Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə26/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
84
dən Tərəfin ərazisinin bir qismi üzərində nəzarəti həyata ke-
çirən müxalifət qüvvələri və ya digər silahlanmış mütəşəkkil 
dəstələr arasında baş verən bütün silahlı münaqişələrə tətbiq 
olunmalıdır. Bu Protokol silahlı münaqişə olmadığına görə 
iğtişaşlara, ayrıca götürülmüş və təsadüfi zorakılıq əməlləri 
və buna oxşar digər aktlar kimi ölkədaxili iğtişaş və gərgin-
lik vəziyyətlərinə tətbiq edilməməlidir”. 
Göründüyü kmi, beynəlxalq ictimaiyyət istər beynəlxalq, 
istərsə də daxili silahlı münaqişələrə, hər hansı iğtişaşlara, 
baş verən müharibələrə yanaşmada ədalətliliyin tərəfdarıdır. 
Məhz elə, “ədalətli müharibə” anlayışı da beynəlxalq ictima-
iyyətdən doğan bir sifarişdir. Təəssüf ki, ədalətli müharibə 
adətən, zəif tərəfə, yəni müdafiə vəziyyətində olanlara aid 
olur. Bir növ bu, özünümüdafiə xarakteri daşıyır. Müharibə 
cinayətlərinə gəldikdə isə bu cinayətləri hər iki tərəf (təca-
vüz edən və müdafiə olunan tərəf) törədə bilər. Yəni söhbət 
dinc mülki əhalinin, tarixi mədəniyyət abidələrinin və s. hər-
bi hədəf olmamasından gedir və bunu da tərəflər aydın dərk 
etməlidilər. Onların hərbi hədəfə çevrilməsi birbaşa mühari-
bə cinayətlərinin tərkibini yaradır. Müharibə cinayətlərinin 
baş verməsi BHH normalarının pozulmasına və beynəlxalq 
cinayət  məsuliyyətinin  yaranmasına  səbəb  olur.  Müharibə 
cinayətlərinin tərkibini yaradan əməllər BCM-nin Statutun-
da konkret göstərilmişdir. Qeyri-beynəlxalq xarakterli silahlı 
münaqişələr zamanı törədilmiş müharibə cinayətləri də Məh-
kəmənin yurisdiksiyasına aid edilmişdir. Məhkəmənin Sta-
tutu YBCT-nin Nizam na mə sini və hökmlərini əsas tutaraq 
həm beynəlxalq xarakterli, həm də qeyri-beynəlxalq xarak-
terli silahlı münaqişələr zamanı törədilmiş əməlləri mühari-
bə cinayətləri hesab edir. Dörd kateqoriyaya malik olan mü-
haribə cinayətlərinin iki kateqoriyası beynəlxalq silahlı mü-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
85
na qişələr zamanı törədilən cinayətlər, digər iki kateqoriyası 
isə  qeyri-beynəlxalq  si lah lı  münaqişələr  zamanı  törədilən 
cinayət lərdir.  Qeyri-beynəlxalq  silahlı  mü na qi şələr  zamanı 
törədilən əməllərin də müharibə cinayəti kimi nəzərdə tutul-
ması hü quqda irəliləyiş kimi qiymətləndi ril məlidir. Sta tutda 
müharibə  cinayəti  kimi  nə zərdə  tutulmuş  əməllər,  əsasən, 
Cenevrə Konven siya ları və onlara Əlavə Pro tokollarda ciddi 
pozuntular kimi ifadəsini tapmış əməllərdir. Eyni zamanda, 
BHH-da ciddi pozuntu hesab edilməmiş əməl lər də mühari-
bə cinayətləri kimi gös tə rilmişdir
1
. Məsələn, uşaq ların silah-
lı qüv vələrə cəlb edilməsi, işğalçı dövlətin işğal etdiyi əra-
zilərdə öz vətəndaşlarını yer ləşdirməsi, işğal edilmiş ərazidə 
yaşayan əhalinin həmin ərazidən deportasiya edilməsi bey-
nəlxalq hüquqi sənədlərdə müharibə cinayətləri kimi göstə-
rilmişdir. 
Müharibə cinayətlərinin ictimai təhlükəliliyi hərbi mü-
naqişələrdə və hərbi əməliyyatlarda iştirak etməsi müqabi-
lin də  maddi  mükafat  əldə  etməyi  özünə  peşə  seçən  qey-
ri-müəyyən sayda insanların meydana çıxması həmin şəxs-
lərin iştirakı nəticəsində nəinki münaqişədə olan tərəflərin 
hərbi qüv və lərin dən, o cümlədən dinc əhalidən xeyli adamın 
məhv edilməsi ilə xarak terizə olunur. 
Hərbi  əməliyyatlar  münaqişə  tərəflərinin  silahlı  qüv-
vələri arasında aparıl dı ğın dan beynəlxalq hüquq normaları-
na  müvafiq  olaraq  mülki  şəxslər  heç  bir  zorakılığa  məruz 
qalmamalıdır. Mülki əhaliyə qarşı edilən zorakılıq əməlləri 
qələbə çalmaq üçün məqbul metod sayıla bilməz. Mülki əha-
li döyüşlərdə iştirak etməyə cəlb edilməməli, bütün hallarda 
ona  hörmət  göstəril mə lidir.  Mülki  əhalinin  təhlükəsizliyi 
1
The 1949 Geneva Conventions: A Commentary (Oxford Commentaries on 
International Law) 1st Edition 
by Andrew Clapham


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
86
və ya əsaslı hərbi mülahizələr tələb etdikdə, işğalçı dövlət 
müəyyən ərazidən tamamilə və ya qismən təxliyəni həyata 
keçirə bilər. Belə təxliyələr za manı himayədə olan şəxslər 
yalnız işğal edilmiş ərazinin içərilərinə köçürülə bilər, lakin 
bu,  əməli  cəhətdən  mümkün  olmadığı  halda  istisna  təşkil 
edir. Bu qaydada təxliyə edilmiş şəxslər həmin ərazidə döyüş 
əməliyyatları başa çatan kimi öz yerlərinə qaytarılmalıdır. 
Göstərilənlərlə  yanaşı,  müharibə  cina yəti  kimi  qəbul 
olun muş kimyəvi, bakterioloji, nüvə silahlarının tətbiqinin, 
yaxud  hər bi  əsirlərin  və  mülki  şəxslərin  repatriasi yasının 
əsassız gecik dirilməsinin, mülki əhali və mülki obyektlərə 
ziyan  yetirən  qeyri-seçim  xarakterli  hücum  Statutda  mü-
haribə  cinayəti  kimi  öz  əksini  tapmamışdır.  Statutun  8-ci 
maddəsinin  tələblərinə  görə  aşağıda  göstərilən  əməllərdən 
(müharibə cinayətlərindən) hər hansı biri geniş miqyasda və 
dövlət siyasəti formasında törədildikdə Məhkəmənin yuris-
diksiyasına  aid  olur:
a) 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının cid-
di şə kil də pozulması, o cümlədən Cenevrə Konvensiyala-
rının müd dəa larına uyğun olaraq mühafizə olunan şəxs-
lərə və əmlaka qarşı aşağıdakı hərəkətlərdən biri:
1.  qəsdən adamöldürmə
Bu  əmələ  görə  cinayətkarın  1949-cu  il  Cenevrə  Kon-
vensiyalarına və BHH normalarına müvafiq olaraq mühafizə 
olunmalı olan bir və ya daha çox şəxsi öldürməsi nəzərdə 
tutulur. Cinayətkar həmin şəxslərin mühafizə olunması şə-
raitindən və silahlı münaqişənin mövcudluğunu təsdiq edən 
faktiki şəraitdən xəbərdar olur və əməl silahlı münaqişə kon-
tekstində baş verir;
2. bioloji eksperimentlər də daxil olmaqla işgəncə və ya
qeyri-insani rəftar


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə