Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə48/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
152
insan hüquq və azadlıqlarını pozan hər hansı psixiatrik və 
ya digər tibbi təcrübənin tətbiqindən insanların müdafiəsini 
təmin etmək öhdəliyi qoyulur. Zamanla dövlətlər bu sahədə 
olan öhdəliyi yerinə yetirməyə borcludur və yerinə yetirir. 
Bura həm məhbuslarala rəftar aiddir, həm də qanunvericilik 
aktlarına  dəyişikliklərin  edilməsi. 
İşgəncə  müharibə  cinayətləri  kimi  isə  tamam  başqa 
xüsusiyyətlərlə xarakterizə olunur. Bu halda əsirlərə və gi-
rovlara, işğal edilmiş ərazinin dinc mülki əhalisinə işgəncə 
verilməsi artıq müharibə cinayəti hesab olunur və BHH nor-
malarının ciddi pozuntuları hesab olunur. Nəhayət, işgəncə 
dövlət siyasəti formasında dövlətin öz vətəndaşlarına qarşı 
törədildiyi halda insanlıq əleyhinə cinayət kimi, silahlı mü-
naqişə dövründə düşmən dövlətin vətəndaşlarına, hərbi qul-
luqçularına qarşı yönəlmiş olduqda isə müharibə cinayətləri 
kimi tövsif olunur. 
Qəsdən güclü iztirablara səbəb olma və ya ağır bə-
dən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mü-
hüm ziyan vurmaqdan ibarət olan digər analoji xarak-
terli  qeyri-insani  hərəkətlər
BCM Statutunun 7-ci maddəsinin k) bəndində qəsdən 
güclü iztirablara səbəb olma və yaxud ağır bədən xəsarətləri, 
yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaq-
dan ibarət olan digər analoji xarakterli qeyri-insani əməllər-
dən bəhs olunur. 
“Digər  qeyri-insani  əməllər”  anlayışı  iki  tələblə  məh-
dudlaşır:
Birincisi,  bu  kateqoriyaya  aid  olan  əməllər  yuxarıda 
qeyd  edilmiş  cinayət lərə  əlavə  kimi  başa  düşülməlidir. 
İkincisi, cinayət əməli şəxsin sağlamlığına psixoloji və 
fiziki baxımdan, ağır təzyiqlə və onun şəxsiyyətinin alçaldıl-
ması ilə nəticələnir. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
153
 Qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən 
xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan 
vurmaqdan ibarət olan digər analoji xarakterli qeyri-insani 
hərəkətlər  öz  hüquqi  ifadəsini  Nürnberq Tribunalı  Nizam-
naməsinin 6-cı maddəsində, BNŞ-nın 10 nömrəli Qanunu-
nun 11-ci maddəsində, YBCT və RBCT nizamnamələrinin 
müvafiq olaraq 5-ci və 3-cü maddələrində, Nürnberq prin-
siplərində (prinsip VI) və artıq qeyd edildiyi kimi, BCM Sta-
tutunun 7-ci maddəsində tapmışdır
1

Qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən 
xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan 
vurmaqdan ibarət olan digər analoji xarakterli qeyri-insani 
hərəkətlər aşağıdakı hallarda insanlıq əleyhinə cinayətin tər-
kibini yaratmış olur
2
:
1.  cinayətin  subyekti  şəxsə  ağır  işgəncələr  verməklə 
bərabər ona ciddi fiziki və psixoloji təzyiqlər göstər-
məlidir;
2.  əməl mülki əhaliyə qarşı genişmiqyaslı və sistema-
tik hücumun bir hissəsi kimi çıxış etməlidir;
3.  cinayətin subyekti törətdiyi əməlin xarakteri ilə mü-
şayiət olunan faktiki şəraiti dərk etməlidir;
4.  əməl dövlət siyasəti və ya planı çərçivəsində həyata 
keçirilməlidir. 
Qeyd olunduğu kimi bu əlamətlər olduqda əməl insanlıq 
əleyhinə cinayətlərin tərkibini yaratmış olur və eyni zaman-
da BCM-nin yurisdiksiyasına aid olur. 

Bassiouni M. Cherif. Crimes against Humanity-Dordrecht/Boston/ London.
Martinus Nиjhoff Publиshers, 1992
2
Международный уголовный суд. (сборник документов), Казань. Цен трин-
но вационных технологий, 2004


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
154
2. 2. İnsanların azadlığı əleyhinə cinayətlər
Köləlik və ya kölə vəziyyətinə salma. İnsanlıq əleyhinə 
cinayətlərdən biri də köləlik və ya kölə vəziyyətinə sal ma dır. 
Elmi-texniki tərəqqinin inkişaf etməsi, sivil cəmiyyət qurul-
masına bax maya raq, müasir dövrdə köləliyin ləğv olunması 
mümkün olmamışdır. 
 Köləlik və qul alveri demək olar ki, quldarlıq cəmiyyə-
tindən qalmış mirasdır. Quldarlıq quruluşunun dağılması ilə 
köləlik və qul alveri nəinki yox olmuş, hətta onun yeni forma 
və təzahürləri meydana gəlmişdir. 
 Köləlik dedikdə, barəsində mülkiyyət hüququna məx-
sus bəzi, yaxud tam səlahiyyətlər həyata keçirilən şəxsin və-
ziyyəti, yaxud halı nəzərdə tutulur. 
Köləliklə  bağlı  institutlar  özündə  borc  köləliyi,  təh-
kimçilik hüququ, nigah köləliyi, qul əməyindən istifadə və 
cinsi köləlik, yaxud uşaq ticarəti ilə bağlı məsələləri ehtiva 
edir. İnsan bilərəkdən aşağıda göstərilən əməlləri törətməklə 
köləliyin  müxtəlif  elementlərini  yaradır:
• insanı kölə vəziyyətinə salma
• insanı kölə vəziyyətində nəzarətdə saxlama
• müəyyən əməl nəticəsində köləliyin geniş miqyasda 
və sistematik formada baş verməsi
Yuxarıda qeyd olunduğu kimi, köləlik fenomeni həmişə 
mövcud olmuş, lakin zaman keçdikcə əhəmiyyətli dərəcədə 
dəyişmişdir.  Hətta  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində 
Avropa  qadınlarının Amerika  qitəsinə  və  Şimali Afrikaya 
geniş miq yaslı formada miqrasiyası təşkil edilmiş və vaxtilə 
qadın alveri üçün qadınların Avro paya gətirilməsi də bu cür 
təşkil edilmişdi. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
155
“Ağların  köləliyi”  kimi  tanınan  bu  hala  son  qoymaq 
məqsədilə  Parisdə  1902-ci  il  və  1910-cu  illərdə  iki  bey-
nəlxalq konfrans keçirildi və aşağıda göstərilən beynəlxalq 
konvensiyalar  qəbul  edildi:
• “Ağ kölələrin alverinin qarşısının alınması haqqın-
da” 4 may 1910-cu il Beynəlxalq Konvensiyası;
• Qadın və uşaq alverinin qarşısının alınması haqqın-
da” 30 sentyabr 1921-ci il Konvensiyası;
• “Yetkinlik yaşına çatmış qadınların alverinin qarşı-
sının alınması haqqında” 11 oktyabr 1933-cü il Ce-
nevrə Konvensiyası
Təəssüf  ki,  bu  Konvensiyaların  qəbul  olunmasından 
sonra  da,  yuxarıda  qeyd  olunduğu  kimi,  köləliyin  aradan 
qaldırılması istiqamətində o qədər də əhəmiyyətli dəyişiklik 
olmadı. 
  Köləlik  beynəlxalq  xarakterli  müstəqil  cinayətdir. 
Ümumdünya İnsan Hüquq ları Bəyannaməsində göstərilir ki, 
heç kəs köləlikdə və ya qul vəziyyətində saxla nıla bilməz, 
köləlik və kölə ticarətinin bütün növləri qadağan olunur. Bu 
cinayətə  qarşı  formalaşan  dövlətlərarası  əməkdaşlıq  Kölə-
lik  haqqında  1926-cı  il  tarixli  Konvensiya  və  “Köləliyin, 
kölə ticarətinin və köləliyə bənzər institut və adətlərin ləğvi 
haqqında” 1956-cı il tarixli Əlavə Konvensiya ilə tənzimlə-
nir. Köləlik haqqında Konvensiyaya görə, köləlik üzərində 
mülkiyyət hüquqları atributlarının hamısının və yaxud on-
lardan bəzilərinin həyata keçirildiyi insanın vəziyyəti və ya 
durumu köləlik kimi başa düşülməlidir. Kölə ticarəti dedik-
də isə kölə kimi satmaq məqsədilə insanın ələ keçirilməsi 
və ya başqasına verilməsi ilə bağlı istənilən akt, satmaq və 
ya  dəyişdirmək  məqsədilə  kölənin  əldə  edilməsi  ilə  bağlı 
istənilən akt, satmaq və dəyişdirmək məqsədilə əldə edilmiş 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə