Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə28/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Sifariz Səbzəliyev
 
31 
layanlara həvalə edilmiş resursların idarə edilməsi və onların qəbul etdikləri 
qərarlar üzrə məsuliyyətin daşınması zərurətini nəzərdə tutur. 
Maliyyə hesabatının istifadəçiləri müəssisənin rəhbərliyindən, sərma-
yədarlardan (səhmdarlardan), borcverən və kreditorlardan, muzdlu işçilər-
dən, analitiklər və məsləhətçilərdən, hökumət və cəmiyyətdən, habelə, 
işgüzar təmas qruplarından ibarətdir. 
Səhmdarlar qrupuna
mövcud və potensial mülkiyyətçilər daxildir. 
Bu qrupun üzvləri sərmayələrin alınması üzrə düzgün qərarların qəbul 
edilməsi üçün zəruri olan informasiyalar ilə təmin olunmalıdır. 
Borcverənlər qrupuna
veksel və istiqrazların mövcud və potensial 
sahibləri, təminatlı və təminatsız qısamüddətli borcverən subyektlər aiddir.
Muzdlu işçilər
qrupuna
müəssisədə keçmişdə və hal-hazırda çalışan, 
habelə gələcəkdə fəaliyyət göstərə biləcək əməkdaşlar daxildir. Bu qrupun 
üzvləri müəssisənin sabitliyinin, onun öz işçilərinə əməkhaqqının və işdən 
çıxdıqdan sonra pensiyaların ödənilməsinin və işçilərin məşğulluğunun 
təmin edilməsi imkanları haqqında zəruri informasiyada maraqlıdırlar. 
Analitiklər və məsləhətçilər qrupuna
maliyyə ekspertləri və təd-
qiqatçılar daxildir. Onlar müəssisənin gələcəkdə mənfəət və pul vəsaitləri 
əldə etmək imkanlarını qiymətləndirmək üçün zəruri informasiya ilə təmin 
olunmalıdırlar.
İşgüzar təmas qrupuna
tədarükçülər, istehlakçılar və digər oxşar 
məqsədli tərəflər daxildir. 
Hökumət qrupununa
təsərrüfat fəaliyyətinə nəzarət edən bütün 
müvafiq dövlət və ya hakimiyyət orqanları daxildir. Bu qrupun üzvləri 
müəssisənin fəaliyyətini tənzimləmək üçün tələb olunan müvafiq informa-
siya ilə təmin olunmalıdır. 
Cəmiyyət qrupu
dedikdə, buraya müəssisənin fəaliyyəti ilə təmasda 
olan və ya maraqlanan geniş ictimai qurumlar başa düşülür. Maliyyə 
hesabatı ictimaiyyəti müəssisənin müxtəlif sahələrinin fəaliyyətində mövcud 
olan meyillərdə baş vermiş dəyişikliklər haqqında informasiya ilə təmin 
etməklə, ictimaiyyətə yardımçı ola bilər. 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə