Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə42/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
133
daxili qanun vericilikdə dövlət və ya hökumət başçıları üçün 
nəzərdə  tutulan  imtiyaz  və  immu nitetlər  onların  əlindən 
alınmalı və həmin şəxslər cinayət məsuliy yətinə cəlb olun-
malıdırlar. Burada vacib bir məqamı da qeyd etmək lazımdır 
ki, yuxarıda göstərilən şəxslər barəsində cəzanın yüngülləş-
dirilməsinə qətiyyən imkan verilməməlidir. 
Yoxlama suallar:
1.  “İnsanlıq əleyhinə cinayətlər” anlayışı nə vaxt mey-
dana gəldi?
2.  İnsanlıq əleyhinə cinayətlərin tərkib elementləri han-
sılardır?
3.  Əməlin  insanlıq  əleyhinə  cinayət  hesab  olunması 
üçün  hansı  şərtlərin  olması  vacibdir?
4.  İnsanlıq əleyhinə cinayətlər silahlı münaqişələrlə hər 
hansı bağlılığın olmasını tələb edirmi?
5.  İnsanlıq əleyhinə cinayətlərlə müharibə cinayətləri-
nin fərqi nədir?
6.  Genosid  cinayəti  ilə  insanlıq  əleyhinə  cinayətlərin 
fərqi  nədir?
7.  Genosid cinayəti üçün xarakterik cəhətlər hansılar-
dır?


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
134
II fəsil
İNSANLIQ ƏLEYHİNƏ
CİNAYƏTLƏRİN NÖVLƏRİ
İnsanların həyat və sağlamlığı əleyhinə  
cinayətlər
Adamöldürmə. Adamöldürmə beynəlxalq sülh və təh-
lükəsizliyə  qarşı  yönəldiyi  üçün  bu  cinayətin  subyektləri 
bey nəlxalq cinayət hüquq normalarına müvafiq olaraq məsu-
liyyətə cəlb olunmalıdırlar. Əvvəllər adamöldürmə cinayəti 
yalnız dövlətin daxili qanunvericiliyi ilə kriminallaşdırılırdı 
və təqsirkar milli cinayət qanunvericiliyinə müvafiq olaraq 
məsuliyyətə cəlb olunurdu, lakin sonralar adamöldür mə nin 
beynəlxalq xa rakteri müəy yən olundu və o, beynəlxalq sə-
viy yədə  insanlığa  qarşı  yönəlmiş  cinayətlərdən  biri  hesab 
olundu. 
İlk dəfə olaraq Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı 
mad dəsində  adamöldürmə  insanlıq  əleyhinə  cinayət  kimi 
göstərilmişdir.  Sonra  isə  o,  BNŞ-nın  10  nömrəli  Qanunu-
nun 2-ci maddəsində, Tokio Tribunalı Nizamna məsinin 5-ci 
maddəsinin c) bəndində, Nürnberq Prinsiplərinin VI prinsi-
pinin c) bəndində, YBCT Nizamnaməsinin 5-ci maddə sində, 
RBCT Nizam na məsinin 3-cü mad də sində, Sülh və Bəşəriy-
yətin təhlükəsizliyi əleyhinə cinayətlər məcəlləsi layihəsinin 
18-ci maddəsində və ən nəhayət, BCM Statutunun 7-ci mad-
dəsində öz əksini tapmışdır
1

1
Crimes against humanity: Birth of a concept
 Reprint Edition 2015 by Geras
Norman


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
135
 Məlum məsələdir ki, adamöldürmə qeyri-qanuni əmə-
lin nəticəsi kimi qəsdən törədilən cinayətdir. Lakin burada 
bir məsələyə diqqət yetirmək lazımdır ki, adam öldürmə həm 
hökumət orqanlarının birbaşa göstərişilə, həm də dolayı yol-
la, höku mət orqanının görünməyən maliyyəsi və dəstəyi ilə 
törədilə bilər. Əsas amil lərdən biri budur ki, adamöldürmə 
dedikdə, birbaşa insanın fiziki baxımdan yalnız məhv ol ması 
deyil, burada həm də insanı ölümlə üzləşdirən təhlükəli şə-
raitin yara dıl ması nəzərdə tutulmalıdır
1
. Təbii ki, insan hə-
yatı üçün yaradılmış pis şərait onun ölümünə səbəb olur. Bu 
da admöldürmənin bir forması hesab olunur. Bütün hallarda 
mühakimə edilmədən (məhkəmə prosesi olmadan) şəxslərin 
öl dürülməsi  milli  və  beynəlxalq  hüquq  normalarının  ciddi 
pozuntusu kimi qiymət ləndirilməlidir. 
RBCT  Nizamnaməsinin  3-cü  maddəsində  “adamöl-
dürmə” qanunazidd əməl kimi xarakterizə olunmuş və onun 
aşağıdakı  elementləri  göstərilmişdir
2
:
• şəxs cinayətin qurbanı olur;
• ölüm qeyri-qanuni əməlin nəticəsində baş verir;
• cinayət baş verən zaman müttəhimin başlıca məqsə-
di şəxsi və ya şəxsləri öldürməkdir və o, əvvəlcədən 
cinayətin qurbanı sayılan şəxsin ölümünü bilir, yəni 
nəticəni əvvəl dən görür. 
Burada cinayətin qurbanı mülki əhalidən bir neçəsi ola 
bilər və bu cinayət istər dinc şəraitdə, istərsə də müharibə şə-
raitində baş verə bilər. BCM Statunun tələbinə mavafiq ola-
raq  adamöldürmə  sistematik  və  ya  genişmiqyaslı  formada 
həyata keçirildiyi zaman BCM-nin yurisdiksiyasına aid olur. 
Statuta görə, “adamöldürmə” və ya “hər hansı mülki şəxsə 
1
 www. en. wikipedia. org/wiki/Crime_against_humanity
2
Acquaviva G. At the Origins of Crimes against Humanity. In: Journal of 
international criminal justice, 2011, vol. 9


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
136
hücum” dövlətin və ya təşkilatın bu cür hücumun törədilmə-
sinə yönəlmiş siyasətinin həyata keçirilməsi və ya bu cür si-
yasətə kömək məqsədilə hər hansı mülki şəxslərə qarşı geniş-
miqyaslı və sistematik hücum çərçivəsində həyata keçirilən 
əməldir (7-ci maddənin 1-ci bəndi). Statutun yanaşmasından 
aydın olur ki, hər hansı bir formada adamöldürmə insanlıq 
əleyhinə  cinayətin  tərkibini  yaratmır.  Bunun  üçün  dövlətin 
hər hansı planı və ya siyasəti olmalı, eyni zamanda bu plan 
genişmiqyaslı və sistematik xarakter daşımaqla mülki şəxs-
lərə qarşı yönəlməlidir ki, insanlıq əleyhinə cinayətin tərki-
bini  yaratmış  olsun.  Adamöldürməyə  görə  təqsirləndirilən 
şəxs başqa bir şəxsi öldürməyi nəzərdə tutur, yaxud ölümünə 
səbəb ola biləcək bədən xəsarəti yetirir. 
Adamöldürmə cinayətinin tərkib elementi dövlət siyasə-
ti  və  ya  planı  formasında  həyata  keçirilən  əməlin  konkret 
olaraq  hər  hansı  şəxs  və  ya  səxslərə  qarşı  deyil,  istənilən 
şəxsə qarşı yönəlməsini nəzərdə tutur. Bu cinayətin silahlı 
münaqişə  şəraitində  baş  verməsi  vacib  deyil.  “Bu  cür  hü-
cuma  istiqa mətləndiril miş  siyasət”  ölkə  və  ya  təşkilatlar 
tərəfindən dəstəklənir. Nəticə etibarilə, dövlət baş vermiş bu 
cinayət əməllərinə göz yumur və onun araşdırılmasında və 
cina yətkarların  cəzalandırılmasında  maraqlı  olmur. 
Adamöldürmə ilə bağlı YBCT çoxlu sayda cinayət işlə-
rini araşdırmış və təqsirkar şəxsləri məsuliyyətə cəlb etmiş-
dir. Tribunal 14 yanvar 2000-ci ildə təqsirləndirilən Kupris-
kiçin işi üzrə, 3 mart 2000-ci ildə Blaskiçin işi üzrə, 2 avqust 
2001-ci  il  ildə  isə  Kristiçin  işi  üzrə  araşdırmalar  apararaq 
adamöldürməni aşağıdakı formada müəyyən etmişdir
1
:
1.  təqsirləndirilən  şəxsin  hər  hansı  bir  hərəkəti  nə-
ticəsində  cinayətin  qurbanının  qətlə  yetirilməsi 

www. un. org/icc/


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə