Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə43/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
137
(adamöldürmədə günahkar bilinən şəxsin məqsədli 
şəkildə  başqa  bir  şəxsi  öldürməsi,  yaxud  ona  ağır 
bədən xəsarəti yetirməsi və bu xəsarət nəticəsində 
öldürülməsi  nəzərdə  tutulur);
2.  təqsirkarın hər hansı bir şəxsi qətlə yetirməsi və şəx-
sin ölümünə gətirib cıxaracaq ağır bədən xəsarətinin 
yetirilməsi
YBCT-nin araşdırdığı işlərdən biri də adamöldürmə ci-
nayətini özündə əks etdirən Erdemoviç işidir
1
. İttiham aktın-
dan məlum olur ki, D. Erdemoviç Bosniya və Herseqovina 
hadisə lərində həm insanlıq əleyhinə cinayələrin törədilmə-
sində,  həm  də  müharibə  cina yətlərinin  törədilməsində  bir-
başa iştirakçı olub. Adıçəkilən cinayətlər onun rəhbərliyi al-
tında xidmət edən hərbiçilər tərəfindən törədilmişdi. İttiham 
aktında konkret göstərilir ki, D. Erdemoviç mülki şəxslərə 
kütləvi və sistemli hücumun təşkilini iki formada həyata ke-
çirmişdi, bu zaman “adamöldürmə” həm insanlıq əleyhinə 
cina yət lərin, həm də müharibə cinayətlərinin tərkibini yarat-
mışdı. Daha sonra o, 15. 000 Bos niya müsəlmanının deporta-
siya edilməsində və qaçqın vəziyyətinə düşməsində birbaşa 
iş tirakçı olmuşdu. Nəticə etibarilə, D. Erdemoviçin törətdiyi 
əməllər aşkarlanmış və o, 2 mart 1996-cı ildə Yuqoslaviya 
Federativ Respublikasında hakimiyyət orqanları tə rə findən 
həbs olunmuş və 30 mart 1996-cı ildə mühakimə olunmaq 
üçün  isə  YBCT-yə  verilmişdi.  Tribunal  onun  törətdiyi  ci-
nayət əməllərini sübuta yetirmiş və 29 no yabr 1996-cı ildə 
onu 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına layiq 
gör müşdü. 
Göstərilən misallardan da aydın olur ki, “adamöldürmə” 
qanuni  əsas  olmadan  qəsdən  törədilmiş  bir  cinayətdir.  Bu 
1
 www. un. org/иcty/


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
138
cinayətə  görə  şəxs  cinayət  məsuliyyətindən  o  zaman  azad 
olur ki, o cinayəti zəruri müdafiə və ya son zərurət şəraitində 
törətmiş olsun. 
Adamöldürmə insanlıq əleyhinə cinayət kimi aşağıdakı 
tərkib elementlərinə malikdir
1
:
1.  cinayətkar bir və ya bir neçə şəxsi qətlə yetirir;
2.  əməl mülki əhaliyə qarşı genişmiqyaslı və sistema-
tik hücum çərçivəsində törədilir;
3.  təqsirləndirilən  şəxs  mülki  əhaliyə  qarşı  törətdiyi 
əməlin genişmiqyaslı və sistematik hücumun bir his-
səsi olduğunu bilir və bunu aydın formada dərk edir, 
hətta bunu həyata keçirməyi arzu edir, planlaşdırır;
4.  əməl dövlət planı və ya siyasəti formasında həyata 
keçirilməlidir
2

Əhalini  məhvetmə.  Əhalini  məhvetmə  insanlıq  əley-
hinə cinayətin bir növü kimi bir qrup şəxslərə qarşı yönə-
lir. Məhvetmə dedikdə, əhalinin bütövlükdə (dövlətin və ya 
müəyyən rayonun bütün əhalisinin) və ya qismən, (dövlə-
tin və ya müəyyən rayonun əhalisinin bir hissəsinin) fiziki 
və  ya  bioloji  vasitələrlə  fiziki  məhv  olması  (öldürülməsi) 
başa düşülməlidir. Bu əməllər istər sülh, istərsə də mühari-
bə şəraitində mülki əhaliyə qarşı yönələn genişmiqyaslı və 
sistematik hücumun tərkib hissəsi olaraq həyata keçirilmə-
lidir. Bir çox hallarda əhalini məhvetməni adamöldürmə və 
genosid cinayətlərindən fərqləndirmək çətin olur. Təbii ki, 
bunlar fərqli tərkib elementlərinə malikdirlər. Ona görə ki, 
adamöldür mədən fərqli olaraq əhalini məhvetmədə daha çox 
adamın öldürülməsi nəzərdə tutulur. Bu iki əməlin bir-birinə 
oxşar  olmasına  və  hər  ikisinin  insanlıq  əleyhinə  cinayətin 
1
www. hrw. org/reports/2004/ij/ictr/4. htm
2
www. hrw. org/reports/2004/ij/ictr/4. htm


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
139
tərkibini yaratmasına baxmayaraq bunlar arasında müəyyən 
fərqli  cəhətlər  vardır.  Beynəlxalq  Hüquq  Komissiyasının 
1996-cı ildə BMT Baş Məclisinə təqdim etdiyi məruzə sində 
vurğulanır ki, adamöldürmə və məhvetmə cinayətlərinin hər 
ikisi günahsız insanlara qarşı yönəlir və onların məhv edil-
məsi ilə başa çatır. Məhvetmə kütləvi qırğının bir elementi 
kimi başa düşülür və o, adamöldürmə cinayəti ilə hər hansı 
bağlılığın olmasını tələb etmir. Bu barədə III fəsildə ətraflı 
bəhs  olunacaqdır. 
Əhalini  məhvetmə  müxtəlif  üsullarla  həyata  ke çirilə 
bilər, lakin bunların hamısını insanlıq əleyhinə cinayət kimi 
qiymətləndirmək olmaz. Məsələn, atom, nüvə, bioloji, kim-
yəvi və s. kütləvi qırğın silahlarının tətbiqi, yaşayış mühi-
tinin radioaktiv, kimyəvi, biokimyəvi zəhərlənməsi, əraziyə 
gətirilən  qi da  məhsul larının  zəhərlənməsi,  raket  zərbələri, 
habelə odlu və ya soyuq silah lar dan istifadə etməklə məh-
vetmə cinayətini törətmək olar. Məsələn, II Dünya mühari-
bəsi dövründə insanlar üzərində təcrübələrin məhz dölsüz-
ləşdirmədən  baş lanması  təsadüfi  deyildi.  Bu,  alman  faşiz-
minin xalqların nəsil törəməsinin dayan dırıl ması haqqında 
“nəzəri” göstərişlərinin məntiqi davamı idi. Hətta Hitler öz 
fikirlərində belə bir ifadə işlətmişdi: “Məhv etmək” kəlmə-
sini  işlətdikdə,  mən  həmin  insan la rın  hök mən  qırılmasını 
nəzərdə tutmuram. Mən sadəcə olaraq bu əhalinin təbii artı-
mı nın qarşısının müntəzəm surətdə alınması üçün tədbirlər 
görülməsinin tərəfindəyəm. Müəyyən vasi tə lərlə bizim üçün 
arzuolunmaz  xalqların  sistematik  olaraq,  nisbətən  ağrısız 
və heç də qan tökmədən məhv olub getməsinə nail olmanın 
çoxlu yolları var”. Gö ründüyü kimi, bu, əhalinin müxtəlif 
üsullarla məhv edilməsidir. Lakin bu əməllər insanlıq əley-
hinə cinayət kimi tövsif olunacaqmı? Sözsüz ki, yox. Elə isə 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə