Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin


T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov



Yüklə 4,39 Mb.
Pdf görüntüsü
səhifə38/188
tarix06.02.2022
ölçüsü4,39 Mb.
#83510
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   188
ekoloji tehlukesizlik

T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
31 
parkında  uğurla  tətbiq  olunur.  Təklif  olunan  quruluşda 
rezervuarların  daxilində  nəfəs  klapanı  quraşdırma  borusunun 
altında  üfiqi  vəziyyətdə  yerləşdirilir.  Əksetdirici  quruluş  hava 
axınını 
rezervuarların 
divarlarına 
istiqamətləndirərək 
qaz 
boşluğunda  havanın  “birbaşa”  yayılmasına  mane  olur.  Nəticədə 
çıxan  hava  ilə  karbohidrogen  qazların  daha  az  doyması  hesabına 
rezervuarların  “nəfəsalması”  vaxtı  yüngül  fraksiyaların  itkiləri 
azalır. 
Sənayecə  inkişaf  etmiş  bir  çox  dünya  ölkələrində  yaxın 
perspektiv üçün dizel yanacağında (DY) kükürdün miqdarını 0,1 – 
0,05 -  ə,  aromatik  karbohidrogenlərin  miqdarını  isə  2  –  10%-dək 
azlatmaq nəzərədə tutlmuşdur. Bizə məlumdur ki, yanma vaxtı bu 
birləşmələrin  böyük  qatılıqları  atmosferin  kükürd  oksidləri,  his, 
insanların  kütləvi  yaşadıqları  ərazilər  üçün  digər  zərərli 
tullantılarla  çirklənməsinə  səbəb  olur.  Hazırda  atmosferə  zərərli 
tullantıların  atılmasına  ekoloji  nəzarətin  tələblərinin  sərtləşməsi 
ilə  əlaqədar  olaraq  DY-na  yeni  əlavələrin  işlənməsi  və  istifadəsi 
mühüm aktuallıq kəsb edir. 
Nəzərə alaq ki, DY əlavələrinin köməyilə yanacağın aşağı 
temperatur  göstəriciləri  xeyli  yaxşılaşır.  DY-na  müxtəlif 
əlavələrin  istehsalının  ekoloji  təhlükəsiz  texnologiyalarından 
birini ( Başkatova S.E. və b.) şərh edək. 
Təklif  olunan  bu  mütərəqqi  texnologiyanın  əsasında  DY 
mühitində  yüksək  alkilmetakrilatların  (AMA)  vinilasetatla  (VA) 
radikal  sopolimerləşməsi  durur.  DY  mühitində  polimerləşmə 
yanacaqda  hazır  konsentrat  şəklində  əlavələri  birbaşa  almağa 
imkan 
verir 
və 
texnologiyanın 
ekoloji 
təmizliyini 
və 
tullantısızlığını  təmin  edir.  AMA  və  VA  yüksək  sopolimerlərinin 
məhlullarının  axında  ikiqat  şüa  sınması  və  elektron  mikroskopla 
tədqiqi nəticələri DY mühitində polimerləşmə prosesində polimer 
zəncirli  yeni  nadir  xassələrə  malik  sopolimer  almağa  imkan 
vermişdir.  Bu  sopolimer  parafin-naften  sıralı  karbohidrogenlərin 
mürəkkəb  qarışığı  olub,  həlledicilərlə  kifayət  qədər  yüksək 
dərəcəli 
dayanıqlı 
solvatlar 
yaradır. 
Təklif 
olunmuş 
texnologiyanın  müəlliflərinin  fikrincə,  sopolimerlərin  məhz  belə 
strukturunun  reallaşdırılması  DY  mühitində  polimerləşmədə 


             

Yüklə 4,39 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə