Dərs vəsaiti Sifariz Səbzəliyev 1 azərbaycan respublikasi təHSİl naziRLİYİ


Maddə 8. İctimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının tərtib  edilməsi   Maddə 9



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə13/198
tarix26.05.2022
ölçüsü2,5 Mb.
#88091
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   198
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maddə 8.
İctimai əhəmiyyətli qurumların maliyyə hesabatlarının tərtib 
edilməsi 

Maddə 9.
Kiçik sahibkarlıq subyektlərinin maliyyə hesabatlarının tərtib 
edilməsi 

Maddə 10.
İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarliq subyekt-
ləri istisna olmaqla, kommersiya təşkilatlarının maliyyə hesabatlarının 
tərtib edilməsi 

Maddə 13.
Qeyri-kommersiya təşkilatlarının maliyyə hesabatlarının 
tərtib edilməsi
 
Qanunun həmin maddələrində qoyulmuş tələblərə əsasən müəssisə və 
təşkilatlar maliyyə hesabatlarını aşağıda göstərilən müxtəlif standartlar əsa-
sında tərtib edirlər: 
İctimai əhəmiyyətli qurumların maliyyə hesabatları Maliyyə Hesa-
batlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edlir; 
Kiçik sahibkarlıq subyektlərinin maliyyə hesabatları onların öz se-
çimindən asılı olaraq, iki cür tərtib edilə bilər: 1) Sadələşdirilmiş uçotun 
Qaydalarına uyğun olaraq; 2) Kommersiya Təşkilatları üçün Milli Müha-
sibat Uçotu Standartlarına uyğun şəkildə. 
Adi kommersiya təşkilatları, yəni ictimai əhəmiyyətli qurumlar və 
kiçik sahibkarliq subyektləri istisna olmaqla, digər kommersiya təşkilat-
larının da maliyyə hesabatları öz seçimindən asılı olaraq, iki cür tərtib edilə 


Maliyyə hesabatı
16 
bilər: 1) Kommersiya Təşkilatları üçün Milli Muhasibat Uçotu Standartla-
rına uyğun şəkildə; 2) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına 
uyğun şəkildə. 
Qeyri-kommersiya təşkilatları maliyyə hesabatlarının tərtib olunması 
qaydalarına görə iki qrupa bölünür: 1) Büdcə təşkilatları, bələdiyyə orqan-
ları, büdcədənkənar dövlət fondları maliyyə hesabatlarını Büdcə Təşkilatları 
üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər; 2) Qeyri-
hökumət təşkilatları maliyyə hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün 
Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər. 
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun, 
eləcə də mühasibat uçotu və maliyyə hesabatı standartlarının yuxarıda gös-
tərilən tələblərinə əsasən Azərbaycan Respublikasının təsərrüfat sub-
yektlərində maliyyə hesabatının tam məcmusu aşağıdakılardan ibarətdir: 
1.
Mühasibat balansı; 
2.
Mənfəət və zərərlər haqqında hesabat;
3.
Kapitalda dəyişikliklər haqqında hesabat;
4.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
5.
Uçot siyasəti və izahlı qeydlər. 
Azərbaycan Respublikasının Nazirlər Kabineti 27 may 2010-cu ildə 
“Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş 
(konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri 
və dərc edilməsi qaydalarının təsdiq edilməsi” haqqında 97 saylı Qərar 
qəbul etmişdir. Bu Qərarda maliyyə hesabatının yuxarıda göstərilən tərkibi 
bir daha öz əksini tapmışdır. Kommersiya təşkilatları üçün MMUS yalnız 
kommersiya təşkilatlarının maliyyə hesabatına tətbiq edilir. Ümumiyyətlə
maliyyə hesabatının hər bir tərkib hissəsi dəqiq müəyyən edilməlidir. 

Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə