Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin


T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov



Yüklə 4,39 Mb.
Pdf görüntüsü
səhifə28/188
tarix06.02.2022
ölçüsü4,39 Mb.
#83510
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   188
ekoloji tehlukesizlik

T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
21 
İdarəetmə  qərarlarının  qəbul  edilməsi  və  təhlükəsizlik 
tələbləri  ilə  əlaqədar  olaraq  riskin  analitik  təhlili  və  onun  yol 
veriləcək  hədlərinin  müəyyənləşdirilməsi  üçün  aşağıdakılar 
vacibdir: 
1.
 
Mövcud  təhlükə  mənbələrinə  və  mümkün  zədələnmə 
obyektlərinin  vəziyyətinə  operativ  olaraq  nəzarət  etməyə  imkan 
verən informasiya sisteminin olması; 
2.
 
Təsərrüfat  fəaliyyətinin  nəzərdə  tutulan  istiqamətləri 
haqqında,  ekoloji    təhlükəsizlik  səviyyəsinə  təsir  edə  biləcək 
layihə  və  texniki  qərarlar    haqqında  məlumatlar,  həmçinin 
bunlarla  əlaqədar  riskin  ehtimal  olunan  qiymətləndirilməsi  üçün 
proqramlar; 
3.
 
Təhlükəsizlik  ekspertizası  və  risk  mənbəyi  sayılan 
alternativ layihə və texnologiyaların  müqayisəsi; 
4.
 
Təhlükəsizlik  səviyyəsinin  artmasının  texniki  –  iqtisadi 
strategiyasının  işlənib  hazırlanması,  risk  kəmiyyətinin  idarə 
edilməsi  və  onun  ictimai,  iqtisadi  və  ekoloji  nöqteyi  –  nəzərdən 
qəbul  edilə  biləcək  səviyəyədək  enməsi  üçün  optimal  xərc 
sturturunun müəyyənləşdirilməsi; 
5.
 
Risk 
proqnozlarının 
tərtib 
edilməsi 
və 
ekoloji 
zədələnmənin  səviyyəsinin  dayandırılıdığı  risk  səviyyəsinin 
analitik müəyyən edilməsi; 
6.
 
Verilən  funksiyaların  yerinə  yetitrilməsi  və  qərarların 
qəbul  edilməsi  prosesləri  üçün  nəzərdə  tutulan  təşkilati 
strukturların,  ekspert  sistemlərinin  və  normativ  sənədlərin 
formalaşdırılması; 
7.
 
Ekoloji risk haqqında elmi məlumatların təbliğatı. 
Azalan  risk  prinsipinə  müvafiq  olaraq  risklərin  əvəz 
edilməsi  prosesi  idarəetmənin  zəruri  vasitəsidir.  Həmin  prosesə 
əsasən,  müasir  texniki  vasitələrlə  yaranan  risk  yalnız  o  zaman 
cəmiyyət  tərəfindən  qəbul  edilir  ki,  bu  zaman  həmin  texnikanın 
istifadəsi,  eyni  təsərrüfat  məsələsini  həll  edən  digər  alternativ 
texnikadan  istifadə  ilə  müqayisədə  insanların  məruz  qaldığı  
ümumi riski nisbətən azaldır. 


             

Yüklə 4,39 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə