Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə25/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
81
“BHH  silahlı  münaqişələr  zamanı  tətbiq  olunur  və 
döyüş  əməliyyatları  dayandırıldıqdan  sonra  da,  yekun 
sülh  sazişi  imzalanana  qədər  və  ya  daxili  münaqişə  ol-
duqda  asayişin  təmin  edilməsinə  qədər  davam  etdirilir. 
BHH müharibə aparan dövlətlərin bütün ərazisində həmin 
ana qədər, daxili münaqişə olduqda isə faktiki döyüşlərin 
gedib-getməməsindən asılı olmayaraq bütün ölkə ərazisi 
tərəflərdən  birinin  nəzarəti  altına  keçənə  qədər  qüvvədə 
olan  yeganə  qanunvericilik  hesab  olunur.”
Tribunalın  qənaətinə  görə,  Cenevrə  Konvensiyala-
rında beynəl xalq silahlı münaqişələrin coğrafi miqyasına 
gəldikdə heç nə nəzər də tutulmasa da, bu konvensiyalar 
onların  müddəalarından  ən  azı  bəzilə rinin  təkcə  faktiki 
döyüşlərin getdiyi bölgələrdə deyil, münaqişə tərəflərinin 
bütün ərazisində qüvvədə olduğu mənasına gəlir. Xüsusilə 
də  hərbi  əsirlərlə  və  qarşı  tərəfin  girov  götürdüyü  digər 
şəxslərlə rəftar etməklə bağlı müddəaların faktiki döyüş 
bölgələrinə yaxınlıqla heç bir əlaqəsi və asılılığı yoxdur. 
Bu asılılığın olmaması həmçinin 3-cü ümumi maddə və 
2-ci  Protokolda,  qeyri-beynəlxalq  silahlı  münaqişələrdə 
döyüş  əməliyyatlarında  fəal  iştirak  etməyən  və  ya  artıq 
fəal iştirakı dayandırılmış şəxslərə də şamil olunur. Əlavə 
olaraq 4-cü Cenevrə Konvensiyasının 6. 2-ci maddəsin-
də  deyilir  ki,  “münaqişə  tərəflərinin  ərazisində  mövcud 
Konvensiyanın tətbiqinə hərbi əməliyyatların başa çatdığı 
an son qoyulmalıdır.” Tribunal müəyyən etdi ki, bütün bu 
müddəalardan BHH-nın münaqişə bölgəsin də geniş surət-
də tətbiq edildiyi aydın olur və buna görə də Tadiçə qar şı 
irəli sürülən ittihamlar qüvvədə qalmalıdır. 
Cenevrə Konvensiyaları beynəlxalq silahlı münaqişələ-
rin tənzimləyicisi rolunda çıxış etsə də, onun müəyyən müd-


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
82
dəaları təcavüz cinayətinə də şamil olunur. Konvensiyanın 
müddəalarının qeyri-beynəlxalq silahlı münaqişələrə şamil 
olunmadığı  barədə  müəyyən  iddialar  mövcuddur.  “Qey-
ri-beynəlxalq  silahlı  münaqişə”  termini,  beynəlxalq  silahlı 
münaqişənin bir qədər texniki və qeyri-intuitiv verilən təri-
finin ödəmədiyi münaqişələrin bütün miqyasını əhatə etmək 
məqsədilə “vətəndaş müharibəsi” və “daxili münaqişə” an-
layışlarının əvəzləyicisi kimi işlənir. 
Silahlı  münaqişənin  xarakterində  qeyri-beynəlxalq  si-
lahlı münaqişələrin üstünlük təşkil etməsi, döyüş meydanının 
əhalinin  sıx  məskunlaşdığı  ərazilərə  doğru  hərəkəti,  silahlı 
münaqişələrdə  mülki  şəxslərin  iştirakının  genişlənməsi  və 
partizan müharibələrinin artması ilə bağlı gedən dəyişiklik-
lərə cavab olaraq beynəlxalq ictimaiyyət Cenevrə Konven-
siyasına iki əlavə protokol qəbul etdi. Ən əhəmiyyətlisi isə 
1-ci protokolda beynəlxalq silahlı münaqişənin tərifinin daha 
geniş  təsviri,  bura  “xalqların  öz  müqəddəratını  təyinetmə 
hüquqlarını  həyata  keçirərək  müstəmləkəçi  hökmranlıqla, 
yadelli işğalçılarla və irqçi rejimlərlə mübarizə apardığı silah-
lı münaqişələr”in daxil edilməsi oldu. Bu münaqişələrə bey-
nəlxalq silahlı münaqişələr statusu verməklə, eyni zamanda 
və bir sıra azadlıq hərəkatına siyasi üstünlük qazandırmaqla 
sözügedən protokolda müəyyən dərəcədə müharibə hüququ-
nun “ədalətli müharibə” ənənəsinə çağırış öz əksini tapır. 1-ci 
protokolda həmçinin hərbi və mülki hədəflər arasında fərq 
qoymaq öhdəliyi ilə və qüvvələrdən düzgün nisbətdə istifa-
də etməklə əlaqədar daha ətraflı tənzimləmələr əks olunur, 
bununla  da  muzdlularla  bağlı  tənzimləmələrə  daha  dəqiq 
və aydın tərif verilir. Burada eləcə də imtiyazlı döyüşçülə-
rin təsnifatı daha geniş formada qeyd olunur, belə ki buraya 
müəyyən  qaydalara  riayət  etməklə  özlərini  mülki  əhalidən 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
83
fərqləndirən partizan hərəkatlarının üzvləri və ya qeyri-rəsmi 
hərbçilər daxildir. Bu tənzimləmələr 3-cü Cenevrə Konven-
siyasının hərbi əsirlərlə bağlı olan bəndlərinə nisbətən daha 
düzgündür, protokolun mülki əhalini daha böyük risk altına 
ataraq döyüşçü və partizanlara daha yaxşı mühafizə təmin et-
diyi üçün həmin bəndlər tənqidə məruz qalırdı. Yuxarıda de-
yilən müddəalarla 1-ci Protokol həm Cenevrə, həm də Haaqa 
qanunvericiliyinin elementlərini əks etdirir. 
2-ci  Protokol  3-cü  ümumi  maddənin  minimal  tənzim-
ləmələrini  konkretləşdirir.  Tarixən  dövlətlər,  ilk  növbədə 
müxalif  fikirlilərin  və  ya  ölkədaxili  üsyançı  dəstələrin  le-
gitimləşəcəyindən,  eləcə  də  ölkənin  daxili  problemi  kimi 
nəzərdən keçirilən məsələlərin beynəlxalq müşahidəçilərin 
əlinə  keçəcəyindən  ehtiyat  edərək  qeyri-beynəlxalq  silah-
lı  münaqişələrin  aparılmasını  nizamlayan  hüquqi  tənzim-
ləmələr  qəbul  etməkdə  maraqlı  olmayıblar.  Dörd  Cenevrə 
Konvensiyası işlənib hazırlanan zaman Beynəlxalq Qırmızı 
Xaç Komitəsinin və bir sıra ölkələrin nümayəndələri qey-
ri-beynəlxalq silahlı münaqişələr üçün daha ətraflı tənzim-
ləmələr təklif etdi. Göstərilən kəskin müqavimət sayəsində 
əldə olunan nəticə yığcam formada 3-cü ümumi maddədən 
ibarət  oldu. 
Protokolun 1-ci maddəsində deyilir: “3-cü ümumi mad-
dəni  təkmilləşdirən  və  tamamlayan,  12  avqust  1949-cu  il 
tarixli  Cenevrə  Konvensiyasına  əlavə  olunan  bu  Protokol, 
Konvensiyanın mövcud şərtlərini və əlavələrinə dəyişiklik 
etmədən  1-ci  Protokolda  əhatə  olunmayan  və Yüksək  sə-
viyyədə Müqavilə imzalamış Tərəflərdən birinin ərazisində 
həmin Tərəfin silahlı qüvvələri ilə, məsul rəhbərlik altında 
davamlı  və  razılaşdırılmış  hərbi  əməliyyatlar  aparmaq  və 
bu  Protokolu  icra  etmək  iqtidarında  olacaq  qədər  sözüge-


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə