Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə50/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
159
alınmırsa və ya işin müddəti məhdudlaşdırılmayıb-
sa və ya xarakteri qeyri-müəyyəndirsə;
təhkimlilik vəziyyəti, yəni istifadəçi qanuna, adətə 
və ya sazişə əsasən muzd müqabilində və ya muz-
dsuz olaraq başqa şəxsə məxsus torpaqda yaşayıb 
işləməli və həmin başqa şəxs üçün müəyyən işi ye-
rinə yetirməlidir və özünün bu vəziyyətini dəyişdirə 
bilmir;

hər hansı institut və ya adət ki, onun əsasında:
• qadının  valideynləri,  qəyyumları,  ailəsi  və  ya  hər 
hansı başqa şəxs və ya şəxslər qrupu pul və ya natura 
şəklində muzd müqabilində qadını onun tərəfindən 
imtina hüququ olmadan ərə verməyi vəd edirlər;
• qadının  əri,  ərinin  ailəsi  muzd  müqabilində  və 
ya  müxtəlif  qaydada  qadını  başqa  şəxsə  vermək 
hüququna  malikdir;
• ərinin ölümündən sonra qadın vərəsəlik üzrə başqa 
şəxsə keçir;
• uşaq  və  ya  18  yaşına  çatmamış  yeniyetmənin 
valideyn lərindən biri, yaxud hər ikisi və yaxud qəy-
yumu tərəfindən muzd müqabilində və ya muzdsuz 
olaraq həmin uşağın, yeniyetmənin əməyinin istis-
mar  edilməsi  məqsədilə  başqa  şəxsə  verilir. 
 Kölənin hər hansı nəqliyyat vasitələri ilə bir ölkədən 
baş qasına aparılması və ya aparılmasına cəhd göstərilməsi 
və ya bu prosesdə iştirakçılıq Konvensiyaya görə, onun iş-
tirakçısı olan dövlətlərin qanunlarına əsasən, cinayət hesab 
olunur, bu cinayətlərdə təqsirli sayılan şəxslər isə ciddi cə-
zalandırılır.  Kölənin  və  ya  asılı  vəziyyətdə  olan  şəxsin  bu 
vəziyyətdə oldu ğuna işarə edilməsi üçün və ya onun cəza-
landırılması məqsədilə və ya hər hansı başqa səbəbdən şikəst 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
160
edilməsi, yandırma yolu ilə və ya ayrı üsulla damğalanması, 
eləcə də bu cür hərəkətlərdə iştirakçılıq Konvensiyanın iş-
tirakçısı olan dövlətlərin qanunlarına əsasən cinayət sayılır 
və cəzalandırılır. Başqa şəxsin kölə edilməsi, köləliyə sövq 
edilməsi, başqa şəxsin özünü, özündən asılı olan şəxsi, kölə-
liyə bənzər təsisatların və ya adətlərin nəticəsi olan asılı və-
ziyyətə düşməsinə sövq edilməsi və ya bu cür hərəkətlərin 
edilməsinə cəhd göstərilməsi, yaxud bu əməllərdə iştirakçı-
lıq, bu əməllərin hər hansı birinin törədilməsi üçün gizli söv-
dələşmədə iştirak da Konvensiyanın tərəfi olan dövlətlərin 
qanunları ilə cəzalandırılan cinayət sayılır. 
“Köləliyin, qul alverinin və köləliyə bənzər institut və 
adətlərin ləğvi haqqında” 1956-cı il tarixli Əlavə Konven-
siyasında köləliyə bənzər institut və adətlərin aşağıdakı si-
yahısı  verilmişdir:
• ödənişsiz işçi qüvvəsi kimi istifadə məqsədilə uşaq-
ların  oğurlanması  və  satılması,  insanın  öz  şəxsi 
adından  və  əsas  hüquqlarından  məhrum  edilmə-
si,  mükafatlandırılma  müqabilində  valideynlərin, 
yaxud  qəyyumların  öz  uşaqlarını  imkanlı  şəxslərə 
xidmət  etməyə  verməsi;
• mükafatlandırma  müqabilində,  qadınların  onların 
imtina  hüququ  olmadan  ərə  verməklə  ev  quluna 
çevrilməsi,  elə  həmin  şərtlərlə  ərli  qadının  digər 
şəxslərə,  yaxud  miras  kimi  verilməsi;
• borcun ödənilməsinə hesablanmayan və iş müddə-
ti və əməyin özünün xarakteri ilə məhdudlaşmayan 
borclunun əməyi şəklində borcun ödənilməsi;
istifadəçinin  qanuna,  adətə,  yaxud  razılığa  görə 
başqa  şəxsə  məxsus  torpaqda  yaşayıb  işləməli  və 
mükafatlandırılma müqabilində, ya da bunsuz belə 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
161
şəxs üçün müəyyən iş görməli olduğu və düşdüyü 
vəziyyəti dəyişə bilmədiyi təhkimçi vəziyyətdə ol-
ması
Kölə və ya asılı vəziyyətdə olan şəxsin bu vəziyyətdə 
olduğuna işarə edilməsi üçün, yaxud onun cəzalandırılması 
məq sədilə və ya hər hansı başqa səbəbdən şikəst edilməsi, 
yandırma  yolu  ilə  və  digər  üsullarla  damğalanması,  eləcə 
də bu cür hərə kətlərdə iştirakçılıq Konvensiyanın iştirakçısı 
olan dövlətlərin qanunlarına əsasən cinayət sayılır və cəza-
landırılır. 
Köləlikdən törəmə əməlin biri də qul alveridir. Qul alveri 
hər hansı bir şəxsi tutmaq, almaq, yaxud onu qula çevirmək 
məqsədilə binagüzarlıq etmək, satmaq, dəyişmək məqsədilə 
qul almaq, bu məqsədlə alınmış şəxsi satmaq, dəyişdirmək 
və ümumiyyətlə, qul ticarəti, yaxud qulların daşınması ilə 
bağlı bütün hərəkətləri özündə ehtiva edir. Qul alveri spe-
sifik peşə kimi, XVIII-XX əsrdə geniş yayılmışdır. ABŞ-da 
vətəndaş müharibəsində şimalın qələbəsi köləliyin ləğvi qul-
ların satış bazarının zəifləməsi ilə nəticələndi. Zənci alverini 
ilk dəfə 1815-ci ildə Vyana Konqresi pisləmişdi. Sonradan 
1818-ci  ildə  Aahendə  (Almaniyanın   Şimali  Reyn-Vestfa-
liya vilayətində,  Hollandiya  və  Belçika  ilə  sərhəd  bölgədə 
yerləşən şəhər) belə ticarət qadağan olundu. Buna baxma-
yaraq, köləlik və qul alveri uzun müddət gəlirli peşə olaraq 
qalmaqda idi. Qul alveri qulları bir ölkədən digərinə daşıma, 
yaxud daşımağa cəhd, eləcə də maddi və qeyri mənfəət əldə 
etmək məqsədilə onların satılması və ya mübadiləsidir. Bu 
əlamətlər olmadıqda, qul alverinin cinayət tərkibi də olmur. 
Müasir dövrdə qul alverinin beynəlxalq xarakterli digər 
cinayətlərə bənzər gizli formaları aşkar olunmuşdur. Belə ki, 
bir çox ölkələrdə ucuz işçi qüvvəsinin satılması üzrə biznes 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
162
formalaşır.  Satıcı  vasitəçilik  fəaliyyətinə  görə  az  olmayan 
gəlir götürür. 
Uşaqların  oğurlanıb  sonradan  satılması  qul  alverinin 
spesifik forması hesab olunur. Bir çox Qərb, Şərq və Cənub 
ölkələrində  yarırəsmi  olaraq  uşaq  sa tı şı  üzrə  “qara  bazar” 
yaranmışdır. Uşaq adətən, həddi-buluğa çatanadək alıcının 
mül kiy yətinə çevrilir. Qul alverinin bu növü həmçinin bey-
nəlxalq  cinayət  sayılmalıdır. 
Köləlikdən və qul alverindən savayı, onların eyni olan 
bir sıra cinayətlər də mövcuddur. Bu, qadın alveri, uşaq al-
veri və məcburi əməkdir. Ucuz işçi qüvvəsinin satılması, qul 
alveri olduğu kimi, qadının da alıcının mülkiyyəti qismində 
satılması qul alveri kimi tövsif oluna bilər. 
İnformasiya texnologiyalarının inkişafı insan alveri fe-
nomeninə yeni amillər əlavə etmişdir. İnternet kifayət qədər 
imkanlar yaratdığı üçün insan alveri ilə məşğul olanlar da bu 
imkanlardan operativ istifadə edirlər. İndi insan alveri çox 
zaman elektron poçt vasitəsilə iş təklifləri for ma sında və ya 
nigah büroları pərdəsi altında, habelə pornoqrafik material-
ların və fahişəlik xidmətlərinin satışı formasında meydana 
çıxır. Bu, əlbəttə ki, insan alverinin möv cudluğunun başlı-
ca  səbəblərindəndir,  bu  fenomenə  “müştərilər”  tərəfindən 
açıq-aydın tələbat var və onların davranışı bəşər cəmiyyəti-
nin təkamülü ilə sıx əla qə dar dır. İnsan alverçilərinin sistemli 
və genişmiqyaslı səyləri hər şeydən əvvəl müş tə rilərin “təla-
batı”nı ödəməyə yönəlib. 
İnsan alveri ilə mübarizə aparan dövlətlər aparılan mü-
barizənin praktiki əlaqələndirilməsini təmin etmək məqsədilə 
informasiya mübadiləsi aparır, onlara məlum olan hər bir in-
san alveri hadisəsi ilə bağlı bir-birilərini məlumatlandırırlar. 
Nəhayət, köləlik və kölə ticarəti Vətəndaş hüquqları və 
siyasi hüquqlar haqqında Beynəlxalq Paktda, İnsan hüquq-


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə