Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin


T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov



Yüklə 4,39 Mb.
Pdf görüntüsü
səhifə32/188
tarix06.02.2022
ölçüsü4,39 Mb.
#83510
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   188
ekoloji tehlukesizlik

T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
25 
Sabitliyi  qiymətləndirmək  üçün  təbii  sistemin  özünübərpa 
göstəricilərinin aşağıdakı qradasiyalarından istifadə edirlər: 

 
Təbii  vəziyyət  –  yalnız  antropogen  təsir  fonu  müşahidə 
olunur; biokütlə maksimaldır, bioloji məhsuldarlıq minimaldır; 

 
Tarazlıq  vəziyyəti  –  bərpa  proseslərinin  sürəti  pozulma 
tempinə  bərabər  və  ya  ondan  yüksək  olmalıdır;  məhsuldarlıq 
təbiidən yüksəkdir, biokütlə azalmağa başlayır; 

 
Böhran  vəziyyəti  –  antropogen  dağıntıların  sürəti  təbii 
bərpa  proseslərinin    sürətindən  yüksəkdir,  lakin  ekosistemlərin 
təbii 
xüsusiyyətləri 
qorunub 
saxlanılır, 
biokütlə 
azalır, 
məhsuldarlıq olduqca yüksəkdir; 

 
Kritik vəziyyət – antropogen təsirin nəticəsində məhsuldar 
sistemlərin  az  məhsuldar  sistemlərə  çevrilməsi  baş  verir  (qismən 
boşaldılma); biokütlə azdır və azalır; 

 
Fəlakət 
vəziyyəti 
– 
az 
məhsuldar 
ekosistemin 
möhkəmləndirilməsinin  çətin  bərpa  prosesi  (güclü  səhralaşma); 
biokütlə və bioloji məhsuldarlıq minimaldır; 

 
Kollaps  vəziyyəti  –  bioloji  məhsuldarlığın  bərpa  edilməz 
itkisi, biokütlənin sıfra yönəlməsi.  
Təbiətin sönməsinin təbii – ekoloji təsnifatı ilə yanaşı təbii 
–  sosial  şkaladan  da  istifadə  edilir  və  aşağıdakı  dərəcələrlə 
səciyyələndirilir: 
o
 
Firavanlıq zonası  – ömrün uzunluğunun artması  baş verir, 
əhalinin xəstələnməsi aşağı düşür; 
o
 
Gərgin  ekoloji  vəziyyət  zonası  –  hüdudları  daxilində 
təbiətin  böhran  vəziyyətindən  kritik  vəziyyətə  keçidi  müşahidə 
olunan areal; 
o
 
Kritik vəziyyət zonası; 
o
 
Fövqəladə ekoloji vəziyyət zonası; 
o
 
Ekoloji fəlakət zonası. 
 

Yüklə 4,39 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə