Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə38/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
120
qarşı edilən bütün tənqidlərə baxmayaraq, tribunal müəyyən 
real nailiyyətlərə imza atmışdır. Afrikada misli görünməmiş 
cinayətlər törətmiş on bir hökümət nazirinin və bir çox ge-
neral və polkovnikin cəzasızlığına məhz RBCT son qoydu. 
Bu  baş  verməsəydi  yüksək  ranqlı  bu  şəxslər  indiyə  qədər 
cəzasız qalacaq, çoxları hazırda başqa Afrika ölkəsində, Av-
ropada və ya ABŞ-da firavan həyat sürəcəkdi, bəziləri yenə 
genosid törətməyi planlaşdıracaq və onları köçdükləri ölkə-
dən  ekstradisiya  etmək  lazım  gələcəkdi.  RBCT  Nürnberq 
prosesindən sonra ilk dəfə genosid cinayətinə dair ittiham 
hökmü çıxararaq cəza müəyyən etdi və ilk dəfə sistematik 
zorlamanı insanlıq əleyhinə cinayət olaraq qəbul etdi. ABŞ 
fondları hesabına yeni hakim və məhkəmələrin işə cəlb olun-
ması, eləcə də cinayətkarlar barədə məlumat verən şəxslərə 
5 milyon dollara qədər pul mükafatı təklif etməsi sayəsində 
cinayətkarların həbs olunması Tribunalın işini xeyli yüngül-
ləşdirdi. Bu indiyə qədər cəzasızlığın hökm sürdüyü Afrika 
qitəsi üçün çox böyük bir nailiyyətdir. 
RBCT-nin  Nizamnaməsi  1949-cu  il  Cenevrə  Konven-
siyasının 3-cü maddəsinin pozulmasına görə fərdi məsuliy-
yəti nəzərdə tutmaqla beynəlxalq cinayət hüquq normalarını 
bir məsələdə üstələyir. Belə ki, Cenevrə Konvensiyalarında 
“ağır  pozuntular”ın  (“grave  breaches”)  yalnız  beynəlxalq 
silahlı münaqişənin gedişində törədilən müharibə cinayətlə-
rinə görə cinayət məsuliy yətini nəzərdə tutur. Ruandada törə-
dilmiş vəhşiliklərin isə həmin kateqoriyaya aid edilmədiyini 
qəti şəkildə demək olar. Tayfalararası qətllərin dövlətdaxili 
münaqişə ilə heç bir əlaqəsi yox idi. Yalnız ölkə daxilində 
millətlərarası düşmənçilik sayıla bilən və BMT sülhməram-
lılarını  təəccübləndirən  bu  münaqişənin  izləri  Ruandadan 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
121
uzun  müddət  silinmədi.  Daxili  münaqişələr  zamanı  dinc 
əhali  mühafizə  olunmalı,  ümumilikdə  insan  hüquqları  qo-
runmalıdır. RBCT daxili münaqişələr zamanı cinayət törət-
miş ayrı-ayrı fərdlərə cəza verilməsini müəyyən etdi, bir növ 
fərdlərin  beynəlxalq  cinayət  məsuliyyətinə  cəlb  olunması 
məsələlərini  sürətləndirdi. 
RBCT-nin fəaliyyətinin ilk illərin də təcrübəsizlik, süst-
lük və müəyyən qədər korrupsiyaya meyllik halları mövcud 
olmuş, lakin demək olar ki, bu, o qədər də gözə çarpmırdı. 
Hərçənd 1997-ci ildə Kanyabaşi işində Məhkəmə, Ruanda 
münaqişəsinin həqiqə tən beynəlxalq sülhə və sabitliyə təh-
lükə  olduğunu  Təhlükəsizlik  Şurasının  diqqətinə  çatdırdı. 
Məhkəmə münaqişənin “içində çoxsaylı yaraqlı şəxslər olan 
kütləvi qaçqınlar dalğasının meydana gəldiyini, bu dalğanın 
qonşu ölkələrə yayıldığını, bununla da qaçqınlara sığınacaq 
verən ölkələrdə qeyri-sabitliyin yaranması ilə bağlı olduq-
ca böyük riski ortaya çıxardığını” bildirdi. Qonşuluqda yer-
ləşən dövlətlərə münaqişənin yayılması təhlükəsi Təhlükə-
sizlik  Şurasının  səlahiyyətlərinin  icrası  üçün  bəraətverici 
əsas təşkil edirdi. 
RBCT  genosid  baş  verdiyi  müddətdə  bəzi  qətliamları 
planlaşdırdığı və təşkil etdiyi iddia olunan bələdiyyə başçıla-
rının, bir sıra aparıcı siyasətçilərin, dövlət qulluq çularının və 
çoxlu sayda tutsini öldürməyə çağırış edənlərin və tutsilərin 
gizləndikləri yerləri səsləndirən Libre des Mille Collines ra-
diostansiyasının yüksək icraçı rəhbərlərinin də daxil olduğu 
genosidin  çox  əhəmiyyətli  “müəllifləri”nin  məhkəmə  pro-
seslərinə start verdi. Bu şəxslərin həbs olunması daha asan 
idi, çünki onların gizlənə biləcəyi dövlət yox idi və Ruan-
dada artıq tutsilər hakimiyyətə gəlmişdi. Buna görə də bə-
ziləri üçün Aruşa prokurorları ilə əməkdaşlıq edərək, kütləvi 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
122
edamdan xilas olmaq və uzun müddətə azadlıqdan məhru-
metmə cəzasına məhkum olmaq daha əlverişli idi. 1998-ci 
ilin sentyabrında Ruandanın keçmiş baş naziri Jan Kamban-
da və onun ilhamvericisi olan polkovnik Teoneste Baqosora 
genosidın törədilməsində günahkar olduqlarını boyunlarına 
alması, bunun əyani göstəricisi oldu. 
RBCT  üçün  ən  əsas  problemlərdən  biri  genosiddə 
fəal iştirak etmiş dindarların cinayət məsuliyyətinə cəlb 
olunması  idi.  Ataneze  Seromba  atanı  bilərəkdən  gizlə-
dən Vatikan ona saxta ad-soyad verərək onu Florensiyada 
səfalı  bir  guşədə  yerləşdirmişdi.  Nəhayət,  o,  jurnalistlər 
tərəfindən ifşa edildi və onun qarşısında, tutsiləri sığına-
caq kimi yerləşməyə dəvət etdiyi kilsəni buldozerlə uçur-
daraq 2 min nəfər insanın həlak olmasına səbəb olduğu 
ittihamı  irəli  sürüldü.  Yeddinci  günün  adventistləri  kil-
səsinin başçısı Elizafan Ntakirutimana qarşısında isə tut-
silərin ölümündə iştirakı olduğu ittihamı irəli sürüldüyünə 
görə onu Texasdan ekstradisiya etdilər. Bu tutsilər sığına-
caq ümidilə öz “əziz keşiş”lərinə pənah gətirmiş, keşişə: 
“biz  sizə  çatdırmaq  istəyirik  ki,  sabah  bizi  ailələrimizlə 
bir  yerdə  öldürəcəklər”  deyə  namə  yazmış  və  ondan  bu 
cavabı almışdılar: “Sizin probleminizə artıq çarə tapılıb. 
Siz ölməlisiz. Siz Allaha daha lazım deyilsiz”. 
Göründüyü kimi, belə qeyri-insani əməlləri Tribunal 
aşkar etdi və genosid cinayətinə görə təqsirli bilinən şəxs-
lərin  dairəsini  müəyyən  etdi  və  onları  məsuliyyətə  cəlb 
etdi.  Bundan  sonrakı  mərhələdə  BCM-nin  Hazırlıq  Ko-
missiyasında genosid cinayətinin tərkibini yaradan əməl-
lər müzakirə olunaraq müəyyən nəticəyə gəlinmişdir. 
İlkin olaraq genosidin tərkibini yaradan əməl milli, et-
nik, irqi və ya dini qrup üzvlərinin öldürülməsi hesab olunur. 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə