Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə40/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
127
rından fərqlənən bir ayrıca qrup kimi məhv edilmə-
sindən ibarət olmalıdır. Bu baxımdan genosidlə ada-
möldürmə (homosid) cinayəti arasında fərq genosi-
din bütöv bir insan qrupunun mövcudluq hüququnu 
tanımaqdan imtinası, adamöldürmənin isə ayrı-ayrı 
insan varlıqlarının yaşamaq hüququnu tanımaqdan 
imtinasındadır;
• niyyət qrupun “tamamilə və ya qismən” məhv edil-
məsindən ibarət olmalıdır;
•  niyyət yuxarıda göstərilən qruplardan birinin məhz 
milli, etnik, irqi və ya dini səbəblərdən məhv edil-
məsindən  ibarət  olmalıdır.  Göründüyü  kimi,  digər 
qruplar, xüsusilə siyasi və sosial qruplar bu siyahıya 
daxil  edilməmişdir,  yəni  genosidin  obyekti  siyasi 
qruplar deyil, etnik qruplardır. 
Genosidi xarakterizə edən bu əlamətlər, demək olar ki, 
Ermənistanın  Azərbaycana  qarşı  apardığı  siyasətin  tərkib 
hissəsi olmuşdur. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsi dövründə, Azərbaycan xalqına qarşı törədilmiş 
ən ağır cinayətlərdən biri 1992-ci ilin fevral ayının 25-dən 
26-na keçən gecə baş vermiş Xocalı soyqırımı (genosidi) idi. 
Çox  zaman  bu  əməlin  genosid  olmadığı  haqqında  fikirlər 
səsləndirilir. Bu mənada, Xocalı hadisələri ilə genosidin tər-
kib elementləri arasında uyğunluğun olub-olmaması müəy-
yən qədər araşdırmanın aparılmasını zəruri edir. 
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Er-
mənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatı-
cı alayının köməyi ilə Xocalını işğal etdilər. Hücum zamanı 
heç bir günahı olmayan dinc mülki əhali amansızlıqla qır-
ğına məruz qaldı
1
. Şahidlərin verdiyi ifadələrə görə həmin 

İbayev V. İ. Beynəlxalq humanitar hüquq. Bakı, Hüquq ədəbiyyatı 2001


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
128
gecə onlar la qadın, 2 yaşından 15 yaşınadək uşaq və qoca 
güllələnmiş,  bəzi  meyitlərdə  müxtəlif  formalarda  verilmiş 
işgəncənin  əlamətləri  aşkarlanmışdır.  Uşaqların  qulaqları 
kəsilmiş, dərisi soyulmuş, qoca kişinin qafa sümüyü çıxarıl-
mışdır. İlk dəfə 28 fevral 1992-ci ildə hadisə yerinə vertol-
yotla gələnlər 500 metr radiusda ərazinin meyitlərlə örtüldü-
yünü  görmüşlər
1

Xocalıda mülki əhalinin dövlət siyasəti formasında qətlə 
yetirilməsini  təsdiq  edən  kifayət  qədər  faktlar  mövcuddur. 
Onlardan biri kimi əhalinin çıxış yollarının əvvəlcədən bağ-
lanmasını  göstərmək  olar.  Belə  ki,  mülki  əhalinin  erməni 
zorakılığından qaçıb qurtarmaq istəyi mümkün olmamışdır. 
Ermənilər çıxış yollarında əvvəlcədən planlı şəkildə xüsusi 
düzəldilmiş gizli yerlərdə əhalinin bir hissəsini qətlə yetir-
mişdir. Qaçıb canını qurtarmaq istəyən əhali avtomat və pu-
lemyotlarla gülləbaran edilmişdir. 
Göründüyü kimi bu əməllər həm niyyət meyarı ilə bağ-
lıdır, həm də öz xarakterinə görə şüurlu bilərəkdən və ira-
də ilə diktə olunan əməllərdir.  Həmin əməllər heç bir hal-
da  təsadüfən  və  ehtiyatsızlıq  nəticəsində  törədilə  bilməz. 
Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların 
mümkün  nəticələrinin  dərk  edilməsi,  əməlin  genosid  kimi 
tövsüfi  üçün  kifayət  deyildir.  Burada  cinayətkarın  fikrinin 
xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı 
olan konkret niyyəti ortaya çıxarmaq tələb olunur. Xocalı-
da mülki əhaliyə qarşı baş vermiş bu hərəkətlər ermənilərn 
niyyətinin məhz genosid cinayətini törətməyə yönəlmiş ol-
duğunu bir daha təsdiq edir. Qaçıb canını qurtarmaq istəyən 
dinc sakinlərin əvvəlcədən xüsusi düzəldilmiş gizli yerlər-
də avtomat və pulemyotlarla qətlə yetirilməsi doğrudan da 
1
İbayev V. İ. Beynəlxalq humanitar hüquq. Bakı, Hüquq ədəbiyyatı 2001


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
129
genosid niyyətini təsdiq edir. Eyni zamanda, Xocalıda baş 
verən cinayətin məhz azərbaycanlılara qarşı yönəlməsi bir 
daha əməlin genosid olmasını sübut edir. 
Harada və nə zaman baş verməsindən asılı olmayaraq 
genosid  cinayətinə  öncə  zərərçəkmiş  dövlət  tərəfindən  si-
yasi və hüquqi qiymət verilməli, sonra isə ona beynəlxalq 
hüquqi  aspektdən  qiymət  verilməlidir.  Məhz  1992-ci  ilin 
fevral ayında ermənilərin Xocalı əhalisinə qarşı törətdiyi ci-
nayət əməli Azər baycan Respublikası Prezidenti H. Əliyevin 
“Azərbaycan lıların soyqırımı haq qında” 26 mart 1998-ci il 
Fərmanında  Xocalı  soyqırımı  kimi  qiymətləndiril miş dir
1

Xocalı hadisələri nin soyqırım kimi tövsif olunmasına eyni 
zamanda BMT qətnamələri, Genosid cinayətinin cəzalandı-
rılması və qarşısının alınması haqqında 1948-ci il Konvensi-
yası, beynəl xalq cinayət tribunallarının nizamnamələri əsas 
verir. 
Eyni tərkibli əməllər 1994-cü ildə Ruandada tutsi etnik 
qrupundan  olan  insanlara  qarşı  baş  vermişdi.  Həmin  ildə 
500. 000 tutsi kütləvi qırğına məruz qalaraq məhv edilmiş-
dir
2
. Bu səbəb dən də RBCT yaradı lan zaman onun yurisdik-
siyasına birinci növbədə genosid cinayəti daxil edilmiş dir. 
Tribu nal müəyyən etmişdi ki, bu qədər insanın kütləvi qır-
ğını heç bir halda təsa düf ola bilməz, bu, yalnız əvvəlcədən 
dövlətin rəsmi nümayəndələrinin hazır ladığı plan əsasında 
həyata keçirilib. Bu məqsədlə də Tribunal genosidlə bağlı ilk 
hökmünü 1998-ci ildə Taba rayonunun meri İ. P. Akayesuya 
qarşı çıxarmışdır. 
Əvvəldə göstərilmişdir ki, genosidin insanlıq əleyhinə 
1
“Azərbaycan” qəzeti, 1997, № 10

The practиce of the 
İnternatиonal Crиmиnal Trиbunals for the fomer Yugos-
lavиa and Rwanda /Cohn R. W. D. Cones, Transnatиonal Publиshers, Ыnc. 
Ardsley, New-York, 2000


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə