Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə46/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı
50 

reformasiya olunmayan balanslar. 
Əvvəllər 
brutto-balans
dedikdə, bölüşdürülməmiş mənfəətin əks 
etdirildiyi balans başa düşülürdü. Bölüşdürülmüş mənfəət qeydə alınan 
balans isə 
netto-balans
hesab olunurdu. Daha sonralar təsnifatın yeni 
əlamətləri meydana gəldi: 
reformasiya olunan balanslar

reformasiya 
olunmayan balanslar
. Ötən əsrin 90-cı illərinədək Azərbaycanda refor-
masiya olunmayan balanslar tətbiq olunurdu. Başqa sözlə, hesabat ilinin 
sonuna mənfəət göstəricisi bölüşdürülmürdü və o, növbəti hesabat dövrünün 
ilkin balansında göstərilmirdi. Uçotun müasir praktikası reformasiya olunan 
balanslara istinad edir. Konkret olaraq hesabat dövrünün sonunda aşkara 
çıxarılan maliyyə nəticələri ilin son gününün dövriyyəsi ilə bölüşdürül-
məmiş mənfəətə birləşdirilir. Bu gün balans-brutto və balans-netto anla-
yışları balansın nizamlayıcı və dəqiqləşdirici maddələri ilə əlaqələndirilir. 
Əsas maddələr mühasibat müşahidəsi obyektlərinin azalmayan göstə-
ricilərini, nizamlayıcı maddələr isə əsas maddələrin qiymətləndirilməsinin 
kəmiyyətini onların qalıq dəyəri həcmində dəqiqləşdirir. Beləliklə, özündə 
nizamlayıcı maddələri birləşdirən mühasibat balansı balans-brutto, nizam-
layıcı maddələrsiz balans isə balans-netto adlanır. 
İqtisadi fəaliyyət növləri üzrə balanslara
aiddir: 

nizamnaməli balanslar; 

nizamnaməsiz balanslar. 
Nizamnaməli mühasibat balansları
təşkilatın nizamnaməsində qeyd 
olunan əsas fəaliyyəti üzrə maliyyə vəziyyətini açıqlayır.
Nizamnaməsiz mühasibat balansları
müvafiq hüquqi şəxsin sair 
fəaliyyət növləri (nizamnamədə olmayan) üzrə informasiyaları təqdim edir. 
Xalq təsərrüfatının sahələri üzrə mühasibat balansları 
aşağıda-
kılara bölünür: 

sənaye müəssisələrinin balansı; 

kənd təsərrüfatı müəssisələrinin balansı; 

ticarət müəssisələrinin balansı;

nəqliyyat təşkilatlarının balansı və i.a. 

Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə