Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
146
əleyhi nə cinayət kimi tövsif olunması üçün bir sıra mühüm
keyfiy yətlər olmalıdır. RBCT-nin Nizamnaməsi insanlıq
əleyhinə cinayət kimi işgəncənin tərkib elementlərini göstər-
mişdir. Nizamnamənin 3-cü maddəsi işgəncənin elementlə-
rini aşağıdakı formada izah edir
1
:
Cinayətkar zərərçəkmiş şəxs üzərində işgəncə hesab
olunan aşağıdakı kəskin və əqli xəsarət və yaxud əziyyətləri
həyata keçirməlidir:
• zərərçəkmişdən və yaxud üçüncü bir şəxsdən infor-
masiya almaq;
• zərərçəkmişə və ya üçüncü bir şəxsə hədə-qorxu
gəlmək və ya zorla saxlamaq;
• ayrı-seçkiliyə əsaslanan hər hansı bir səbəbə görə
işgəncə vermək
İşgəncəni insanlıq əleyhinə cinayət kimi xarakterizə
edən ən mühüm şərt, əməlin sistematik və genişmiqyaslı hü-
cumun tərkib hissəsi olmaqla mülki əhaliyə qarşı yönəlmə-
sidir. Təbii ki, bu halda əməl BCM-nin yurisdiksiyasına da
aid olacaqdır. BCM-nin Statutuna görə, “işgəncə” həbsdə,
yaxud ittihamçının nəzarəti altında olan şəxsə qəsdən fizi-
ki, yaxud psixi iztirab və ya güclü ağrı verməyi əhatə edir,
yalnız qanuni sanksiya nəticəsində meydana çıxan, bu sank-
siyalardan ayrılmaz olan, yaxud təsadüfən meydana gələn
iztirab və ağrılar işgəncə hesab edilmir (7-ci maddənin e)
bəndi).
Tərifdən göründüyü kimi, Statut işgəncəni “həbsdə və
ya ittihamçının nəzarəti altında olan şəxsə qəsdən güclü ağrı
və ya istər fiziki, istərsə də psixi iztirab vermə” kimi müəy-
yənləşdirir. İşgəncəyə verilən tərifdə nəzərdən keçirilən
cinayətin bütün əlamətləri – obyekti (şəxsiyyətin toxunul-
1
Acquaviva G. At the Origins of Crimes against Humanity. In: Journalof
international
criminal justice, 2011, vol. 9