Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin


təbiət ;  insan  (etnosfer)



Yüklə 4,39 Mb.
Pdf görüntüsü
səhifə31/188
tarix06.02.2022
ölçüsü4,39 Mb.
#83510
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   188
ekoloji tehlukesizlik

təbiət

insan  (etnosfer)
;  insan  fəaliyətinin  məhsulu 
kimi  
texnosfer  
və 
 sosialsfer
 ; 
informasiya sferi
 – ümumi  
informasiya fəzasıdır. 
Bütün 
bu 
sistemlər 
təhlükəsizliyin 
obyektləri 
və 
subyektləridir, onlar qarşılıqlı əlaqədədir, bu həm müsbət, həm də 
mənfi 
ola 
bilər. 
Saxlanılması 
bütün 
digər 
sistemlərin 
təhlükəsizliyinə  əsaslanan  təhlükəsizliyin  qlobal  obyekti  yerdəki 
hər  bir  insan  üçün  biosferdir.  Onun  fəaliyyət  göstərməsi  və 
saxlanılması  Yerdəki  bütün  həyat  formalarının  varlığını,  o 
cümlədən  insanın  həyatını  təmin  edir.  Buna  baxmayaraq,  insan 


             
     Ekoloji təhlükəsizlik 
 
24 
cəmiyyəti təhlükəsizliyin əsas obyekt və subyekti kimi insanı elan 
edir.
 
İnsan isə ən qiymətli və ən zəif, lakin eyni zamanda həm özü, 
həm də bütün ətraf üçün ən təhlükəli varlıqdır.
 
Təhlükəsizlik  ayrı  -  ayrı  şəxslərin,  cəmiyyətin  və  təbii 
mühitin  həddən  artıq  təhlükələrdən  mühafizəsinin    vəziyyətidir. 
Təhlükəsizlik,  insanın  fizioloji,  sosial  və  mənəvi  tələbatları  ilə 
yanaşı  vacib  təlabatdır.  Təhlükəsizliyin  əsas  kriteriyası  təhlükə 
hissiyatı  və  ya  indi  və  gələcəkdə  zərər  yetirə  bilən  sosial  təbii 
hadisələri müəyyən etmək qabiliyyətidir. 
Ekoloji  təhlükəsizliyin  bəzi  tərkib  hissələrinin  məzmunu 
ilə tanış olaq: 
Ekoloji  təhlükəsizlik  sistemi  -  biosfer  ilə    antropogen, 
həmçinin  təbii  xarici  qüvvələr  arasında  tarazlığın  qorunub 
saxlanılmasına  yönəlmiş  qanunvericilik,  texniki,  tibbi  və  bioloji 
tədbirlərin toplusudur. 
Ekoloji  təhlükəsizliyin  subyektləri  –  insan,  cəmiyyət, 
dövlət, biosfer. 
Ekoloji 
təhlükəsizliyin 
obyektləri 
– 
təhlükəsizlik 
subyektlərinin  həyatı  vacib  maraqları:  insan  hüquqları,  maddi  və 
mənəvi  təlabat,  dövlət  və  cəmiyyətin  inkişafının  əsası  kimi  təbii 
ehtiyatlar və təbii mühit. 
Sağlamlıq  –  sadəcə  xəstəliklərin  olmaması  deyil,  fiziki, 
psixi və sosial rifahın tam olaması vəziyyətidir. 
İnsan sağlamlığını və ətraf mühitin vəziyyətini xarakterizə 
edən  göstəricilərin  təhlükəsizliyin  ölçü  vahidi  kimi  istifadə 
edilməsi  təklif  olunur.  İlk  növbədə  sağlamlığın  əsas  göstəricisi  
orta  ömür    davamiyyətidir.  Müxtəlif  ölkələrdə  ömrün  uzunluğu 
təkcə  səhiyyənin  inkişaf  səviyyəsindən  deyil,  həm  də  cəmiyyətin 
sosial  –  iqtisadi  inkişaf  səviyyəsindən  və  təbii  mühitin 
vəziyyətindən asılıdır. 
Təhlükəsizliyin  məqsədi  təkcə  əhalinin  sağlamlığının 
mühafizəsi deyil, həm də 
ətraf  mühitin  qorunması  olduğundan,  onun  vəziyyətini  və 
keyfiyyətini  kəmiyyətcə  qiymətləndirən  göstəriciləri  də  müəyyən 
etmək  vacibdir.  Belə  göstəricilərə  ekosistemin  vəziyyətinin  onun 
sabitlik sərhəddinə yaxınlıq dərəcəsi aid edilir. 


                                                   

Yüklə 4,39 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə