Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə27/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
87
Cinayətkar  1949-cu  il  Cenevrə  Konvensiyalarına  və 
BHH normalarına müvafiq olaraq mühafizə olunmalı olan 
bir və ya daha artıq şəxsə ağır fiziki və ya əqli əzablar verir, 
yaxud xəsarətlər yetirir, belə əzab və ya xəsarətlər: hər hansı 
məlumat və ya etiraf əldə etmək, cəzalandırmaq, qorxutmaq 
və  ya  məcbur  etmək  məqsədilə,  yaxud  ayrı-seçkiliyin  hər 
hansı növünə əsaslanan səbəbə görə yetirilir. Eyni zaman-
da cinayətkar bir və ya daha çox şəxs üzərində xüsusi bio-
loji təcrübə aparır. Bu təcrübə insanların fiziki və ya psixi 
sağlamlıq durumunu ciddi surətdə təhlükə qarşısında qoyur. 
Təcrübənin  məqsədi  terapevtik  xarakterli  deyil  və  təcrübə 
nə tibbi müalicə üsullarını əks etdirir, nə də belə şəxs və ya 
şəxslərin maraqları çərçivəsində həyata keçirilir. Cinayətkar 
törətdiyi  əməlin  insan  üçün  təhlükəli  olduğunu  və  cinayət 
olduğunu dərk edir və bunu bilərəkdən edir. Cinayətkar bu 
əməllərin silahlı münaqişə şəraitində törədildiyindən və ci-
nayətin  qurbanı  olan  şəxslərin  Cenevrə  Konvensiyalarına 
müvafiq olaraq müdafiəsindən xəbərdar olur. 
3. qəsdən güclü iztirablar, ağır bədən xəsarətləri, yaxud
sağlamlığa ziyan yetirmə
Cinayətkar silahlı münaqişə zamanı Cenevrə Konvensi-
yaları ilə müdafiə olunan bir və ya daha artıq şəxsə bilərək-
dən  ağır  fiziki  və  ya  əqli  əzablar  verir,  xəsarətlər  yetirir, 
yaxud bədəninə və ya sağlamlığına ciddi zərər vurur. O, bu-
nun silahlı münaqişə şəraitində baş verdiyini aydın dərk edir 
və törətdiyi əməlin cinayət olduğunu bilir. 
4. hərbi zərurətlə əlaqədar olmayan əmlakın qeyri-qa-
nuni, mənasız və genişmiqyaslı məhvi və mənimsənilməsi
Bu əmələ görə cinayətkar, silahlı münaqişə şəraitində və-
təndaşlara məxsus mülkiyyəti dağıdır və ya mənimsəyir. Əməl 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
88
hərbi  zərurət  olmadan  geniş  miqyasda  həyata  keçirilir.  Ci-
nyətkar bunun Cenevrə Konvensiyalarına zidd olduğunu və ci-
nayət olduğunu bilir və hətta bunu həyata keçirməyi arzu edir. 
5. Hərbi əsir, yaxud digər mühafizə olunan şəxsi, düş-
mən  dövlətin  silahlı  qüvvələrində  xidmətə  məcbur etmə
Cinayətkar bir və ya daha artıq şəxsi həmin şəxsin öz 
ölkəsinə və ya silahlı qüvələrinə qarşı aparılan hərbi əməliy-
yatlarda iştirak etməyə və ya hər hansı digər şəkildə düşmən 
tərəfin  silahlı  qüvvələrində  xidmət  keçməyə  zorla  məcbur 
edir. Cinayətkar bu əməlin də BHH normalarına zidd oldu-
ğunu və cinayət olduğunu bilir və öz məsuliyyətini dərk edir. 
6.  Hərbi  əsir,  yaxud  digər  mühafizə  olunan  şəxsi
ədalətli və normal mühakimə icraatı hüququndan qəsdən
məhrumetmə
Cinayətkar xüsusilə 1949-cu ildə qəbul olunmuş Üçün-
cü və Dördüncü Cenevrə Konvensiyalarında müəyyən edilən 
məhkəmə zəmanətini rədd edərək bir və ya daha artıq şəxsi 
mütəmadi  fəaliyyət  göstərən  ədalət  məhkəməsindən  məh-
rum edir. Cinayətkar həmin şəxslərin Cenevrə Konvensiya-
ları ilə mühafizə olunduğunu və ya onların mühafizə olun-
malı olduğunu aydın dərk edir və cinayəti törədir. 
7. qeyri-qanuni deportasiya, yerdəyişmə, yaxud azadlıq-
dan məhrumetmə
 Cinayətkar BHH normaları və Cenevrə Konvensiyaları 
ilə mühafizə olunan bir və ya daha artıq şəxsi digər əraziyə 
və ya dövlətə deportasiya edir və ya məcburi köçürür. Ci-
nayətkar törətdiyi əməlin silahlı münaqişələrlə bağlı olduğu-
nu və bunun cinayət olduğunu dərk edir və hətta bunu həyata 
keçirməyi arzu edir. 
8. girovgötürmə


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
89
Cinayətkar bir və ya daha artıq şəxsi müəyyən ərazidə 
girov  saxlayır  və  ya  saxlamaqda  davam  edir.  Cinayətkar 
belə şəxs və ya şəxsləri öldürməklə, xəsarət yetirməklə və ya 
saxlamaqla təhdid edir. Bununla yanaşı, cinayətkar dövləti, 
beynəlxalq təşkilatı, fiziki və ya hüquqi şəxsi və ya şəxslər 
qrupunu belə şəxs və ya şəxslərin təhlükəsizliyi və ya azad-
lığa çıxmaları üçün aşkar və ya gizli şəraitdə addım atmaq-
dan çəkindirmək niyyətində olur. Belə şəxs və ya şəxslərin 
1949-cu il Cenevrə Konvensiyaları ilə mühafizə olunduğunu 
cinayətkar aydın dərk edir, silahlı münaqişə şəraitində törət-
diyi bu əməlin cinayət olduğundan xəbərdar olur. 
b)  Beynəlxalq  hüquq  çərçivəsində  təsbit  edilmiş, 
beynəlxalq silahlı mü naqişələrdə tətbiq edilən qanun və 
adətlərin digər ciddi pozuntuları, o cümlədən aşağıdakı 
hərəkətlərdən  hər  hansı  biri:
9. Mülki əhaliyə və yaxud, bilavasitə hərbi əməlıyyat-
larda iştirak etməyən ayrı-ayrı şəxslərə qəsdən hücum etmə
Cinayətkar hücuma rəhbərlik edir. Hücumun hədəfi dö-
yüş əməliyyatlarında bilavasitə iştirak etməyən mülki əhali 
və ya fərdi mülki şəxslər olurlar. Cinayətkar hücumun hədə-
fi olaraq döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən 
mülki əhali və ya fərdi mülki şəxsləri seçir. Bu əməl silahlı 
münaqişə kontekstində baş verir və cinayətkar silahlı mü-
naqişənin mövcudluğunu təmin edən faktiki şəraitdən xəbər-
dar olur.
10. Mülki obyektlərə, yəni hərbi məqsədlər daşımayan
obyektlərə qəsdən hü cum etmə
Cinayətkar  hücuma  rəhbərlik  edir.  Hücumun  hədəfi 
hərbi məqsədlər üçün istifadə olunmayan obyektlər, yəni 
mülki obyektlər olur. Cinayətkar hücumun hədəfi olaraq 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə