Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə37/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
117
Dünya müharibəsi döv ründə baş vermiş cinayətlərə reaksiya 
olaraq Konvensiya aşağıdakı hərəkətləri genosid kimi tövsif 
edir
1
:
• milli, etnik, irqi və ya dini qrup üzvlərinin öldürül-
məsi;
• bu cür qrup üzvlərinə ağır bədən xəsarəti və ya əqli 
pozuntu yetirilməsi;
• hər hansı bir qrupu, yaxud qrupları tamamilə və ya 
qismən fiziki məhvinə yönəlmiş tədbirlər;
• belə bir qrupun içərisində doğumun qarşısının alın-
masına yönəlmiş tədbirlər;
• uşaqların zorla bir qrupdan digərinə verilməsi. 
Eyni tərif BCM-nin Statutunda da öz əksini tapmışdır. 
Göstərilənləri  nəzərə  alaraq  belə  nəticəyə  gəlmək  olar  ki, 
genosid cinayətinin bilavasitə obyektini milli, etnik, irqi və 
ya dini qrupun həyat və sağlamlığı təşkil edir, bu cinayətdən 
zərərçək miş qismində milli, etnik, irqi və ya dini qruplar çıxış 
edir
2
. Bununla yanaşı, genosid bir sıra mühüm beynəlxalq 
sənədlərdə (YBC və RBC tribunallarının Nizamnamələrində 
(4-cü və 3-cü maddələr), Sülh və Bəşəriyyətin təhlükəsizli-
yi əleyhinə cinayətlər məcəl lə si layihəsində (17-ci maddə), 
BCM-nin Statutunda (6-cı maddə) təsbit olunmuşdur. 
Genosid  cinayətinə  görə  məsuliyyət  daşıyan  şəxslə-
rin  cəzalandırılması  məqsədilə  1994-cü  ildə  Təhlükəsizlik 
Şurası YBCT-yə əlavə kimi Tanzaniyanın Aruşa şəhərində 
qərarlaşan üç məhkəmə prosesi palatasından ibarət daha bir 
məhkəməni – RBCT təsis etdi. Bu məhkəmənin vəzifəsi Ru-
andada bir il öncə baş vermiş genosidlə əlaqədar məhkəmə 
1
Андрюхин  М.  Н.  Геноцид–преступление    против  человечества,  Авто-
реф. канд. юрид. наук. М. , 1954
2
Bassиounи  M.  Cherиf.  Crиmes  agaиnst  Humanиty.  -  Dordrecht/Boston/ 
London,  Martиnus  Nиjhoff  Publиshers,  1992


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
118
işlərinə baxmaq idi. Hər iki məhkəmənin apellyasiya palata-
sı Haaqada yerləşən eyni orqandır, bununla da hər iki tribu-
nalın tətbiq etdiyi hüquqda ardıcıllığa nail olunur. RBCT-yə 
uzun illər YBCT-nin əlavə “qolu” kimi yanaşırdılar. Burada, 
əvvəl  də  qeyd  olunduğu  kimi,  həmin  apellyasiya  palatası 
Aruşadan göndərilən məhkəmə işlərinə baxırdı. Eyni prob-
lemlər, həddindən artıq ittiham hökmü irəli sürmə, yorucu 
ləngitmələr və fantastik məbləğlərdə artıq xərclər daha ciddi 
məsələlərə çevrilirdi. Genosidə görə təqsirləndirilən hər bir 
dustağın müda fiəsinə 1 milyon dollardan çox pul xərclənir-
di. RBCT 72 şübhə li şəxsi həbs etmiş olsa da, 2006-cı ilin 
mayına qədər onlardan yalnız 27 nəfərin məhkəməsi yekun-
laşdı, 3 nəfərə isə bəraət verildi. Tarixdə ən uzun çəkən məh-
kəmə prosesi bu dövrdə qeydə alındı. Sadəcə məhkəmə pro-
seslərinə 370 gün vaxt sərf edildi. Həmin məhkəmənin, yəni 
2001-ci ildə başlamış Butare işinin 2008-ci ildən, apellyasiya 
olacağı təqdirdə isə 2010-cu ildən tez yekun laşması gözlə-
nilmirdi. Belə arzuolunmaz vəziyyətə məhkəmə inzibatçıları 
tərəfindən  vəsaitlərin  mənimsənilməsini,  müdafiə  tərəfinin 
vəkillərinin  korrupsiyaya  meyl  etməsi  və  digər  məsələləri 
də aid etmək olar. Hutu qəbiləsindən bir neçə nəfər müdafiə 
tərəfinin vəkili təyin olunmuş və onlara ittiham tərəfin şəxsi 
şahidlərinin ifadələri haqqında məlumat vermişdi. Sonralar 
məlum olmuşdu ki, məhz bu vəkillər və istintaq işçilərinin 
özləri genosid cinayətinin törədilməsində rolu olan şəxslər-
dir. Ən acınacaqlı hal isə öz mən fəətini güdən və bütün bun-
lara göz yuman Ruanda hökümətinin Tribunalı qınaq obyek-
tinə çevirməsi idi. Məhz Ruanda hökümətinin qisasçılığı və 
genosid törədənlərə ölüm cəzasının verilməsi ilə bağlı təkidi 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
119
BMT-nin Aruşada
1
, genosid qurbanlarından uzaqlarda Tribu-
nal təsis etməsinə gətirib çıxarmışdı. Tribunalın fəaliyyəti ilə 
bağlı Aruşadan Kiqaliyə (Kiqali Ruandanın paytaxtıdır və ən 
böyük şəhərdir) heç bir məlumat ötürülmür, davamlı olaraq 
heç bir televiziya yayımı fəaliyyət göstərmirdi və məhkəmə 
qərarlarının yerli əhaliyə müntəzəm tərcüməsi mövcud de-
yildi. Ruanda hökuməti boğaza qədər qana bulaşmış və ge-
nosidə görə ittiham edilən təxminən minlərlə məhbusu uzun 
müddət gizlətmişdir. Bu hal beynəlxalq ədaləti və ya istə-
nilən digər inamı sarsıdırdı. RBCT yaradılması baş vermiş 
genosid  cinayətinin  araşdırılması,  cinayətkarların  ədalətli 
qaydada  cəzalandırılması  beynəlxalq  ictimaiyyətdə  inam 
yaratdı.  BMT  məhkəmə  proseslərinin  ədalətli  aparılması-
na,  proses  zamanı  insan  hüquqlarının  qorunmasına  xüsusi 
diqqət yetirirdi. İnsan hüquqlarının müdafiəsi təşkilatları ci-
nayət törətmiş şəxsləri, törətdikləri cinayətləri etiraf etməyə 
çağırır və bununla da onlara etiraf etdiklərinə görə daha az 
cəza veriləcəyini bildirirdilər. Bu yol həm də cinayətkarlar-
la qurbanlar arasında barışığa şərait yaradırdı. RBCT kimi 
beynəlxalq məhkəmə orqanlarının ədaləti təmin edəcəyi heç 
kimdə  şübhə  doğurmurdu.  Tayfa  psixologiyasının  hökm 
sürdüyü  Afrika  ölkələrində  insan  hüquqlarının  pozulma-
sı adi hala çevrilmişdi. Mərkəzi Afrikada bəzi cinayətlərə, 
məsələn, qadının zorlanmasına görə cinayət işi başlamaq və 
məhkəmə prosesi keçirmək o qədər də asan başa gəlmirdi. 
Zorakılığa məruz qalmış qadın rüsvay olmaqdan qorxduğu 
üçün anonim ifadə verirdi. Anonim ifadə də işin obyektiv 
araşdırılmasını çətinləşdirirdi. Bu mənada RBCT-nın yara-
dılmasını və fəaliyyətini bir qələbə hesab etmək olardı. Ona 
1
Şimali Tanzaniyada şəhər


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə