Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə36/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
114
görüntülər mövcuddur, burada hər hansı formada cinayətkar 
axtarmağa ehtiyac da yoxdu. Bundan başqa, Azərbaycanın 
işğal  olunmuş  ərazilərində  mülki  əhaliyə  məxsus  mülkiy-
yətin dağıdılması, talan edilməsi ilə bağlı vətəndaşlar tərə-
findən İnsan hüquqları üzrə Avropa məhkəməsinə müraciət 
olunmuşdur.  Nəticə  olaraq,  2015-ci  il  iyunun  16-da  İnsan 
hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası “Çı-
raqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə 
qərar  çıxardı
1
.  10  illik  mübarizədən  sonra  Məhkəmə  göz-
lənilən qərarı verdi. İlk dəfədir ki, Avropa Məhkəməsi rəs-
mi qərarı ilə Azərbaycanın ərazisinin, Laçının işğalı faktını 
tanımış və oradan zorla qovulmuş sakinlərin Avropa İnsan 
Hüquqları  Konvensiyasının  müxtəlif  maddələri,  xüsusilə 
mülkiyyətin və şəxsi həyatın toxunulmazlığı üzrə hüquqla-
rının pozulduğunu qeyd edib. Bu qərarın çox böyük hüquqi 
və siyasi əhəmiyyəti var. Belə ki, Məhkəmə bu qərarla Azər-
baycanın  ərazisinin  bir  hissəsinin  Ermənistan  tərəfindən 
işğalını  və  işğal  olunmuş  ərazilərdə  müharibə  cinayətləri 
törətməsini rəsmən təsdiqləmiş oldu. Şübhəsiz ki, bu qərar 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin si-
yasi həllində Azərbaycanın mövqeyini daha da möhkəmlən-
dirilməsinə  xidmət  edəcək. 
Göründüyü  kimi,  müharibə  cinayətləri,  insanlıq  əley-
hinə cinayətlər və genosid cinayətlərini bir-birindən fərqlən-
dirən  xüsusiyyətlərə  aid  kifayət  qədər  missallar  çəkmək 
olar. Bunları insanlıq əleyhinə cinayətlərin və müharibə ci-
nayətlərinin nümunəsində gördük, indi isə genosid cinayə-
ti ilə bağlı YBCT-nin təcrübəsinə diqqət yetirmək maraq-
lı olardı. YBCT tərəfindən mühakimə olunan Bosniya və 
1
http://www. lawreform. az/upload/CASE%20OF%20CHIRAGOV%20
AND%20OTHERS%20v. %20Armenia-az. pdf


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
115
Herseqovinanın şərqində əməliyyat aparan, Serb Respubli-
kası ordusunda kapitan rütbəsində çalışan Milorad Trbiçin 
əməllərində müharibə cinayətlərinin və genosid cinayətinin 
tərkib elementləri aşkar edilmişdir. Bosniya müsəlmanları-
nın bir etnik qrup kimi məhv edilməsində onun mühüm rolu 
olmuşdu.  Bu  niyyətlə  o,  Serebrinika  və  Zepa  şəhərlərində 
müsəlman kişi və qadınlara həm fiziki, həm də mə nəvi xə-
sarətlər yetirmiş və onları ailələrindən ayıraraq Serbiyadan 
kənara gön dərmişdir. Kapitan Trbic general Ratka, Mladiç, 
Zivanoviç və Kristiçlə gizli sazişə girərək 11 iyul 1995-ci 
ildə Serebrenika və Zepa şəhərlərində müsəlman kişilərini 
qanuni yerlərindən çıxararaq qovmuş və ya qanunsuz həbs 
edərək məhv etmişdi. 
Tribunal M. Trbiçi mühakimə edərkən cinayət aşağıdakı 
əməllərini sübuta yetirmişdir:
• M. Trbiç 1995-ci ildə, iyulun əvvəlindən sonunacan, 
əsasən, səhər vaxtları Bosniya müsəlmanlarını hü-
cuma məruz qoymuş, bununla yanaşı, o, Bratunaç 
briqadasının  qərargahında,  Cadar  çayının  yanında 
15 müsəlman kişisini, Çerska vadisində 150 müsəl-
man  kişi  və  qadınınnı,  Noxa-kasabada  130  nəfər 
adamı, Kravica anbarlarının yanında 1000-ə yaxın 
adamı,  Sandiçi  şəhərində  200  nəfəri  öldürmüşdü. 
Daha  sonra  o,  məktəblərin  birində  15  bosniyalı 
müsəlman kişisini, digər məktəbdə 500 müsəlman 
kişisini  saxlayaraq  öldürmüşdü;
• irqi, dini və ya siyasi səbəblərə görə təqibetmə onun 
əməlinin tərkib hissəsi kimi aşkarlanmışdı;
• onun əməlində həm də insanlıq əleyhinə cinayətlə-
rin tərkibi aşkar lan mışdı (adamöldürmə, məhvetmə, 
işgəncə vermə, deportasiya)


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
116
Təbii ki, M. Trbiç bu prosesi təkbaşına deyil, serb ordu-
su və polis qüvvələrinin köməyi ilə törətmişdi. Ardıcıllıqla 
göstərilən bu faktlar müharibə cinayətlərinin inasnlıq əley-
hinə ci na yətlərdən və digər oxşar beynəlxalq cinayətlərdən 
fərqləndirilməsi üçün çox əhəmiyyətlidir. 
Yuxarıda  qeyd  olunmuşdu  ki,  genosid  müharibə  ci-
nayətlərindən fərqli olaraq daha geniş mənanı ifadə edir. 
O, vətəndaşlara, əcnəbilərə, mülki şəxslərə və ya komba-
tantlara qarşı törədilə bilər. Genosid hərbi zərurətə aid sərt 
tələblərlə məhdudlaşmır. Başlıca fərq genosid cinayətinin 
əsasını  təşkil  edən  “niyyət  meyarı”  ilə  bağlıdır
1
.  Belə  ki, 
genosid  cinayətinin  tərkibinin  yaranması  üçün  mütləq  hər 
hansı konkret qrupu bütövlükdə və ya qismən məhv etmək 
niyyəti olmalıdır. Doğrudur, bu, hərbi əməliyyatlar zamanı 
da istisna edilmir. 
Genosid cinayətinin ictimai təhlükəliliyi hər hansı milli, 
etnik, irqi və ya dini qrupun bir qrup kimi bütövlükdə və 
ya qismən məhv edilməsi və ya məhv edilməsi təhlükəsinin 
yaradılması ilə xarakterizə olunur. Genosid cinayəti də in-
sanlıq əleyhinə cinayətlər kimi həm sülh, həm də müharibə 
şəraitində törədilə bilər. 
Genosid cinayətinin beynəlxalq fərdi cinayət məsuliy-
yəti doğurması ilk dəfə olaraq BMT Baş Assambleyasının 
1946-cı ildə qəbul etdiyi 97 saylı qətnaməsində təsbit olun-
muşdur. Onun hüquqi əsasını isə 1951-ci ildə qüvvəyə min-
miş Genosid cinayətinin qarşısının alınması və cəzalandırıl-
ması haqqında Konvensiya təşkil edir. Kon vensiyaya görə, 
genosid milli, etnik, irqi və ya dini qrupların bütövlükdə və 
ya qis mən məhv edilməsinə yönələn hərəkətləri ifadə edir. II 
1
Hцseynov  L.  H.  Soyqыrыm  cиnayяtиnиn  tяrkиb  цnsцrlяrи  Hцquqи  dюvlяt  vя 
qanun  jurnal
ı, 1999, №8


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə