Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə49/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
156
kölə nin satmaq və ya dəyiş dir ilərək başqasına verilməsi ilə 
bağlı istənilən akt başa dü şü lür. Əlbəttə, bu, cinayət qanun-
vericiliyi  üçün  bir  o  qədər  də  dürüst  xarakteristika  hesab 
olunmur, amma onun mahiyyəti aydındır, belə ki, o, insa-
nın kiminsə mül kiy yəti olmasına yol vermir. Dövlətin daxili 
qanunvericiliyi bunun məzmununu həm aydınlaşdıra bilər, 
həm də “köləlik” anlayışı ilə kifayətlənib bu cinayətə görə 
cəza müəyyənləşdirə bilər. BMT-nin İqtisadi və Sosial Şu-
rası  1966-cı  ildə  qəbul  et diyi  qətnamədə  (1126/1  oktyabr) 
köləlik anlayışına öz əlavəsini etdi. Belə ki, kölə liyə aparte-
id və müstəmləkəçilik praktikası aid edildi. Siyasi cəhətdən 
bu, ümumən düzdür, lakin hüquqi baxımdan birmənalı qəbul 
edilə bilməz. Müəyyən qədər oxşar olsa da özünəməxsus xü-
susiyyətlərinə görə müxtəlif əməllər eyni tərkibli cinayətlər 
ola bilməz. Heç köləlik və aparteid anlayışları da uyğun 
gəlmir və bunların hər biri müstəqil tərkibli beynəlxalq ci-
nayətlərdir. 
Bu fəsildə məqsəd yalnız köləliyin mahiy yətini izah et-
mək deyil, əsas etibarilə köləliyi insanlıq əleyhinə cinayət 
kimi xarakterizə edən əlamətləri şərh etməkdir. Məsələ bu-
rasındadır ki, hər cür köləlik insanlıq əleyhinə cinayət hesab 
olunmur. 
 Köləlik insanlıq əleyhinə cinayət kimi ilk dəfə Nürn-
berq  Tribunalı  Nizamnaməsinin  6-cı  maddəsində  göstəril-
miş, sonra isə BNŞ-nın 10 nömrəli Qanununun 11-ci mad-
dəsində, YBCT və RBCT-nin müvafiq olaraq 5-ci və 3-cü 
maddələrində, Sülh və Bəşəriy yətin təhlükəsizliyi əleyhinə 
cinayətlər məcəlləsi layihəsinin 2-ci maddəsində və nəhayət, 
BCM Statutunun 7-ci maddəsində öz əksini tapmışdır. 
Beynəlxalq  hüquqda  hamılıqla  qəbul  olunmuşdur  ki, 
köləliyin insanlıq əley hinə cinayət hesab olunması üçün əsas 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
157
keyfiyyətlərdən biri onun mülki əhaliyə qarşı sistematik və 
genişmiqyaslı formada baş verməsidir. 
Köləlik  cinayətinin  ictimai  təhlükəliliyi  özündə  bey-
nəlxalq  hüququn  insan  hü quq  və  azadlıqlarının  tanınma-
sı  prinsipini  nəzərdə  tutan  beynəlxalq  hüquq  norma larının 
pozulmasını əks etdirir. Bu cinayət birbaşa qəsdlə törədilir. 
Təqsir kar  başqa  şəxs  barəsində  mülkiyyət  hüququna  xas 
olan səlahiyyətləri həyata keçirdiyinin icti mai təhlükəli ol-
duğunu dərk edir və bunu arzu edir. Cinayətin motivi kimi 
düşmən çilik və nifrət hissi, tamah, öz üstünlüyünü nümayiş 
etdirmək hissi və s. çıxış edir. 
BCM-nin Statutu “kölə vəziy yətinə salma”nı insanlara 
münasibətdə hər hansı səlahiyyətin və ya mülkiyyət hüququ 
ilə bağlı bütün səlahiyyətlərin həyata keçirilməsi, o cümlə-
dən bu səlahiyyətlərin insan alveri, xüsusən qadın və uşaq 
alveri zamanı həyata keçirilməsi kimi qəbul edir (7-ci mad-
dənin 2-ci hissəsinin c) bəndi). 
Köləlik aşağıdakı əlamətlərinə görə insanlıq əleyhinə ci-
nayətlərin tərkib elementlərini yaradır
1
:
• icraçı bir və ya bir neçə şəxs (kölə) üzərində sahiblik 
hüququnu həyata keçirir (almaq yolu ilə satmaq yolu 
ilə istifadəyə vermək yolu ilə dəyişdirilməsi və yaxud 
analoji olaraq onları azadlıqdan məhrum etməklə);
• əməl mülki əhaliyə qarşı genişmiqyaslı və sistematik 
hücumun bir hissəsi olaraq baş verir;
• icraçı mülki əhaliyə qarşı törətdiyi əməlin sistematik 
və genişmiqyaslı hücumun bir hissəsi olduğunu bilir 
və dərk edir və hətta bunu arzu edir;
• əməl dövlət siyasəti və hərəkəti nəticəsində baş verir. 
1
Bassiouni M. Cherif. Crimes against Humanity: Historical   Evolution 
and Contemporary Application. Cambridge, Cambridge Univ. Press, 2011


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
158
Göründüyü kimi, hər hansı bir şəxs fərdi qaydada bu ci-
nayəti törədə bilməz, təbii ki, onun dəstəyi və maliyyə imkan-
ları olmalı, eyni zamanda özü üçün konkret obyekt seçməlidir. 
“Köləliyin, qul alverinin və köləliyə bənzər institut və 
adətlərin ləğvi haqqında” 1956-cı il tarixli Əlavə Konvensi-
yada ilk dəfə olaraq qadağalar və konkret ci nayətlərlə müba-
rizə formaları deyil, onların ləğvi barədə göstəriş müəyyən-
ləş mişdi. Beynəlxalq cinayət kimi təkcə köləliyin və qul alve-
rinin özü yox, həm də başqa la rının qula çevrilməsinə imkan 
yaradan şəxslərin əməlləri, qulların daşınması, şikəst etmə, 
başqa insanların damğalanması, başqa şəxslərin özlərini kölə 
vəziyyətinə sal ma larına sövq edilməsi, qul mübadiləsi və s. 
tövsif oluna bilər. 1956 cı il Kon ven siya sının 3-cü maddəsi-
nin II bəndinə əsasən, Konvensiyada iştirak edən dövlətlər 
onla rın bayrağından qanuni əsasda istifadə edən gəmilərin, 
yaxud uçan aparatların qul daşımalarına yol verməmək və 
belə əməllərdə, yaxud dövlət bayrağının bu məqsədlə istifa-
də edilməsində müqəssir olan şəxsləri cəzalandırmaq üçün 
bütün təsirli tədbirləri görməlidirlər. Eyni zamanda, bu Kon-
vensiyanın iştirakçıları dəniz və hava limanlarından və sahil-
lərdən qul daşınması üçün istifadə edilməsinə yol verməmək 
üçün lazımi vasitələrdən istifadə etməlidirlər. Konvensiyaya 
görə, dövlətlər aşağıdakı institutların və adətlərin tədricən və 
mümkün qədər qısa müddətdə tam ləğvi və ya aradan qaldı-
rılması üçün bütün mümkün və zəruri qanunvericilik tədbir-
ləri və başqa tədbirləri görməyi öhdələrinə götürürlər:
• borc asılılığı, yəni borclunun öz borcunu təmin et-
mək üçün şəxsi əməyini və ya ondan asılı olmayan 
şəxsin əməyini verməsi nəticəsində yaranan hal və 
ya vəziyyət – əgər görülən işin lazımi şəkildə qiy-
mətləndirilən  dəyəri  borcun  ödənişi  üçün  hesaba 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə