2011


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
165
hücumun bir hissəsi kimi fərd qanunsuz şəkildə azadlıqdan 
məh rum edilir. Bu məsələ üzrə Tribunal müəyyən etmişdir 
ki,  məcburi  yoxa  çıxa rılma  hər  hansı  mülki  əhaliyə  qarşı 
yönəlmiş  genişmiqyaslı  və  sistemli  hücumun  bir  hissəsini 
təşkil edir
1
. Şəxslərə qarşı edilmiş bu hücum, onların bu cür 
azad lıqdan məhrum edilməsinin inkar edilməsi və ya onla-
rın taleyi haqqında mə lu mat verilməsindən imtina edilməsi, 
dövlət və ya siyasi təşkilat tərəfindən və ya on ların dəstəyi 
və razılığı ilə həyata keçirilməlidir. Yəni həbs etmə, saxlama 
və ya oğurlama dövlət, yaxud siyasi təşkilat tərəfindən və ya 
onların dəstəyi, razılığı ilə həyata keçirilir. 
Nəhayət,  adamların  məcburi  yoxa  çıxarılması  özünün 
daha  dəqiq  ifadəsini  BCM-nin  Statutunda  tapdı.  Statutun 
7-ci maddəsinin 2-ci hissəsinin i) bəndində deyilir: “Adam-
ların məcburi yoxa çıxarılması” uzun müddət ərzində adam-
ları qanuni müdafiədən məhrum etmək məqsədilə sonradan 
bu cür azadlıqdan məhrumetməni etiraf etməkdən, bu adam-
ların  taleyi  və  olduğu  yer  haqqında  məlumat  verməkdən 
boyun qaçırmaqla dövlət, siyasi təşkilat tərəfindən, onların 
icazəsi və yardımı və ya razılığı ilə həbs edilməsini, tutulma-
sını, oğurlanmasını ifadə edir. 
Ümumiyyətlə,  bu  cinayətkar  əməli  həyata  keçirən  su-
byekt, əməlin hansı nəticələr doğuracağını təbii ki bilir. O 
dərk edir ki, adi qaydada həyata keçirilən bu cür həbs etmə, 
saxlama və oğurlama sonradan həmin şəxsin və ya şəxslə-
rin bu cür azadlıqdan məhrum edilməsinin inkar olunması, 
yaxud digər yollarla həyata keçirilir. Nəhayət, icraçı bu əmə-
li həyata keçirməyi arzu edir. 
Bu  cinayətin  ictimai  təhlükəliliyi  insanların  məcburi 
yoxa çıxarılmasının dövlətin və ya siyasi təşkilatın fəaliyyə-
1
Akhavan P. Reconciling Crimes against Humanity with the Laws of War. 
In. Journal of international criminal justice, 2008, vol. 6


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə