Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə33/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
105
əməliyyatlara  başladılar.  SSRİ  Silahlı  Qüvvələrinin  Ermə-
nistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerlə şən his-
sələri də onlara qoşuldular. Bununla, 1917-ci ilin fev ralında 
çar hökumətinin yıxılması nəticəsində meydana gələn tarixi 
şəraitə bənzər vəziyyət SSRİ-nin dağılmasından sonra, ye-
nidən  təkrar  olundu.  Sovet  ordusu  sıralarında  qulluq  edən 
erməni zabitləri və keçmiş sovet hərbi hissələri azərbaycan-
lılara  qarşı  birləşdilər  və  vahid  cəbhədə  hərbi  əməliyyata 
başladılar. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış 
məskənlərinin işğalına başlandı. 1992-ci il yanvarın 15-də 
Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri iş-
ğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və 
Şuşanın mühasirə çevrəsi daraldı. Tələm-tələsik formalaşdı-
rılmış Azərbaycan  könüllülərinin  Daşaltı  əməliyyatı  uğur-
suz oldu
1
. Erməni və sovet hərbi birləşmələri fevralın orta-
larında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 
25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi 
baş  verdi.  Ermənistan  silahlı  qüvvələri tərəfindən Rusiya-
nın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal 
olundu,  azərbaycanlılar isə qırğına məruz qaldı və ya de-
portasiya  olundu.  Ermənistan  silahlı  qüvvələri və Rusiya-
nın 366-cı  motoatıcı  alayı  Xocalıda  azərbaycanlılara  qarşı 
dəhşətli  genosid  cinayəti  törətdi.  Bu  II  Dünya  müharibə-
sində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir 
dövrdə Ermənistan silahlı qüvvələrinin törətdiyi kütləvi və 
ən dəhşətli genosiddir.  Bu dövrlərdə Azərbaycanın və onun 
vətəndaşlarının başına hansı müsibətlər gətirilmədi? Ermə-
nistan siyasi və hərbi rəhbərliyinin bu əməllərində insanlıq 
əleyhinə  cinayətlərin,  təcavüzün,  müharibə  cinayətlərinin, 
genosid cinayətinin tərkib elementləri mövcuddur. Bunların 
1
http://www. anl. az/down/meqale/olaylar/2010/noyabr/139939. htm


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
106
hamısı  müharibə  zamanı  baş  vermiş  əməllərdir.  Təəssüflə 
bildiririk ki, Azərbaycana qarşı aparılan ədalətsiz müharibə-
ni sanki heç bir dövlət görmür və ya görmək belə istəmir. 
İnsan hüquq və azadlıqlarını, insanın ayrılmaz hüququ kimi 
yaşamaq hüququnu bəşəri dəyər hesab edən dövlətlər öldü-
rülən,  işgəncələrə  məruz  qalan,  girov  götürülən  uşaqların, 
qocaların, gənclərin fəryadını eşitmək belə istəmədilər. Sö-
zün həqiqi mənasında Azərbaycanın təcavüzə məruz qalmış, 
işğal  olunmuş  ərazilərdə  beynəlxalq  cinayətlər,  müharibə 
cinayətləri baş vermişdir. Dinc mülki əhaliyə qarşı törədil-
miş bu cinayətlər beynəlxalq hüquq normalarının, BHH nor-
malarının, habelə müharibə qayda və qanunlarının birbaşa 
pozulması idi. Səbəbkarlar çəkinmədən aşkar formada bu ci-
nayətləri törətdilər, hətta bunu etiraf da etdilər və bundan qü-
rur duyduqlarını bildirdilər. Hər şey bu qədər açıq və aydın 
olduğu halda beynəlxalq təşkilatları və dövlətləri susmağa nə 
vadar edir? Bu kimi faktlar müasir dünyanın mürəkkəbliyi-
ni, ziddiyyətli məqamlarını üzə çıxarır. Bəlkə də insanlar heç 
bir zaman bu cür siyasi və fiziki yük ağırlığına məruz qal-
mamışdır. İnsan heç vaxt bu qədər işgəncəyə və fəlakətlərə 
düçar olmamış və özü yaratdığı vasitələr qarşısında bu qədər 
aciz qalmamışdır. Doğrudur, müharibələr bəşəriyyətə ölüm, 
fəlakət və dağıntı gətirdiyi üçün onun qarşısının alınması hə-
mişə çox mühüm fəlsəfi-qlobal problem olmuşdur. Qədim 
Yunan  filosofu  Heraklit  ədalətsiz  müharibələrə  qarşı  çıxa-
raq demişdir: “Müharibə, hər şeyin Allahı və hər şeyin şahı-
dır... O, birini qul, digərini isə ağa, azad insan edir”. İntibah 
dövrünün humanistləri, XVIII əsr fransız maarifçiləri, Kant 
və b. müharibələrə ciddi etiraz etmişlər, sülhü təmin etmək 
üçün konkret fikirlər söyləmişlər, lakin onlar müharibələrin 
obyektiv sosial-siyasi əsaslarını düzgün göstərə bilməmişlər. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
107
Deməli, müharibə güc tətbiqinin müəyyən formasıdır. Mü-
haribələr silahlı gücün tətbiqi ilə bərabər həm də siyasi güc 
göstərməyin, siyasətin xüsusi formada həyata keçirilməsidir, 
siyasətin davamıdır. İşğalçı məqsədi daşımayan, öz ölkəsi-
nin azadlığı və istiqlaliyyəti uğrunda həyata keçirilən mü-
haribələr ədalətlidir. Başqa dövlətlərin ərazisini işğal etmək, 
başqa xalq və millətləri əsarət altına almaq uğrunda aparılan 
müharibələr isə ədalətsiz müharibələrdir və bu təcavüzdür. 
Bəzən  ədalətli  müharibələr  ədalətsiz  müharibələrə  çevirilə 
bilər.  Məsələn,  Napoleonun  apardığı  müharibələr  əvvəlcə 
Fransanın azadlığı uğrunda ədalətli müharibə idi, sonra isə o, 
Fransanın ərazilərindən kənara çıxmaqla başqa əraziləri zəbt 
etməklə ədalətsiz müharibəyə çevrildi. Nəhayət, cəzasızlıq 
daha çox ərazilərin işğalına, insanların öldürülməsinə şərait 
yaratdı. Məhz bunun nəticəsi idi ki, tarixin bütün dövrlərində 
Azərbaycana qarşı ədalətsiz müharibə elan edən və ərazilə-
ri  işğal  edən  erməni  cinayətkarları  həmişə  cəzasız  qalmış, 
getdikcə daha çox əraziləri işğal etməyə həvəslənmişdilər. 
Dağlıq Qarabağ uğrunda gedən müharibədə ermənilər işğal 
etdikləri torpaqları “viran qoymaq” taktikasına əl atmışdılar. 
Müharibədə  20  min  azərbaycanlı  şəhid  olmuş,  100 
min  nəfər  yaralanmış,  50  min  nəfər  əlil  olmuşdu.  Qaçqın 
və  köçkünlərin  sayı  milyonu  keçmişdi.  Rəsmi  məlumata 
görə, erməni işğalçıları tərəfindən 4.852 nəfər azərbaycanlı, 
o cümlədən 323 qadın, 54 uşaq və 410 qoca əsir və girov 
götürülmüşdü
1
.  Erməni  faşistləri  əsir  və  girovların  həqiqi 
sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla 
qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, 
alçaldırdılar. Erməni hərbiçiləri bu əməlləri dinc sakinlərin, 
1 
www. azerbaijan. az/portal/Karabakh/ArmenianAgression/
armenianAgression_a. html?armenianAgression_02


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə