Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
143
miyyətli hissəsinin məhv edilməsini ehtiva edir, yəni burada
bir və ya məhdud sayda insanların öldürülməsindən söhbət
getmir. Əhalini məhvetmə cinayətinin törədilməsinin başlı-
ca şərti ondan ibarətdir ki, cinayətkar bu cinayəti törətməyə
məcbur edilməməli, buna istəyi olmalı, arzu etməli və geniş
məhvetmə planını əvvəlcədən bilməlidir.
İşgəncə. İnsanlıq əleyhinə cinayətlərin bir növü də iş-
gəncədir. Hər cür ağrı və əzab işgəncə sayılmadığı üçün,
hər cür işgəncə də insanlıq əleyhinə cinayət hesab olunmur.
Hər hansı şəxsə yetirilən ağrı və əzablar qanuni sanksiya
(məsələn, azadlıqdan məhrumetmə) nəticəsində yaranarsa və
ya onların ayrılmaz tərkib hissəsidirsə, yaxud qanuni sank-
siyanın tətbiqi nəticəsində təsadüfən ortaya çıxarsa, işgəncə
anlayışı ilə əhatə olunmur
1
. Lakin unutmaq olmaz ki, qanuni
sanksiyanın özü də işgəncə səviyyəsinə çatmamalıdır.
İnsanlıq əleyhinə cinayətlərin bir növü kimi çıxış edən
işgəncə, beynəlxalq hüquq normalarına zidd əməl kimi bey-
nəlxalq birlik tərəfindən birmənalı olaraq qadağan olunmuş
və bu da dövlətlər tərəfindən imperativ norma kimi tanın-
mışdır. İşgəncə qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan
rəftar və ya cəza milli qanunvericiliklə və bir çox beynəlxalq
sənədlərlə qadağan olunsa da təcrübə göstərdi ki, azadlıq-
dan məhrum olunmuş şəxslərin müdafiəsi üçün daha ge-
niş və səmərəli beynəlxalq xarakterli tədbirlərin görülməsi
zəruridir. Bu məqsədlə də insan hüquqları sahəsində qəbul
olunmuş beynəlxalq müqavilələrin hər birində işgəncələ-
ri qadağan edən norma yaradıldı. Mülki və Siyasi hüquq-
lar haqqında Paktın 7-ci maddəsi, İnsan hüquqları haqqın-
da Avropa Konvensiyasının 3-cü maddəsi, İnsan hüquqları
haqqında Amerika Konvensiyasının 5-ci maddəsi, İnsan və
1
http://files. preslib. az/projects/aggression/m3_az. pdf
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
144
xalqların hüquqları haqqında Af ri ka Xartiyasının 5-ci mad-
dəsi işgəncəni və insanlığa qarşı yönələn bütün hərəkətləri
qa dağan edir. Eyni zamanda Ümumdünya İnsan Hüquqları
Bəyannaməsinin 5-ci mad dəsində göstərilir: “Heç kəs işgən-
cəyə, qəddar, qeyri-insani və ya ləyaqəti alçal dan rəftara və
ya cəzaya məruz qalmamalıdır”.
İşgəncələr insan ləyaqətini təhqir edir, çünki insanı öz
iradəsi əleyhinə hərə kət etməyə və uydurma etiraflar etməyə
məcbur edir və bununla öz yoldaşlarını və hət ta öz ailəsini
satmağa vadar edir, onu kölə vəziyyətinə qədər alçaldır. Bu
cina yətin ictimai təhlükəliliyi, mülki əhalinin tutulmuş və ya
azadlığı başqa cür məhdud laş dırılmış nümayəndələrinə qar-
şı, onların sağlamlığını təhlükə altında qoyan hərə kətlərin
törədilməsi ilə xarakterizə olunur.
Dövlət rəsmilərindən hər hansı birinin təhrikilə, yaxud
üçüncü bir şəxsin təhrikilə tutulmuş və ya azadlığı başqa
cür məhdudlaşdırılmış şəxslərə qəsdən ağır əzab-əziyyət
vermək, işgəncə vermək, fiziki və ya psixi təsirlər etmək
beynəl xalq hüquqi məsuliyyətə səbəb olur. Təbii ki, bu
əməllər beynəlxalq hüqu qun əsas prinsiplərinə zidd olduğu-
na görə onun icraçıları mütləq cəzalandırıl malıdır.
1984-cü il dekabrın 10-da BMT-nin Baş Assambleyası
İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçal-
dan rəftar və ya cəza növləri əleyhinə Konvensiya qəbul etdi.
Konvensiya həmin cinayət barəsində universal yurisdik siya
müəyyənləşdirdi
1
. Konvensiyanın 4-cü maddəsi iştirakçı
döv lət lərin bütün işgəncə aktlarını cinayət kimi tövsif et-
mələrini və “onların xarakte ri nin çox ağır olduğunu nəzərə
alaraq” cəza müəyyənləşdirmələrini tələb edir. Konvensiyaya
görə, “işgəncə hər hansı şəxsə ondan, yaxud üçüncü şəxsdən
1
Гусейнов Л. Г. Конституция Азербайджанской Республики, права чело-
векаи международное право // Beynəlxalq hüquq jurnalı, 1998, №1
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
145
mə lu matlar, ya da etiraflar almaq, onu, yaxud üçüncü şəxsi
törətdiyi, ya da törə dil mə sində şübhəli bilindiyi hərəkətlərə
görə cəzalandırmaq, eyni zamanda qorxut maq, ya da istə-
nilən xarakterli hüquqpozmaya əsaslanan vəzifəli dövlət rəs-
misi, yaxud rəsmi qismli hər hansı şəxs tərəfindən və yaxud
onların icazəsi, dinməz razılığı ilə verilən hər cür şiddətli
ağrı, yaxud fiziki, ya da mənəvi iztirabvermə hərəkətidir”
(maddə 1). Yalnız qanuni sanksiyalar nəticəsində baş verən,
ya da təsadüfən meydana çıxan ağrı, iztirablar işgəncə hesab
olunmur. Beləliklə, işgəncə aşağıdakı məqsədlərlə verilir
1
:
• hər hansı şəxsdən məlumat almaq;
• hər hansı şəxsin etirafına nail olmaq;
• hər hansı şəxsi törətdiyi və ya törədilməsində şüb-
həli bilinən hərəkətə görə cəzalandırmaq;
• hər hansı şəxsi qorxutmaq;
• hər hansı şəxsi müəyyən hərəkətləri etməyə məcbur
etmək;
• hər hansı ayrı-seçkiliyə əsaslanan istənilən səbəb
Şəxsdən məlumat almaq məqsədilə ona işgəncələrin ve-
rilməsi dedikdə, şəxsin malik olduğu və ya malik olması eh-
timal edilən hər hansı bir məlumatı (cinayət işi ilə əlaqədar,
kommersiya xarakterli, şəxsi xarakterli və s. ) əldə etmək
üçün onun döyülməsi və ya zorakı hərəkətlərlə güclü ağrı və
ya psixi iztirabların verilməsi başa düşülür. Fərdlə rəftar və
ya onun cəzalandırılması həmin şəxsi başqaları qarşısında
kobud surətdə alçaltdıqda, yaxud onu öz iradəsi və ya vicda-
nına qarşı hərəkət etməyə məcbur etdikdə ləyaqəti alçaldan
rəftar kimi qiymətləndirilir.
Hər cür işgəncənin insanlıq əleyhinə cinayətin tər kibini
yaratmadığı yuxarıda qeyd olunmuşdur. İşgəncənin insanlıq
1
en. wikipedia. org/wiki/Torture
Dostları ilə paylaş: |