Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
66
miqyaslı və sistematik hücumun tərkib hissəsi olaraq silahlı
münaqişə zamanı baş vermişdi. Məhkəmə belə davranışın,
qısaca olaraq “təqib” kimi təsvir edilən, yəni qurbanlar onları
təqib edənlərlə eyni deyil, başqa etnik qrupa mənsub olduq-
larına görə işgəncələrə məruz qalmaları onlara əzab veril-
məsi, divan tutulması, sıxışdırılması və ayır-seçkiliyə məruz
qoyulması mənasını verən insanlıq əleyhinə cinayətlərə gə-
tirib çıxardığını müəyyən etdi. Belə cinayətlə bağlı yüksək
statuslu rəsmilər ittiham olunmuş və bununla bağlı Nürnberq
prosesindən və Müttəfiqlərin hərbi tribunallarından kifayət
qədər presedentlər mövcuddur. Məsələn, nasist hakimlər na-
sist siyasətini davam etdirmək üçün qanunu sistematik ola-
raq yəhu dilərin və polyakların əleyhinə yönəldərək ondan
qəddarcasına istifadə etdiklərinə görə cəzaya məhkum edil-
mişdilər. Nürnberq prosesində azğın anti-semitist təbliğatçı
Yulius Strayxer yəhudilərə qarşı qırğınların həyata keçiril-
məsinə gətirib çıxaran insanlıq əleyhinə cinayətləri törət-
məkdə təqsirli bilindi: bu cinayətləri onun rəsmi və yarı-rəs-
mi nəşrlərə redaktorluq etmək yolu ilə törətdiyi qənaətinə
gəlindi. Mahiyyət etibarilə, cinayəti törədənlərin fərd baxı-
mından məsuliyyət dərəcələri müxtəlif ola bilər, növləri isə
eynidir, yəni onların hamısı günahkardır. Məhz Tadiç də belə
cinayətkarlardan idi. Tadiçə nə qədər ağır cəza verilsə idi,
bütün hallarda ədalət prinsipi gözlənilməli idi. Məhkəmənin
Tadiç barədə qərarında on səkkiz ayın içində Kozaradakı ka-
fenin müxtəlif millətlərin qaynayıb-qarışdığı məkandan mil-
lətçilərin irqçi siyasətinin baş alıb getdiyi şər yuvasına necə
çevrildiyindən bəhs olunur. Baş verən bu dəyişikliyə görə
kim cavabdeh olmalıdır? Bir fərd kimi Tadiç həbsə düşmək
üçün yetərincə məsuliyyət daşıyır, lakin onun şüuruna təsir
edərək zəhərləmiş kəslər, keçmiş Yuqoslaviyadakı genosidin
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
67
“əqli-mənəvi müəllifləri” beynəlxalq hüququn təsir dairəsin-
dən kənarda azadlıqda gəzirdilər. Məsələnin görünməyən və
təəssüf doğuran tərəfi də məhz bu idi.
YBCT-dan sonra RBCT insanlıq əleyhinə cinayətlərin
araşdırlıması və təqsirkarların cəzalandırılması ilə bağlı əhə-
miyyətli addım atdı. Akayesu işi üzrə çıxardığı hökmdə tri-
bunal insanlıq əleyhinə cina yətlərin əsas etibarilə 4 element-
dən ibarət olduğu göstərmişdi:
• əməl təbii və xarakterik xüsusiyyətlərinə görə qey-
ri-insani olmaqla insanlara böyük əziyyət və ya ciddi
bədən xəsarəti yetirmə və habelə əqli və fiziki sağlam-
lığına ciddi xəsarət yetirməni əhatə etməlidir;
• əməl genişmiqyaslı və ya sistematik hücumun bir his-
səsi kimi baş verməlidir;
• əməl mülki əhaliyə qarşı yönəlməlidir;
• əməl milli, dini, siyasi, etnik və ya digər səbəblər kimi
ayrı-seçkilik formasında baş verməlidir
Göründüyü kimi, Tribunal Ruandada baş vermiş geno-
sid cinayətinə görə yaradılmasına və genosidlə bağlı çoxlu
sayda hökm çıxarmasına baxmayaraq insanlıq əleyhinə ci-
nayətlərə də xüsusi diqqət yetirmişdi. YBCT və RBCT-nın
yaranması və inkişafını bir növ Nürnberq prosesinə qayıdış
kimi və ya onun davamı kimi dəyərləndirmək olar və insan-
lıq əleyhinə cinayətlərə yeni baxış kimi qəbul etmək olar.
Danılmaz faktdır ki, insanlıq əleyhinə cinayətlərlə bağlı
bəzi məsələlər YBCT və RBCT Nizamna mə lərinin qəbulu
zamanı aydınlaşdı. Hər iki tribunal Yuqoslaviya və Ruanda-
da baş vermiş insanlıq əleyhinə cinayətlərin və digər bey-
nəlxalq cinayətlərin baş vermə səbəblərini araşdırmış və təq-
sirkar şəxsləri məsuliyyətə cəlb etmişdir. Hər iki tribunalın
yaradılmasında o qədər də böyük zaman fərqi olmamasına
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
68
baxmayaraq, insanlıq əleyhinə cinayətlərin izahında onlar
fərqli mövqedən çıxış etmişlər. Belə ki, YBCT Nizamnamə-
sinin 5-ci mad də sin də göstərilir ki, Tribunal beynəlxalq və ya
qeyri-beynəlxalq silahlı mü naqişə zamanı mülki əhaliyə qarşı
baş vermiş adamöldürmə, əhalini məhvetmə, kölə vəziyyətinə
salma, deportasiya, özbaşına həbs etmə, işgəncə, zorlama, si-
yasi, di ni, irqi və ya digər səbəblərə görə təqib etmə cinayət-
lərinin baş verdiyi zaman məsuliyyət məsələlərini həll edir.
Bu maddədən göründüyü kimi silahlı münaqişə ilə insanlıq
əleyhinə cinayətlər arasında hər hansı birləşdirici elementin
(beynəl xalq və ya qeyri-beynəlxalq silahlı münaqişə) möv-
cudluğu iddia olunur. YBCT Nizamnaməsinin 5-ci maddəsi
ilə Nürnberq Tri bu nalı Nizamnaməsinin 6-cı maddəsi ara-
sında müəyyən yaxınlıq var. Belə ki, Nürnberq Tribunalının
Nizamnaməsi də YBCT Nizam na mə si kimi insanlıq əleyhinə
cinayətlərin silahlı münaqişələrlə bağlı ol ma sını göstərir.
YBCT insanlıq əleyhinə cinayətlərlə silahlı münaqişələ-
rin bağlılığına dair 7 may 1997-ci ildə Tadiç işinə aid qəra-
rında aşağıdakıları müəy yən etdi
1
:
• silahlı münaqişənin mövcudluğu;
• insanlıq əleyhinə cinayətlərlə silahlı münaqişələr ara-
sında hər hansı bir bağlılığın olması;
• dinc mülki əhaliyə qarşı yönəlmiş əməlin genişmiq-
yaslı və ya sistematik olması;
• əməlin, dövlət siyasətinin nəticəsi olaraq irqi ayrı-seç-
kilik formasında baş verməsi;
• bütün bu göstərilənlərin əsasında qanunazidd məqsə-
din mövcud olması, hansı ki, bu məqsəd özü də bey-
1
The practиce of the Internatиonal Crиmиnal Trиbunals for the fomer Yu gos -
lavиa and Rwanda /Cohn R. W. D. Cones, Transnatиonal Publиshers,
İnc.
Ardsley, New-York, 2000
Dostları ilə paylaş: |